“Məkkə müşrikləri ilə indiki cahillərin fərqi yoxdur” şübhəsi

English

Deyirlər ki, hal-hazırda özünə müsəlman deyən cahillərlə Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) dövründəki müşriklər arasında heç bir fərq yoxdur.

Şübhəyə cavab: 

Bu fikir kökündən səhvdir, o dövrdəki müşriklərlə indiki cahil müsəlmanlar arasında böyük fərq var:

Məkkə müşrikləri:

1) Muhəmməd Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dövründə yaşaya-yaşaya, onu görə-görə inkar etmişlər. Peyğəmbərə (salləllahu aleyhi və səlləm) iman gətirməmişlər, onu yalançı hesab etmişdilər. Kim Peyğəmbəri (salləllahu aleyhi və səlləm) yalançı sayarsa, artıq onu təsdiq edən Allahı yalançı saymış olur: Uca Allah buyurur: Allahı və Onun elçilərini inkar edənlər, Allahı Onun elçilərindən ayırmaq istəyib: "Biz o elçilərin bəzisinə inanır, bəzilərinə isə inanmırıq!"– deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər – məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq(ən-Nisa, 150-151).
2) Peyğəmbərə (salləllahu aleyhi və səlləm) əziyyətlər vermiş, vətənindən qovub çıxartmış, Ona qılınc qaldıraraq öldürmək istəmişlər.
3) Allahla yanaşı ibadət etdikləri hər bir bütü də ilah bilmişlər.
4) Quranı “yalan”, “keçmişin əfsanələri”, “sehr” adlandırmışdılar.
5) “Lə iləhə illəllah” kəlməsinə şəhadət gətirməmişdilər. Onlar deyirdilər ki, “bu kəlmədən sonra bizim ilahların hər hansı birinin adını de, şəhadət verək”.
6) Daim İslamın nurunu söndürməyə çalışıraraq, müsəlmanları yurd-yuvalarından didərgin salmış, üstəlik onlara hicrət elədikləri Mədinədə də rahat yaşamağa imkan verməmişdilər.
7) Özlərini heç vaxt İslama nisbət etməmişlər, özlərinə müsəlman deməmişlər.
8) Onlara elm və dəvət çatmışdı.
9) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) göstərdiyi möcüzələri gözləri ilə görə-görə inkar edirdilər.
 
 
İndiki cahillər:
1) 70 il Sovet dövründə yaşamaqlarına baxmayarq, Sovet hökuməti İslamı onlara unutdurmağa çalışsa da, ateizmi yaymasına baxmayaraq, hətta “mən müsəlmanam” deyənləri öldürsə də (Sovet hakimiyyətinin ilk illərində) Muhəmməd Peyğəmbəri (salləllahu aleyhi və səlləm), digər Peyğəmbərləri görməyə-görməyə iman gətiriblər. Həmçinin, Quranı öz dinlərinin Kitabı sayaraq ona iman gətiriblər.
2) Özlərini fəxrlə müsəlmanlığa nisbət ediblər.
3) “Sən müsəlman” deyilsən ifadəsini özlərinə təhqir biliblər.
4) Məscidlərin çoxu sünnədən uzaq olduğu üçün elm çatdırılmayıb, bu səbəbdən də əməlisalehləri yalnız Allaha yaxınlaşmaq üçün vasitə biliblər, çünki İslam onlara belə çatdırılıb.

Mövzular: