Dəvət olunan insan haqqı qəbul etmədən ölürsə, yenə ona müsəlman deməliyik?

Sual: 
Ölmüş cahil insana "Allah rəhmət eləsin!" demək olarmı?bes men bunu 24 saat devet edirem qebul etmir tovhidi basa saliram vehhbi deyir bu yenede sizin esli muselmandir reyinizde qalir,
Cavab: 

əs-Sələmu aleykum. Bəli, ölmüş cahil müsəlmana "Allah rəhmət eləsin" demək olar. Daha ətraflı: Ölmüş cahil insana "Allah rəhmət eləsin!" demək olarmı?

Ola bilər ki, o sizin dəlilləri deyil, sizi inkar edir və ya siz onu hikmətlə dəvət etməmisiniz. Həmçinin, ola bilər ki, o sizdə İslam əxlaqına zidd bir şey görüb, ona görə sizdən heç nə götürmür və ya ətrafında onun hörmət etdiyi və onun nəzərində elmli bir insan tövhidin əksini təbliğ edir, ona görə sizin sözlər onun yanında qüvvəsini itirir. Səbəblər bundan da çox ola bilər. Həmçinin, sizdən yaşca kiçik və ya elmdə tanınmayan bir insan gəlib sizə dindən danışsa, məgər siz onun dəvətini qəbul edərsinizmi? Sözsüz ki, elmi daha mötəbər və ibadət əhli arasında daha çox tanınmış elmli insandan götürərsiniz. Ona görə də sizin onu dəvət etməyiniz, lakin onun sizin dediklərinizi qəbul etməməsi onun kafir olmasına dəlil deyil. Bir müsəlmana kafir hökmünün verilməsi şübhə əsasında olmur. Daha ətraflı: Təkfirin şərtləri

Təkfirdə dördüncü şərt: Təvil etmək

Təkfirdə üçüncü şərt: Hüccətin çatması

Mövzular: