Hələbiçiliyin qaydaları və prinsipləri

English

Biz, artıq “sərhədlərin silinməsi” (mumeyyi) ideologiyası liderlərinin doğru yoldan azmış müxtəlif şəxsiyyətləri müdafiə və tövsiyyə etmək üçün uydurduqları əvvəlki qayda və prinsiplərlə tanış olduq. Biz, həmçinin Məribinin də Arurdan sonra bu prinsip və qaydaların şəklini dəyişərək onları daha hiyləgər hala salmasının və onları əhli-Sünnə qaydaları və prinsiplərinə bənzətmələrinin şahidi olduq. Hələbi də eyni yolla getməkdədir. O, Arur və Məribiyə məxsus əvvəlki bir sıra qaydaların şəklini məharətlə dəyişdi və azmış şəxslərin müdafiəsi üçün Sələfi mənhəcinin əleyhinə daha məkrli qaydalar və prinsiplər uydurdu. Beləliklə, Hələbi həqiqətən fitnə salmağa və dünyanın bir çox guşələrində sələfi gəncləri parçalamağa nail oldu.

Hələbi özünə məxsus yeni qayda və prinsipləri öz yeni “Mənhəc əs-Sələf əs-Salih” adlı kitabında yazaraq şərh etdi. Məhz bu kitab səbəbi ilə bir çox sələfi alimləri Hələbini Əhli Sünnə sıralarından çıxardılar və Hələbinin bu kitabda təsis etdiyi qaydaları isə “Hələbi qaydaları” adlandırmağa başladılar.

Əsas Hələbi qayda və prinsiplərini şərh etməzdən, onların zəlalətlərini bəyan etməzdən öncə, ilk əvvəl bu qaydalara ümumi fikir bildirmək, onların Arurun və Məribinin qaydalarından fərqlərini göstərmək istəyərdik.

Beləliklə, Hələbinin qayda və prinsipləri haqqında qısa şəkildə bunları demək olar:

Birincisi, Arur və Məribinin əvvəlki qayda və prinsipləri kimi bu qayda və prinsiplər də müxtəlif bidət tərəfdarlarının müdafiəsini və tövsiyyə olunmasını qanuniləşdirməkdən ibarətdir.

İkincisi, bir çox məsələlərdə Hələbinin qayda və prinsipləri elə Adnan Arurun və Məribinin başqa adlar altında olan və ya cüzi dəyişikliklərə məruz qalmış mumeyyi qaydalarıdır.

Üçüncüsü, hələbiçilik təbliğinin Arur və Məribinin təbliğindən əsas açıq-aşkar fərqi ondadır ki, Hələbi öz sələfləri kimi “Biz (şəxsləri) düzəltməli, lakin onları cərh etməməliyik” qaydasına çağırsa da, azmış şəxsiyyətlərə rəddiyyə verməyi və onlardan çəkindirməyi qadağan etmir. Lakin o, bu bidətçilərin zəlalətlərini göstərən çoxsaylı, açıq-aydın dəlillərin olmasına baxmayaraq, nə özünü, nə də həmfikirlərini alimlərin bu azmış şəxsiyyətlərdən çəkindirmələrinə əməl etməyə gərəkli olduqlarını görmür və özlərinin batil “mənə lazım deyil” qaydasını işə salırlar.