Bəzi alimlər Hələbi məsələsində niyə susurlar?

Sual: 
Salam aleykum. Şeyx Fovzan Şeyx Rabiyə fitnəkar deyənlərə nə cavab verir və bu Hələbi məsləsində yeni nəsə aydınlıq gətiribmi?
Cavab: 

Va aleykumus-Sələm va rahmətullah. Şeyx Saleh əl-Fövzan və digər sələfi şeyxlər eyni mənhəci daşıyan, bütün bidət əhlinə qarşı bir səfdə duran, bir-birlərini Allah üçün sevən və haqq üzərində bir-birlərini Allah üçün dəstəkləyən alimlər və elm əhlidirlər. Lakin, bir şeyxin Sələfi Əhli-Sünnə mənhəcinə qarşı olan hansısa bir müxalifə rədd etməsi, xətalarını bəyan etməsi və digər sələfi şeyxin isə bu məqamda susması, həmin müxalif kəsi dəstəkləməsi sayılmır. Əksinə, susması ilə ya rədd edənə müvafiq olduğu, ya da ola bilsin ki, o müxalif kəsin müxalifliklərindən xəbərsiz olduğu deməkdir. Çünki əgər rədd edən kəs xəta edərək rədd edərsə, belə ki, məsələni doğru düzgün idrak etməmiş, müxalifin sözünü haqqı ilə fəhm etməmiş və ya rəddiyyəsində və ya üslubunda həddi aşıbsa, bu şeylərin üzü bir müxaliflik sayılır və bunun özünə susmaq olmaz. Yenə qayıdaraq deyilir ki, əgər sələfi əhli sünnə olan bur elm əhli kiminsə müxalifliklərinə rədd edər, onları bəyan edər və digərləri susarsa, bu məqamda olan susmalar rədd olunan kəsin lehinə olan hüccət sayılmır və o xətalarına rədd olunan şəxs bu susmaqları öz lehinə, özünün haqq üzərində olmasına dəlil olaraq gətirə bilməz. Çünki xətalar bəyan olunduqdan sonra kimlərsə susarsa, onun xətalarına susmaq yox, ona verilən rəddlərin haqq olmasını iqrar edərək susmaq sayılır. Şeyx Saleh əl-Fövzan və Ləcnənin üzvləri olan başqa bəzi elm əhli Əli Hələbini murciyəlikdə ittiham etmiş və Şeyx Rabi də Hələbiyə verdiyi rəddiyyələrindən birində bu rəddiyyəni iqrar etmişdir. Allah daha doğrusunu bilir.