English
24.04.2016
Salam aleykum. siz burada bəzi alimlərin cahilliyin üzrlü olması, namazı tərk edənin hökmü haqqında sözlərini yazmısınız. Amma youtube-da videolar var ki həmin alim bunların əksini deyir. Biz indi hansına inanaq?
Cavab:

Va aleykumus-Sələm va rahmətullah. Alimlərin sözlərini düzgün başa düşmək lazımdır. Ola bilsin ki, alim ümumi söz desin, amma bunu geniş açıqlayanda daha aydın olur. İndi bəzi insanlar alimlərin ümumi sözlərini tərcümə edib "youtube"də və başqa sosial şəbəkələrdə müəyyən məqsədlərə çatmaq üçün insanları aldadırlar. Allahdan salamatlıq istəyirik.

ardını oxu 675 oxunma təkfir
24.04.2016
bir insana ne qeder nesihet edirsen cahilliyin uzrlu olmasini, qebul etmir ve bezi alimlerden deliller getirir ve deyir ki, bu da moteber reydir. hemin insan haqq uzerindedirmi? onunla nece muamile edilmelidir?
Cavab:

əs-Sələmu aleykum. Cahilliyi üzürlü görməmək necə mötəbər rəy ola bilər ki, cümhur alimlər cahilliyi üzr görüblər? Yəni, alimlərin əksəriyyəti cahilliyi üzürlü görüblər. Daha ətraflı: Tövhiddə cəhalətin üzr olması barədə Əhli-Sünnənin böyük alimlərinin bəzi sözləri

ardını oxu 732 oxunma təkfir
24.04.2016
Assalamu aleykum. Məgər səhabələr namaz qılmayanın kafir olması haqqında icma etməyiblərmi?
Cavab:

Va aleykumus-Sələm va rahmətullah. Xeyr qardaş, səhabələr namaz qılmayanın kafir olmasında icma etməmişlər. Əgər icma etsəydilər onlardan sonra gələn İmam Əbu Hənifə, İmam Məlik ibn Ənəs, İmam Şafii və İmam Əhməd (Allaha onlarda rəhm etsin) ən səhih rəyinə görə namazı tənbəllikdən tərk edənin fasiq müsəlman olduğunu deməzdilər. Axı səhabələrin icmasını qəbul etmək hamıya vacibdir. Səhabələr nədə icma ediblərsə, onlardan sonra həmin məsələdə ixtilaf olmayıb. Amma bizə məlumdur ki, namazı tənbəllikdən tərk edən haqqında ümmətin alimləri ixtilaf ediblər.

ardını oxu 1091 oxunma təkfir
24.04.2016
bu ayeler çox vaxt namaz qılmayanin kafir olması haqqinda delil getirilir. bu shubheye nece cavab vermek olar? Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik.( əl-Muddəssir: 42-43) Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və müşriklərdən olmayın!(ər-Rum: 31) Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr,onlar sizin din qardaşlarınızdır.(Tövbə: 11)
Cavab:

Qurani-Kərimdə olan dəlilləri daha yaxşı başa düşmək üçün ayələrdə bir öncəki və ya bir sonrakı ayələrə baxmaq lazımdır. Məsələn "Vay namaz qılanların halına" (əl-Məun, 4) deyib sussaq və sonrakı ayəni deməsək, onda bu ayənin hökmünə bütün namaz qılanlar girər. Deməli ayələri başa düşmək üçün önünə arxasına baxmaq lazımdır. Uca Allah buyurur:

ardını oxu 1684 oxunma təkfir
20.04.2016
salam aleykum. cahilə salam aleykum demek olar? cahil salam verende onun salamini almaq olar? zehmet olmasa delilleri yazin
Cavab:

Va aleykumus-Sələm va rahmətullah. Bir insandan İslam izhar olubsa, ona müsəlman əhkamları tətbiq olunur. O cahil özünü İslama nisbət edirsə, ona salam da verilir, salamı da alınır. Necə ki, Uca Allah buyurur: "Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya (verilən salamı olduğu kimi) qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir". (ən-Nisa, 86).

ardını oxu 744 oxunma təkfir
20.04.2016
İbn əl-Qeyyim cahilliyin üzrlü olmamasını bildirmişdir, bu da dəlil: İbn Qeyyim da bu barədə buyurur: “Allahdan qeyrisinə ibadət edən müşrikdir. Və müəyyən olaraq bu isimlə adlandırılır. Hətta o şəxsə hüccət çatmayıbsa belə müşrik ismi ilə adlanaraq qalır. Və mümkün deyilir ki, bu insan müsəlman ismi ilə adlansın. Çünki islam, Allahı onu təkləşdirərək, Ona ibadət etməkdən, Allaha və onun rəsuluna imana gətirərək, Allah rəsulunun gətirdiklərinə tabe olmaqdan ibarətdir. Və qul bütün bunlara əməl etmədikcə müsəlman deyil.
Cavab:
ardını oxu 746 oxunma şəxslər, təkfir
20.04.2016
salam aleykum. Bureydə bin Huseyb (radiyallahu ənhu) Peyğəmbərin (salləllahu aleyhi və səlləm)belə dediyini eşitmişdir: “Bizimlə onların arasında olan əhd namazdır.Kim onu tərk edərsə kafir olar.” Əhməd:22987.Tirmizi:2621.Nəsai:463.İbn Macə:1079.Şeyx Albani və Şueyb Arnaut bu hədisi səhih saymışlar. Peyğəmbər salllallahu ve aleyhi ve sellem demişdir:“İnsanlarla Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Muhəmməd onun elçisidir” – deyib, namaz qılıb, zəkat verənə qədər vuruşmağa əmr olundum.
Cavab:

Va aleykumus-Sələm va rahmətullah. Zəhmət olmasa bu məqalələri oxuyun:

Namaz qılmayana kafir adı verilən hədisləri necə başa düşməliyik?

Alimlərin namaz qılmayan barədə sözləri

ardını oxu 691 oxunma təkfir
03.03.2016
burada destemaz ve qusl haqqinda suallar cavablandirilir?
Cavab:

Salam aleykum. Bu saytda yalnız mənhəc və təkfir mövzusunda suallara cavab verilir.

ardını oxu 564 oxunma
23.12.2015
“Lə iləhə illəllah” kəlməsinin mənasını təfsilatla bilmədən deyənin hökmü nədir?
Cavab:

Birincisi, İnsanda İslamın əsli şəhadət kəlməsilə gerçəkləşir.

İkincisi, təfsilatı ilə bilib-bilməməsi o insanın qəlbindəki məsələlərdir. Necə ki, Peyğəmbər (salləllahu aleyhi va səlləm) Usaməni (Allah ondan razı olsun): “Sən onun qəlbini yarıb baxdınmı?”- deyərək qınayır. Çünki, Usamə (Allah ondan razı olsun) öldürdüyü insanın o andakı zahiri ilə kifayətlənmir. Halbuki, o anda həmin insanın zahiri İslam idi.

ardını oxu 1167 oxunma təkfir
14.11.2015
salam aleykum. cahilleri tekfir etmek niye qadagandir?
Cavab:

Aleykum assalam. Cahillər 2 cürdür. Özünə müsəlman deyən və özünə müsəlman deməyən (Məs., ateist, xristian, yəhudi və s. deyən). Səhih görüşə görə hər iki növ cahillərə haqq çatmadığı üçün Qiyamət günü xüsusi imtahan olunacaqlar. Amma özünə müsəlman deyən cahillə digər cahilərdən fərqli olaraq müsəlman müamiləsi edilməlidir. Bu Quran ayələri və səhih hədislərdə bildirilmişdir. Məsələn, Uca Allah buyurur: "Ey iman gətirənlər! Allah yolunda səfərə çıxdığınız zaman diqqətli olun!

ardını oxu 975 oxunma təkfir

Pages