Ölmüş cahil insana "Allah rəhmət eləsin!" demək olarmı?
1544 oxunma
Sual:
Sələmun aleykum. Bir qardaşın valideyni dünyasını dəyişmişdi. Mən də onu görəndə dedim ki, Allah rəhmət eləsin! O dedi ki, elə demə. Dedim nəyə görə? O mənə 3 dəlil gətirdi; Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əmisi Əbu Talib və ata-anası barədə, bir də Nuh peyğəmbərin oğlu barədə. Bu dediyi düzgündür ki?
Cavab:
Va aleykumus-Sələmu va rahmətullah. Birincisi, onun gətirdiyi dəlillərin hamısı əsli muşriklərə aiddir. Amma indiki cahillərin əsli İslamdır. Onlardan soruşanda, deyirlər ki, "müsəlmanam". Rəbbim Allahdır, Kitabım Qurandır, Peyğəmbərim Muhamməddir (salləllahu aleyhi və səlləm). İndiki cahillər özlərini başqa dinə deyil, İslama nisbət edirlər. Əməllərində olan qüsurlar isə onu İslamdan çıxarmır. Adamı dindən çıxarmaq üçün şərtlər var. Hətta kafirlər fərqlənirlər. Kitab nazil olan kafirlər kitabı olmayan kafirlərdən üstündürlər. Cahil müsəlmanlar da ibadət edən müsəlmanlardan fərqlənirlər. Onun gətirdiyi dəlillərin hamısı əsli kafir olanlara aiddir. Amma indi olan cahillərdən tanıdığınız adam etiraf edir ki, mən xaçpərəstliyi qəbul etmişəm. Artıq o müsəlman deyil. Yəni, özünü İslamdan başqa dinə nisbət edənlər sözsüz ki, müsəlman deyillər. Həmçinin, şirk edən müsəlman ilə İsa peyğəmbərdən istəyən arasında fərq var. Belə ki, şirk edən insan müsəlman üzürlü sayılır və dərhal təkfir olunmur.

“Məkkə müşrikləri ilə indiki cahillərin fərqi yoxdur” şübhəsi