Alimlər namazı tərk edənlə ümumiyyətlə namaz qılmayan arasında fərq qoyublar?

Sual: 
as-Salamu aleykum. Vacibliyinə inanaraq tənbəllikdən ümuiyyətlə heç namaz qılmayanla, vacibliyinə inanaraq tənbəllikdən namazı tərk edənin hökmü eynidirmi?
Cavab: 

Va aleykumus-Sələmu va rahmətullah. Namaz qılmayanı kafir saymayan alimlər (İslam alimlərinin çoxu bu rəydədir) vacibliyinə inanaraq tənbəllikdən ümuiyyətlə heç namaz qılmayanla, vacibliyinə inanaraq tənbəllikdən namazı tərk edən arasında fərq qoymayıblar, lakin müasir alimlər arasında az bir hissə alimlər var ki, namazı tərk edənlə ümumiyyətlə namaz qılmayan arasında fərq qoymuşlar. 

Mövzular: