Rəhbəri təhqir edən alimə sələf alimlərin münasibəti necə olmalıdır?

Sual: 
Esselemu aleykum va rahmatullah Selefi alimlerden biri her hansi muselman bascisini tehqir ederse bu zaman selefiler o alime qarsi munasibetleri nece olmalidir ?den Allah sizi qorusun.
Cavab: 

Və aleykumus-Sələm va rahmətullahi va bərakətu. Müsəlman hakimlər barədə müəyyən olaraq pis danışmaq, xətalarını və eyiblərini saymaq, minbərlərdə (xütbə deyərək), məclislərdə bunları zikr etmək və onları insanların gözündən salmaq fəsaddır, şərdir və sələf mənhəci deyildir. Bütün bunlar pis nəticələrə aparır. Bunlardan; hakimlərə qarşı çıxmağa yol açır, cəmiyyətdə anarxiya, başlı-başınalıq, xaos yaradır, hakimləri müsəlmanların gözündən salır, heybətlərini aparır, hətta dinlə bilinən xeyirli işlərdə belə onlara itaətsizliyə səbəb olur...  

Hakimlərə açıq-aşkardan nısihətlər yağdırmaq sələf mənhəcu deyildir. Çünki hakimlərə nəsihət etmək başqa müsəlmanlara nəsihət etməkdən fərqlidir. Rasulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyir: "Kim əmr, sultaniyyət sahibinə nəsihət etmək istəyərsə, açıq-aşkar etməsin. Lakin əlindən tutsun, xəlvətə çəksin. Əgər qəbul edərsə, nə yaxşı. Yox (qəbul etməzsə, nəsihət edən) öz üzərinə düşəni artıq yerinə yetirmişdir". (Əhməd "Musnəd" 3/ 403,404 və İbn Əbi Asim "Sünnə" 2/ 521). 

Həmçinin, Osman (Allah ondan razı olsun) dövründə fitnə baş verdikdə, bəziləri Usəmə ibn Zeydə  (Allah ondan razı olsun) dedilər: "Bəlkə Osmanla danışasan". Usəmə dedi: "Siz elə zənn edirsiniz ki, mən onunla sizin yanınızda, siz eşidə-eşidə danışacam?! Allaha and olsun ki, onunla öz aramızda danışmışam. Əmrlərə açıq-açkardan inkar etməklə ən birinci fitnə qapısını açanın mən olmağımı istəmirəm". (Muslim 2989).

Kim belə edərsə, ona nəsihət olunmalıdır, çünki bu əməl sələf mənhəcindən deyildir. Allah daha doğru bilir. 

Həmçinin, oxuyun: Keçmiş sələf alimlərinin rəhbərə qarşı çıxmağı icazəli görən alimi cərh etmələri barədə