Şeyx Albaninin bidətçiyə hüccət haqqındakı sözünün izahı
812 oxunma
Sual:
Əs sələm aleykum və rahmətullahi və bərakətuhu Allah sizi dogru Minhəc əqidəsində bərəkətləndirsin.
Sualım belədir, bəzi narazılar öz dərslərində Şeyx Albanidən stat gətirib deyirlər ki, guya Şeyx Albani hər bidət edən bidətçi deyil deyib. Zəhmət olmasa deyərdiz bunun mənbəsi varmı yoxsa necə? Mənə lazimdir ki, bu söz uydurmadir yoxsa Şeyxin sözünü bunlar belə başa düşüb? O, dərsin sahibinin bu sözü mənə çatmadı, əgər elə idisə Şeyx Albani Hədis əhli idi və hədis goturduk də, baxırdı kimdən götürür. Hər bidət edən bidəçdi deyildisə o, zaman elə Şeyx kimdən gəldi hədis goturərdidə onsuzda hər bidət edən bidətçi deyil. Allah razi olsun Əs sələm aleykum və rahmətullahi və bərakətuhu.
Cavab:
Va aleykumus-Sələm va rahmətullahi va bərakətuh.
Sizin şeyx Albanidən (Allah ona rəhm etsin) nəql etdiyiniz bu qayda doğru bir qaydadır ki, "hər bidət edən bidətçi deyildir". Bu əsrdə böyük alimlərdən olan Şeyx Rabi ibn Hədi əl-Mədxali (Allah onu qorusun) bu qaydanı əvvəlki nəsil olan sələflərin mənhəci üzərində şərh etmiş və bildirmişdir:
"Bidətə düşənlər üç qismdir:
1. Bidət əhli - rafizilər, xavariclər, cəhmilər, qədərilər, mötəzilələr, murciyələr və bunlara aid edilənlər; ixvanlar və təbliğçilər kimi. Sələflər belələrinə bidətçi adını vermək üçün onlara hüccət qaldırmağı şərt qoymamışlar. rMəsələn, rafizi bidətçidir, xavaric bidətçidir...
2. Əhli-Sünnədən olub, açıq-aşkar bidətlərə düşən kəs; Qurana məxluq deyən, qədərilərin, xavariclərin və başqalarının rəyləri kimi. Belələrinə hüccət qaldırılmır və sələflərin də əməlləri bunun üzərində olub. Misal olaraq İbn Ömər (Allah ondan razı olsun) qədərilər barədə soruşulduqda demişdir: "Get ona de ki, mən ondan uzağam, o da məndən uzaqdır". Muslim rəvayət etmişdir.
Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: "Sələflərin və imamların yolu budur ki, onlar şəriətlə və ağılla bilinən səhih mənalar, şəri ləfzlər işlətməyə riayət etmişlər. Kim isə Kitaba və Sünnəyə müxalif olan batil məna işlədərdisə, ona rədd edərdilər. Kim özündə haqq və batil mənaları birləşdirən bidət söz işlədərdisə, onu da bidətə nisbət edərdilər və deyərdilər ki, "bu kəs bidətə bidətlə qarşılıq vermiş, batilə batillə rədd etmişdir". (Dəru Təarudi əl-Aql vən-Nəql, 1/ 254).
3. Əhli-Sünnədən olub, daima haqqı axtarmaqla tanınan birisi gizli bidətə düşər, lakin artıq vəfat etmişdirsə, barəsində bidətçi demək icazəli deyildir. Daim xeyirlə zikr olunmalıdır. Əgər həyatdadırsa, nəsihət olunur, haqq ona bəyan olunur, bidətçi deyilməkdə tələsilmir. Əgər israr edərsə, bidətçidir.
Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: "Sələflərdən və xələflərdən bir çox müctəhidlər bəzi sözlər demiş, əməllər etmişlər, lakin bunların bidət olduğunu bilməmişlər; buna düşmə səbəbləri ya səhih zənn etdikləri zəif hədislər, ya ayədən qəsd olunmayan mənanı başa düşmələri, ya da məsələdə dəlil olmasını bilmədən rəy irəli sürmələri olmuşdur...". (Fətəva, 19/ 191).
Sonra Şeyx deyir: "Hər bir halda bidət əhlinə nə mütləq olaraq hüccət qaldırmağın şərt olmasını, nə də ki, hüccətin şərt olmamasını demək olmaz". ("İştirat İqamətul-Huccə fit-Təbdi" risaləsindən müxtəsər olaraq).
Beləliklə, Şeyx Rabinin (Allah onu qorusun) sələflərin əməlləri ilə bidətçiləri və bidətə düşənləri böldüyü bu qismlərlə Şeyx Albaninin (Allah ona rəhm etsin) dediyi "hər bidətə düşən bidətçi deyil" sözünün arasında heç bir ziddiyyət qalmır. Məsələ zikr olunan bu qismlərlə aydın olur.
Şeyx Muhəmməd Bəzmul Şeyx Rabinin (Allah onları qorusun) bu risaləsini şərh etdərkən deyir: "Bidət əhli məsələni düzgün başa düşməyiblər. Belə ki, bidət sahibi birinə rədd olunduqda, odəqiqə inkar edərək deyirlər ki, "ona rədd etmə, çünki ona hüccət qaldırmamısan". Lakin məsələ heç də belə deyildir, çünki (ikinci qismdə) şərt qoyulmayan hüccət bidət sahibinə lazımı cəza verilmə məqamında şərt olur, ona bidət sahibi, həva əhli, hətta bidətçi adını verdikdə isə şərt deyildir. (Səsyazmadan götürülmüşdür).
Həmçinin, Şeyx Rabi (Allah onu qorusun) bu məsələdə avam, elmsiz müsəlmanlarla elm əhlinin arasında fərq qoyaraq, ikinci və üçüncü qismlərdə avam və elmsizlərə elmi çatdırmağın lazım olduğunu bildirir.

Mövzular: