Hələbiçilik termininin meydana gəlməsi

English

“Hələbiçilik” termini Əli Həsən Abdul-Həmid əl-Hələbi, qısa olaraq isə Əli Hələbi adlı bir insanın adı ilə bağlıdır. Şeyx Albani Suriyadan İordaniyaya köçdükdən sonra, İordaniyada yaşayan Hələbi demək olar ki, şeyxin vəfatınadək onun məclislərində iştirak etmişdir.

Üç şeyxin – İbn Bəz, İbn Useymin və Albaninin (Allah onlara rəhmət etsin) yaşadığı dövrdə Hələbi bir çox sələfi alimlərinin, o cümlədən şeyx Rabi, şeyx Muqbil, şeyx Abbad, şeyx Ubeyd əl-Cabiri və digərlərinin tanıdığı və tövsiyyə etdiyi sələfi dəvətçi hesab olunurdu.

Adnan Arurun fitnəsi hələ yenicə meydana gəldikdə, Hələbi ilk əvvəl şeyx Rabini və digər alimləri dəstəklədi və Arurdan öz batil fikirlərindən üz döndərməyi tələb etdi.

Həmçinin, Mağravinin fitnəsi baş qaldırdıqda, Hələbi şeyx Rabini və digər alimləri dəstəklədi və Mağravidən də öz açıq-aşkar olan xətalarından qayıtmağı tələb etdi.

Dörd şeyxin – İbn Bəz, İbn Useymin, Albani və Muqbilin ölümündən sonra Məribinin fitnəsi açıq-aşkar şəkildə baş qaldırdıqda isə Hələbi orta mövqe tutdu – bir tərəfdən o, şeyx Rabini Məribi əleyhinə rəddiyyələrində dəstəkləyir, digər tərəfdən isə Məribidən çəkindirməkdən və onu həcr (boykot) etməkdən imtina edirdi.

Daha sonra Fəlih Hərbinin başçılığı altında, sələfi alimlərini və elm tələbələrini əsassız şəkildə bidətdə ittiham edən həddadilərin fitnəsi meydana gəldi. O zaman şeyx Rabi və digər alimlər sələfi mənhəcinin müdafiəsinə qalxdılar və həddadiləri bidətdə və zəlalətdə ittiham edərək onların zəlalətlərini bəyan etdilər. Məhz bu məqamda Hələbi “əsassız təbdi (bidətdə ittiham)” şüarı altında öz yeni mənhəcini elan etdi.

İlk baxışdan hər kəsə elə gəldi ki, Hələbi bununla şeyx Rabi və digər Sünnə alimlərini dəstəkləyərək həddadilərə müharibə elan etdi. Lakin tezliklə aydın oldu ki, bu yeni mənhəc altında Hələbi sələfi şeyxlərə müharibə elan edib və müxtəlif azmış şəxslərin müdafiəsinə qalxaraq “sərhədlərin silinməsi” (mümeyyilik) ixvan ideologiyasının yeni fitnəsinə başladı. (“əl-Bərahin əl-‘Ətidə Fi Kəşfi Əhvəl və Təsılət Əli əl-Hələbi əl-Cədidə” səh. 24-75). 

Beləcə, Hələbi sələfilərə qarşı müharibə elan edərək, Adnan Arur, Mağravi, Məribi 7, Muhamməd Hassan, Əbu İshaq Huveyni, Yasir Burhamini, “Hizbu Nur” partiyasının başçılığı altında olan İsgəndəriyyəli hizbiçilər kimi azmış şəxsiyyətləri və başqa bir çox digər “oturaq xəvaricləri” (xəvaric qaadiyyə) və azmış şəxsiyyətləri müdafiə və tövsiyyə etməyə başladı. Hələbi bütün bu bidətçiləri sadəcə olaraq sələfilikdən çıxarmayan “xətalara yol vermiş” sələfilər hesab edirdi. Bu azmış insanları müdafiə və tövsiyyə etməyə davam edən Hələbi onlara çoxsaylı əsassız üzrlər gətirməyə, eyni zamanda isə öz iti və zəhərli dilini sələfi alimlərə və sələfi gənclərə uzadaraq onları ən alçaq sözlərlə təhqir etməyə başladı.