Böyük şirkə düşənin cahilliyinin üzürlü olub-olmaması...

Sual: 
Salam aleykum. Sizə belə bir sualım var. Baxın, biz deyirik ki, Allaha böyük şirk qoşan bu insanlara cəhalətlərini üzr gətiririk və deyirik ki, onlara hüccət çatdırmamış təkfir etmək olmaz. Məsələn: gördük ki, bir nəfər qəbirstanlıqda qəbirin qarşısında dayanıb ondan yardım diləyir və qarşısında səcdə edir. Və bir az sonra həmi yerdən ayrılır və deyək ki, məsələn maşın vurur və ölür. Bizim də ona heccət çatdırmağa imkanımız olmur. Bəs bu halda necə olaq? Onu halı, hökmü nədir? Zahirnə görə kafir olmasına hökm verə bilərikmi? Və bir də biz deyirik ki, onlar özlərini islama nisbət edirlə və özləri və batil əməllərini islamdan (haqdan) olduğunu hesab edirlər. Bu da onların təkfirinə manədir. Ancaq Allah Təala Qurani Kərimdə belələri barədə buyurur ki: "(Allah) insanların bir qismini doğru yola yönəltdi, onların bir qismi isə (haqq yoldan) azmağa layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə havadar tutmuşdular və özlərinin doğru yolda olduqlarını güman edirlər". (Əraf surəsi, 30). O gün Biz Cəhənnəmi kafirlərə aşkar göstərərik. O kəslərə ki, gözlərinə Məni anmamaq üçün pərdə çəkmişdilər, özləri də eşidə bilmirdilər. Olmaya, kafirlər Məni qoyub qullarımı özlərinə dost tutacaq­­larını güman edirdilər? Həqiqətən, Biz Cəhənnəmi kafirlər üçün mənzil hazırlamışıq. De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik”. Kafir olduqlarına, ayələrimi və elçilərimi lağlağıya qoyduqlarının əvəzi – Cəhənnəmdir. (əl-Kəhf surəsi, 100-106). İbn Cərir ət-Tabəri bu ayələrin təfsirində deyir ki, özlərini haqq üzərində olduğunu zənn edənlər heç də üzürlü sayılmır. (Mənbə: ونقل ابا بطين عن ابن جرير عند تفسير قولة تعالى ( فريقا هدى وفريقا حق عليهم الضلالة إنهم اتخذوا الشياطين أولياء من دون الله ويحسبون أنهم مهتدون ) قال ابن جرير وهذا يدل على أن الجاهل غير معذور اهـ الدرر 10/392 وراجع أيضا كلام ابن جرير في سورة الكهف آية 104)
Cavab: 

Böyük şirkə düşən kəs cahilliyinə görə üzürlü olub-olmaması Əhli Sünnə alimləri arasında ixtilaflıdır. Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) deyir: "Heç bir kəs bir dənə də olsun dəlil gətirə bilməz ki, cahillik üzürlü deyildir. Bəli, belə rəy var ki, üzürlü deyil, lakin bu rəy zəifdir". (Şeyxin səsli yazısından).

Bu rəyi cumhur alimlər, yəni əksər alimlər böyük şirkdə belə cahilliyin üzürlü olmasını görmüşlər, cahillik təkfirə maneədir. Bu, Şeyxul-İslam ibn Teymiyyənin, İbn əl-Qeyyimin, Muhəmməd ibn Abdul-Vahhabın və digər böyüklərin məzhəbidir. Amma sizin zikr etdiyiniz ayələrə gəlincə, bu ayələr kafirlər barədə olan ayələr olduğundan, bunları hüccət qaldırılmamış, elmsizlikdən, məsələnin hökmünü bilmədən şirkə düşmüş müsəlmanları bir-başa təkfir etməyə gətirmək doğru deyildir. Allah daha doğru bilir.

Mövzular: