1 - ci qayda: “Biz (insanları) düzəltməliyik, məhv etməməliyik”

English

1. “Biz (insanları) düzəltməliyik, məhv etməməliyik” (نصحح ولا نهدم). 

Yəqin oxucu dərhal diqqət yetirdi ki, bu qayda Arura məxsus “Biz (şəxsləri) düzətlməli, lakin onları cərh etməməliyik” (نصحح ولا نجرح) şəklində azğın qaydadan demək olar ki, heç fərqlənmir, lakin diqqətlə düşündükdə görərik ki, əslində Məribinin bu qaydası Arurun qaydasından daha da azğındır. Şeyx Rabi (Allah onu qorusun) demişdir: “Bu qaydaya Əbul-Həsən tərəfindən verilmiş ad, Adnan (Arur) tərəfindən verilmiş addan daha pisdir. Çünki Adnan hesab edir ki, (azmış şəxsləri) təkzib etmək yalnız onları cərh etməkdir, Əbul-Həsən isə onların təkzib olunmasını məhv etmək hesab edir”. (Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi, 13/ 374).