Va aleykumus-Sələm va rahmətullahi va bərakətu. Qısa olaraq deyilir ki, Beyət müsəlman hakimlərə olur. Bunu edənlər də "əhlul-hill və əqd" deyə tanınan elm və vəzifə əhlidir. Qalan xalq da onlara tabe olaraq beyətə daxil olur. Amma müsəlmanların dövlətlərinin çoxalmasına gəldikdə; İslamın əvvəllərində xilafət bir idi, sonralar Əndəlusda, şimali Afrikada bir neçə əmirliklər ayrıldı, lakin daha böyük fəsadların çoxalmaması üçün o vaxtın alimləri bu əmirliklərə göz yumdular və hamısına beyət olundu. Mehdi gəldikdə isə müsəlmanların hamısını birləşdirəcəkdir. Allah daha doğrusunu bilir.
Va aleykumus-Sələm va rahmətullah. Kim deyirsə ki, Şeyx Abdullah əl-Buxari Şeyx Albanini təhqir edib, bunu ya şeyxin kitablarından, ya da səsli dərslərindən gətirib göstərməsi ona vacib olur. Necə ki, daim özləri onlar barədə danışanlardan bu ikisindən birini tələb edirlər. Şeyx Abdullah əl-Buxari bütün sələfi şeyxlərini uca tutub ehtiram edənlərdəndir. Amma kim xəta edərsə, istər vəfat etmişlərdən olsun, istər sağ olanlardan - onun xətasını demək ona təhqir yox, heç kəsin o xətaya düşməməsi üçün nəsihətdən sayılır.
Va aleykumus-Sələm va rahmətullahi va bərakətu. O dərs şeyx Saleh əl-Fövzanın təqdimatı ilə çap olunmuş, müəllifi şeyx Abdullah ibn Silfiq əz-Zafirinin "Sələfi mənhəcinin həqiqəti" kutabından birinci dərsdən götürülmüş bir hissədir. Lakin sualda sizin də qeyd etdiyiniz kimi bu qaydalar Sələfi mənhəcində əsas qaydalardır, qaydaların hamısı deyildir. Allahdan istəyirəm ki, o kitabı keçib yekunlaşdırmağa yardım etsin.
Va aleykumus-Sələm va rahmətullah. Şeyx Saleh əl-Fövzan və digər sələfi şeyxlər eyni mənhəci daşıyan, bütün bidət əhlinə qarşı bir səfdə duran, bir-birlərini Allah üçün sevən və haqq üzərində bir-birlərini Allah üçün dəstəkləyən alimlər və elm əhlidirlər. Lakin, bir şeyxin Sələfi Əhli-Sünnə mənhəcinə qarşı olan hansısa bir müxalifə rədd etməsi, xətalarını bəyan etməsi və digər sələfi şeyxin isə bu məqamda susması, həmin müxalif kəsi dəstəkləməsi sayılmır. Əksinə, susması ilə ya rədd edənə müvafiq olduğu, ya da ola bilsin ki, o müxalif kəsin müxalifliklərindən xəbərsiz olduğu deməkdir.
Və aleykumus-Sələm va rahmətullahi va bərakətu. Müsəlman hakimlər barədə müəyyən olaraq pis danışmaq, xətalarını və eyiblərini saymaq, minbərlərdə (xütbə deyərək), məclislərdə bunları zikr etmək və onları insanların gözündən salmaq fəsaddır, şərdir və sələf mənhəci deyildir. Bütün bunlar pis nəticələrə aparır. Bunlardan; hakimlərə qarşı çıxmağa yol açır, cəmiyyətdə anarxiya, başlı-başınalıq, xaos yaradır, hakimləri müsəlmanların gözündən salır, heybətlərini aparır, hətta dinlə bilinən xeyirli işlərdə belə onlara itaətsizliyə səbəb olur...
Va aleykumus-Sələm va rahmətullah. "Mumeyyi" (مميع) sözü və ya "təmyi" (تمييع) bu məqamda müxaiflərə qarşı səhlənkarlıq edənlərə verilən bir ad və ya vəsfdir. Sözün əsli isə ərimək, dəyişilmək sözündəndir.
Va aleykumus-Sələm va rahmətullah. Şeyx Abdullah əl-Buxari hədisçi, sələfi və alimdir. Buna isə böyük şeyxlər şahidlik edirlər. Şeyx hələ Mədinə İslam Universitetində magistiraturanı bitirib, doktoranturada oxuduğu illərdə Şeyx Rabi ibn Hədi əl-Mədxəli (Allah onu qorusun) onun barəsində dediklərindən:
Şeyx Abdullah əl-Buxari magistiraturanı bitirdiyi vaxtlarda allamə Rabi ibn Hədinin ona verdiyi tərif və təzkiyyə
Sual: Mədinədə Şeyx Abdullah əl-Buxarinin dərslərində oturmaq olarmı?
Va aleykumus-Sələm va rahmətullahi va bərakətu. Əsli sələfi olmayan Əhli-Sünnə adlanmır. Özünə sələfi deyib bidət əhlinə oxşamaq isə çox təhlükəli bir işdir və ola bilsin ki, həqiqətən də bidətçidir. Uca Allah Qiyamət günü bu dünyada saleh, sağlam əqidəli və mənhəcli insanlarla, Peyğəmbərlərin (ona Allahın salavatı və salamı olsun) yolunda olan insanlarla dostluq etmədiyinə görə insanın özünü qınaması və peşmançılığı barədə xəbər verərək deyir ki, Qiyamət günü həmin insan deyəcək: "Vay halıma! Kaş ki, filankəsləri özümə dost tutmayaydım.
Və aleykumus-Sələm va rahmətullah.
Va aleykumus-Sələm va rahmətullah. İnsan sağlığında Allahı söyər, dinlə istehza edər, şəhadəti ələ salar, Peyğəmbərə (salləllahu aleyhi və səlləm) dil uzadar və bunları da ağlı başında ikən edirsə və dəfələrlə ona xəbərdarlıq edilibsə, bu insan öldükdə ona cənazə namazı qılınmır. Allah daha doğru bilir.
Və aleykumus-Sələm va rahmətullah. İxvanlar bu əsrdə nizamnamələri, düsturları olan ən böyük və Sələfi dəvətinə ən çox təhlükəsi olan bir firqədir. Bunlar bir neçə qismə bölünürlər, bunlar:
- bənnəiyyələr,
- qutbilər,
- sururilər.
Qutbilər də özləri Camaat-Təkfir və Hicrə, Cəməa İsləmiyyə və Tövhid, Cihad camaatına bölünmüşlər. Allah daha doğru bilir.
Va aleykumus-Sələm va rahmətullah. Cahil müsəlman küfr etdikdə onun təkfirində tələsmədiyimiz kimi, eləcə də Əhli-Sünnədən olub, elmsizlik səbəbinə görə bidət edən şəxsə də bidətçi deməkdə tələsmirik. Kim müxalifliyi inadkarlıqla edərsə və ya ayə, hədis və imamların sözü ilə hüccət qaldırılar, sonra yenə də öz azğınlığında israrlılıq edərsə, bu halda həmin şəxsə təkfirdən, təbdidən (bidətçi) və ya təfsiqdən (fasiq) lazımi hökm verilir. Bunu edən isə yalnız elm əhlidir, sıravi müsəlmanlar yox.
Və aleykumus-Sələm va rahmətullah. Əgər müsəlman təkfiri vacib edən əməl edərsə, yalnız təkfirin şərtləri cəm olub və təkfirə mane olan şeylər aradan qalxdıqdan sonra o kəs təkfir oluna bilər. Buna qədər isə o müsəlmandır və müsəlmanlara aid olan şeylər ona da aiddir. Müsəlmanlara vacib olan şeylər ona da vacibdir. "Ehtiyat üçün onun kəsdiyini yemək olmaz" deyə belə bir dəlil bilmirik. Əksinə, yuxarıda qeyd etdiyimiz kimi nə qədər ki, təkfir olunmayıb, əsli halına qaytarılır, o da İslamdır. Allah daha doğru bilir.
Va aleykumus-Sələm va rahmətullahi va bərakətu. Əgər müsəlman təkfiri vacib edən əməl edərsə, yalnız təkfirin şərtləri cəm olub və təkfirə mane olan şeylər aradan qalxdıqdan sonra o kəs təkfir oluna bilər. Buna qədər isə o müsəlmandır və müsəlmanlara aid olan şeylər ona da aiddir. Müsəlmanlara vacib olan şeylər ona da vacibdir. "Ehtiyat üçün onun kəsdiyini yemək olmaz" deyə belə bir dəlil bilmirəm. Əksinə, yuxarıda qeyd etdiyimiz kimi nə qədər ki, təkfir olunmayıb, əsli halına qaytarılır, o da İslamdır. Allah daha doğru bilir.
Va aleykumus-Sələm va rahmətullahi va bərakətuh.
Sizin şeyx Albanidən (Allah ona rəhm etsin) nəql etdiyiniz bu qayda doğru bir qaydadır ki, "hər bidət edən bidətçi deyildir". Bu əsrdə böyük alimlərdən olan Şeyx Rabi ibn Hədi əl-Mədxali (Allah onu qorusun) bu qaydanı əvvəlki nəsil olan sələflərin mənhəci üzərində şərh etmiş və bildirmişdir:
"Bidətə düşənlər üç qismdir:
Va aleykumus-Sələm va rahmətullah. Bu cavabı oxuyun: Əli Həsən əl-Hələbi kimdir?
Va aleykumus-Sələm va rahmətullahi və bərakətuh.
Alimlər Əli ibn Abdul-Həmid əl-Hələbini qısa olaraq aşağıdakı səbəblərə görə cərh etmişlər:
- Dinlər birliyinə, dinlər qardaşlığına, dinlər bərabərliyinə, firqələr arası yaxınlığa, demokratiyanı tətbiqə çağıran, özündə küfrlər olan "Ammən risaləsini" tərifləməsi;
- Bu risaləni İslam dinini şərh edən, özündən əvvəl belə bir risalə olmayan bir risalə adlandırması;
- Bu risaləni təriflədiyi cümə xütbəsini çap edərək, iki dəfə fəxrlə yayması;
Va aleykumus Salam. Bu firqələrin hər birinin səhvləri barəsində yazsaq başqa məsələlərə vaxt qalmaz. Biz Əhli Sünnə vəl-Cəmaanın əqidəsini bilsək bütün batil firqələrin səhvlərini ayırd edə bilərik. Məsələn, Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) Əhli Sünnə vəl-Cəmaanın əqidəsini gözəl şəkildə bildiyinə görə bütün firqələrə tam şəkildə rəddiyyə verə bilirdi. Ona görə də öz səhih əqidəmizi bilmək kifayət edir. Lakin, müəyyən faydaları nəzərə alaraq Allahın izni ilə batil firqələr haqda məqalələr hazırlayacağıq.
İlk olaraq Şeyxul-İslam Muhəmməd ibn Abdul-Vahhəb (Allah ona rəhm etsin) sizin göstərdiyiniz mənbədə bu ayədən danışmır. Şeyxul-İslam orada ümumi şəkildə deyir ki,Qurandakı ayələrə "bunlar ancaq kafirlərə aiddir" demək olmaz. Şeyxul-İslamın cahilliyi üzr gördüyü haqqında sözləri kifayət qədərdir. Qaldı ki, İmam Şovkaniyə (Allah ona rəhm etsin) Muazın Allah Rasuluna (salləllahu aleyhi və səlləm) səcdə etməsi hədisinə dəlil gətirərək demişdir: "Cahilliyindən Allahdan qeyrisinə səcdə edən kimsə TƏKFİR OLUNMAZ". (Neylul-Əvtar, 6/ 210, 363). Allah daha yaxşı bilir.
Bu cür ayələrin demək olar ki, hamısında əsli müşrik olub heç vaxt İslama daxil olmayanlardan bəhs olunur. Əsli müşriklər isə istər onlara hüccət çatsın və ya çatmasın, istər bilən olsunlar və ya istər olmasınlar - onlar hamısı müşrikdirlər. Buna şəkk yoxdur. Bizim üzrlüdür dediyimiz insanlar isə özünü İslama nisbət edib, bu şirk əməlləri cahiliyindən edən insanlardır. Əgər onlar şirk edər və hüccətdən sonra müşrik olarlarsa, bu ayənin hökmü altına girirlər. İbrət ləfzin xüsusiliyində yox, ümumiliyindədir. Allah daha yaxşı bilir.