Va aleykumus-Sələmu va rahmətullah. Əksər alimlərə görə vacibliyinə inanara namaz qılmayan kafir deyil. Daha ətraflı: Namaz qılmayanın hökmü
Aleykum salam va rahmatullah.
Böyük şirkə düşən kəs cahilliyinə görə üzürlü olub-olmaması Əhli Sünnə alimləri arasında ixtilaflıdır. Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) deyir: "Heç bir kəs bir dənə də olsun dəlil gətirə bilməz ki, cahillik üzürlü deyildir. Bəli, belə rəy var ki, üzürlü deyil, lakin bu rəy zəifdir". (Şeyxin səsli yazısından).
əs-Sələmu aleykum. Bəli, ölmüş cahil müsəlmana "Allah rəhmət eləsin" demək olar. Daha ətraflı: Ölmüş cahil insana "Allah rəhmət eləsin!" demək olarmı?
Va aleykumus-Sələmu va rahmətullah. Bu şübhə təkfir əhlinin şübhələrindəndir. Belə ki, bir insanın kafir olması sübut olunmayıbsa, deməli hələ müsəlmandır və onunla müsəlman kimi müamilə (ona münasibətdə davranış) olunur. O insana hüccət çatdırıldıqdan, kafir olmasında heç bir şübhə qalmayandan sonra onunla kafir kimi müamilə edilir.
Va aleykumus-Sələmu va rahmətullah. Şəriətdə bir məsələyə hökm vermək istədikdə həmin mövzuya aid bütün dəlillər toplanılır, araşdırılır, sonra isə qərar verilir. Əhli-Sünnə vəl-Cəmaaya görə rəhbərlərə itaət barəsində təkcə bu və digər hədislər cəm edilərək yekun qərar verilir. Rəhbərlərə barədə hədislərdən bir neçəsini qeyd edək:
Va aleykumus-Sələmu va rahmətullah. Əbu İshaq əl-Huveyni ixvan və təkfirçidir. O, tövhidə dördüncü qism salan hakimiyyət tövhidini çıxardanlardandır. Müasir dövrdə olan hakimlərin heç birini şəri saymır. İsrarlı şəkildə böyük günah edəni kafir sayır. Ona sələfi deyən Əli əl-Hələbi və onun kimilər olub. Şeyx Muqbil (Allah ona rəhm etsin) və ondan sonra gələn alilmlər ona bidətçi deyiblər. O, bu əsrin xavariclərindən, mitinqə və xuruca çağıranlarındandır.
Va aleykumus-Sələmu va rahmətullah. Bidət əhlinin başda gedənlərinə nəinki salam verilmir, heç onun verdiyi salam belə alınmır. Müxalifləri hicrət etmək barədə Şeyx Abdullah ibn Abdur-Rahim əl-Buxarinin (Allah onu qorusun) günümüzdə olan sələf şeyxlərin də məsləhət gördüyü dərsləri var. Bu dərslərin kitab formasında çapı da mövcuddur. Orda isə qədim alimlərdən bidətçidən salamı kəsmək barəsində dəlillər gətirilir.
Va aleykumus-Sələm va rahmətullah. "Məscidud-Dirar" Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dövründə münafiqlərin tikdiyi məscid olub. Bunu isə Uca Allah Peyğəmbərinə (salləllahu aleyhi və səlləm) vəhy ilə bildirmişdir. Günümüzdə isə nə Peyğəmbər (salləllahu aleyhi və səlləm) var, nə də vəhy var. Ona görə də hansısa məscidə "Məscidud-Dirar" hökmü vermək qeybi məsələdir və bu iddia həmin iddianı irəli sürənin küfrünə səbəb ola bilər. Daha ətraflı:
Va aleykumus-Sələmu va rahmətullah. Məkkə müşrikləri Tövhid kəlməsi olan "lə iləhə illəllah" kəlməsini qəbul etmirdilər və özlərini İslama nisbət etmirdilər. İndiki müsəlmanlar isə Tövhid kəlməsi olan "lə iləhə illəllah" kəlməsini qəbul edir və özlərini müsəlman sayaraq İslama nisbət edirlər. Onlar İslam dinindən çıxaran əməllər etsələr də şəriətin tələb etdiyi şərtlər həmin adamın üzərində cəmlənməyincə bizim onu İslamdan məhrum edib kafir saymağa ixtiyarımız yoxdur.
Va aleykumus-Sələmu va rahmətullah. Namaz qılmayanı kafir saymayan alimlər (İslam alimlərinin çoxu bu rəydədir) vacibliyinə inanaraq tənbəllikdən ümuiyyətlə heç namaz qılmayanla, vacibliyinə inanaraq tənbəllikdən namazı tərk edən arasında fərq qoymayıblar, lakin müasir alimlər arasında az bir hissə alimlər var ki, namazı tərk edənlə ümumiyyətlə namaz qılmayan arasında fərq qoymuşlar.
Əhli-Sünnənin mənhəcinə müxalif olan hər bir mənhəcdən çəkindirmək vacibdir.
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Din nəsihətdir". Soruşduq: "Kimə?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Allaha, kitabına, rəsuluna, müsəlmanların rəhbərlərinə və bütün müsəlmanlara". (Muslim, 55).
Va aleykumus-Sələmu va rahmətullah. İslam dinində hakim müsəlmandırsa, o zalım olsa da ona halal olan məsələlərdə itaət etməkvacibdir. Belə ki, Peyğəmbərimizin hədislərində hakim zalım olsa da ona itaət etmək əmr edilir. Rəhbərlər aid hədisləri oxusanız bunu görəcəksiniz. Daha ətraflı:
İtaət keçmişdəki rəhbərlərə xasdır, yoxsa müasir rəhbərlərə də aiddir?
Va aleykumus-Sələmu va rahmətullah. Hər hansı bir insanın təhlükəli fikirləri, əqidəyə zidd fikirləri bəyan edilirsə, onun yaxşı əməlləri zikr edilmir. Bu adamın yaxşı əməlləri qeyd edilsə, insanlar aldanar və bu bidətçi haqda yaxşı zənnə düşə bilərlər. Bu da həmin bidət edənin batil fikirlərinin bəzi insanlar tərəfindən qəbul olunmasına gətirib çıxara bilər. Uca Allah kafir, münafiq və fasiqləri məzəmmət edərkən onların yaxşı əməllərini zikr etmir.
əs-Sələmu aleykum. Abdur-Rahmən əs-Səədinin (Allah ona rəhm etsin) təfsir kitabında bu ayənin izahına baxsaq bu mənanı aydın görə bilərsiniz. Həmçinin, ayənin nazil olma səbəbini bilmək və nə məna verdiyini başa düşmək lazımdır. Orada deyilir ki, "xəbər gətirsə". Doğrunun və yalanın daxil ola biləcəyi hər hansı bir məlumata xəbər deyilir. Alimlərin düşdükləri o məsələlər isə sırf xəbər baxımından olan məsələlər deyil, çünki onlar hamısı ayə və hədislərin şəriət dəlillərindən çıxan hökmlər və ictihadlardır.
Va aleykumus-Sələmu va rahmətullah. Çünki, xəvariclərin zərəri daha pisdir. Belə bir qayda var; “əgər seçimdə iki zərər varsa, ən az olanı seçirsən”. Əşarilərin və digər firqələrin zərəri xəvariclərdən daha azdır. Çünki, xəvariclərin bidəti ən təhlükəli bidətlərdəndir. Hətta, cahil insanla xəvaric arasında seçim edəndə cahil və asilik edən insana üstünlük vermək lazımdır.
Xeyr, cərhdə icma və ya cumhur şərt deyil. Bu qayda qəbul olunsa, biz görəcəyik ki, bir çox bidətçilərin cərh olunmasında icma və ya cumhur yoxdur. Təfsilatlı cərhin təadildən öndə olması cərhdə icmanın olmamasının dəlillərindədir. Belə ki, cərhdə icmanın olmasını qəbul etsək, onda o bidətçilər ki, ayrı-ayrı dövrlərdə müxtəlif alimlər tərəfindən cərh olunublar, icma olmadığına görə onlara bidətçi sayılmayacaqlar. Hədis alimlərinin həyatından da bilmək olur ki, bəzi hədis alimləri bəzi ravilər haqda məlumatlı olmayıblar.
Va aleykumus-Sələmu va rahmətullah. Birincisi, onun gətirdiyi dəlillərin hamısı əsli muşriklərə aiddir. Amma indiki cahillərin əsli İslamdır. Onlardan soruşanda, deyirlər ki, "müsəlmanam". Rəbbim Allahdır, Kitabım Qurandır, Peyğəmbərim Muhamməddir (salləllahu aleyhi və səlləm). İndiki cahillər özlərini başqa dinə deyil, İslama nisbət edirlər. Əməllərində olan qüsurlar isə onu İslamdan çıxarmır. Adamı dindən çıxarmaq üçün şərtlər var. Hətta kafirlər fərqlənirlər. Kitab nazil olan kafirlər kitabı olmayan kafirlərdən üstündürlər. Cahil müsəlmanlar da ibadət edən müsəlmanlardan fərqlənirlər.