Cahillərin müşrik olması özünü müsəlman sayan cahillərə də aiddirmi?

Sual: 
Uca Allah buyurur: Əgər müşriklәrdәn biri senden aman dilese, ona aman ver ki, Allahın sözünü eşitsin. (Tövbә sürәsi ,6-cı ayә) Siz deyirsiniz ki, Bu cür ayәlər әsli kafirlәrә aiddir, özünü islama nisbәt edәnlәrә yox. Halbuki özünü islama nisbət edənlərə aid olmaması barədə heç bir dəlil yoxdur. Şeyx ibn Әbdul Vәhhәb demişdir: فإن جادل منافق، بكونالآية نزلت في الكفار،فقولوا له: هل قالأحد من أهل العلمأولهم وآخرهم: إن هذهالآيات لا تعم منعمل بها من المسلمين؟من قال هذا قبلك؟ وأيضًافقولوا له: هذا ردعلى إجماع المسلمين، فإناستدلالهم بالآيات النازلة فيالكفار، على من عملبها ممن انتسب إلىالإسلام، أكثر من أنتذكر Әgәr sәninlә hәr hansı bir MÜNAFİQ mübahisә etsә vә desәki bu ayәlәr (әsli) kafirlәr haqdadır! Bu tәqdirdә ona deyin: Sәlәf vә Xәlәf alimlәrdәn kimsә bәyәm deyibmi ki, bu ayә müsәlmanlardan bu (şirk әmәllәri) edәnlәrә şamil edilmir? (әd durar әs saniyә, 10-58) Hәmçinin nәcd diyarının müftisi, Şeyx Әbdullah әbu Buteyn demişdir: وأما قول من يقول:إن الآيات التي نزلتبحكم المشركين الأولين، فلا تتناول منفعل فعلهم، فهذا كفرعظيم، مع أن هذاقول، ما يقوله إلا"ثور" مرتكس في الجهل O ki qaldı, bu ayәlәr qәdim müşriklәrin hökmü haqda nazil olub,amma (indi) onların әmәllәrini edәnlәrә şamil edilmir deyәnlәrә , bu - böyük küfrdü! Vә bu cür sözü, cahillik bataqlığında batan ÖKÜZDӘN başqa heçkim demәz! (Mәcmuatu әl mәsәil vәr rasәil, 2/130) Hәmçinin İmam Şәvkәni bu ayәlәr haqda demişdir: وإن كان تنزيلها فيالكفار لكنه قد صحتأويلها في المقلدين Hәtta әgәr bu ayәlәr (әsli) kafirlәr haqda nazil olub, lakin (müsәlman) tәqlidçilәr haqda tәvil edilmәsi sәhihdir! (әl qavl әl mufid, 1/72)
Cavab: 

İlk olaraq Şeyxul-İslam Muhəmməd ibn Abdul-Vahhəb (Allah ona rəhm etsin) sizin göstərdiyiniz mənbədə bu ayədən danışmır. Şeyxul-İslam orada ümumi şəkildə deyir ki,Qurandakı ayələrə "bunlar ancaq kafirlərə aiddir" demək olmaz. Şeyxul-İslamın cahilliyi üzr gördüyü haqqında sözləri kifayət qədərdir. Qaldı ki, İmam Şovkaniyə (Allah ona rəhm etsin) Muazın Allah Rasuluna (salləllahu aleyhi və səlləm) səcdə etməsi hədisinə dəlil gətirərək demişdir: "Cahilliyindən Allahdan qeyrisinə səcdə edən kimsə TƏKFİR OLUNMAZ". (Neylul-Əvtar, 6/ 210, 363). Allah daha yaxşı bilir. Həmçinin, oxuyun: Tövhiddə cəhalətin üzr olması barədə Əhli-Sünnənin böyük alimlərinin bəzi sözləri

Mövzular: