Müxtəlif müsəlman ölkələrinin olması müsəlmanların parçalanması demək deyilmi?

Sual: 
Əssələmu aleykum va rahmətullah! Bu saytda əziyyəti keçən hər müsəlmandan Allahu Təalə razı olsun! Qardaş, beyət məsələsində bir məqam məni çox düşündürür. Əgər müsəlman olduğu halda istər prezident, istər kral və s. Allahın nazil etdiyi ilə hökm verməsə də olanlara beyət etmək vacibdirsə, dünyada bir çox zahirən müsəlman prezidentlər, krallar var. Bu müsəlmanların parçalanması anlamına gəlmirmi? Çünki bu adamlar şəriətlə hökm etməyən rəhbərlərdir və sabah birdən bir-birlərinə qarşı çıxıb işğalçılıq siyasəti yeritsələr, onlara tabe olan müsəlmanlar da bir-birlərinə qarşı vuruşmaq məcburiyyətində qalacaq. Bu hal normal haldırmı? İkinci məsələ, hansı ki, səhih hədislərlə sabitdir, bu mehdi ləqəbli birinin gələcəkdə müsəlmanların hakimi olmasıdır. Hətta onun haqqında eşidən kəsin iməyliyərək də olsa ona tərəf getməsi vacibliyi də ortadadır. Yəni müsəlmanlar ona beyət etməlidirlər. Mənə maraqlıdır, adı peyğəmbərimizin (s.a.s.) adı olan mehdi ləqəbli birisinin peyda olması zamanı hazırki beyət olunan rəhbərlər ona qarşı çıxarlarsa, onda necə olsun? Düşünmürəm ki, mehdi demokratik qaydalarla hökm versin və ya bunu edənləri dəstəkləsin, özünə dost tutsun. Sualımı sələflərdən biri ilə aydınlaşdırmaq istəyirəm: "İbn Ömər elə vaxt olub ki, heç kimə beyət etməyib. Əli ilə Müaviyə arasında olan anlaşmazlıq dövründə heç kimə beyət etməyib, ta o vaxtadək ki, Müaviyə Həsənlə sülh bağlayır və hamı ona beyət edir (Allah onlardan razı olsun). Müaviyənin ölümündən sonra Yezidə beyət edir, çünki müsəlmanlar onun ətrafında birləşirlər. Ondan sonra anlaşmazlıqlar dövrü gəlir və İbn Ömər yenə heç kimə beyət etmir, ta o vaxtadək ki, ibn Zubeyr öldürülür və müsəlmanlar Abdul Malik bin Marvanın ətrafında cəm olurlar və beyəti ona edir." (Fəth əl-Bari (13/195) və əl-Bidəyəh va əl-Nihəyəh (3/30) Qardaşlar, bu məsələ məni çox narahat edir və sizdən bu məsələyə aydınlıq gətirməyinizi xahiş edirəm. Allahu Təalə sizlərdən razı olsun və bu xeyirli layihədə işlərinizi asanlaşdırsın!
Cavab: 

Va aleykumus-Sələm va rahmətullahi va bərakətu. Qısa olaraq deyilir ki, Beyət müsəlman hakimlərə olur. Bunu edənlər də "əhlul-hill və əqd" deyə tanınan elm və vəzifə əhlidir. Qalan xalq da onlara tabe olaraq beyətə daxil olur. Amma müsəlmanların dövlətlərinin çoxalmasına gəldikdə; İslamın əvvəllərində xilafət bir idi, sonralar Əndəlusda, şimali Afrikada bir neçə əmirliklər ayrıldı, lakin daha böyük fəsadların çoxalmaması üçün o vaxtın alimləri bu əmirliklərə göz yumdular və hamısına beyət olundu. Mehdi gəldikdə isə müsəlmanların hamısını birləşdirəcəkdir. Allah daha doğrusunu bilir.