Əhli-Sünnə vəl-Camaatın əksər alimləri (cumhur alimlər) namazın vacibliyini inkar etmədən səhlənkarlıqdan tərk edənin kafir olmadığını demişlər. Burada belə bir sual ortaya çıxır: Əgər təmbəlliyindən dolayı namaz qılmayan kafir deyilsə, onda namaz qılmayana kafir adı verilən hədisləri necə başa düşək? Namaz qılmayanı kafir saymayan alimlər bu hədislərin belə deyilməsinin hikmətlərini açıqlamaqdan əvvəl hədislərdə kecən kafir kəlmələrini doğru düzgün başa düşmək üçün küfrün (kafirin) iki növünün olduğunu bildirmişlər. Küfr (Kafirlik) iki yerə bölünür.
- Kiçik küfür (Kiçik kafirlik, və yaxud kiçik, əməli kafir). Sahibini dindən çıxarmır.
- Böyük küfür (Böyük kafirlik və yaxud böyük kafir). Sahibini dindən çıxarır.
Həmçinin, belə hədislərin yalnız namaz barəsində deyil, digər günahlar haqqında da nəql olunduğunu qeyd etmişlər. Ona görə də namazı tərk edənin kafir olacağına dəlalət edən hədisləri cəm edəndə, bu küfrlərin bildikdən sonra inkar etmək küfrü deyil, kufranun-niəmə (nankorluq küfrü) kimi başa düşmək olur. Əks təqdirdə bu hədisləri cəm etmək mümkün deyil. Necə ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bu hədislərindəki küfr kəlmələrini, nemətə küfr kimi başa düşmüşük. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur:
- “Məndən sonra bir-birinin boynunu vuran kafirlərdən olmayın!” (əl-Buxari, 121; Muslim, 232).
- “Bizimlə kafirlərin arasındakı əhd namazdır. Kim onu tərk edərsə, küfr etmiş olar” (ət-Tirmizi, 2623).
- “Müsəlmanı söymək günah, ona qarşı vuruşmaq isə küfrdür” (əl-Buxari, 48)
- “Nəmməm Cənnətə girməz” (İbn Həcər “Fəthul-Bari” 10/ 472).
- “Ərindən lazımsız səbəb olmadan talaq istəyən qadına Cənnətin qoxusu haram olar” (Əhməd, 5/ 277).
- “Kim qadını ilə heyzli ikən və ya arxadan əlaqədə olarsa, Muhəmmədə nazil olana küfr etmişdir” (Əbu Davud, 3904).
- “Kim aybaşı olan qadınla və ya qadına arxa orqanından yaxınlıq edərsə, yaxud sehrbazın yanına gəlib onun dediklərini təsdiqləyərsə, artıq Muhəmmədə (salləllahu aleyhi və səlləm) nazil olanı inkar etmişdir”. (ət-Tirmizi, 135).
- “Kim ox atmağı öyrənər və sonra onu tərk edərsə, nemətə küfr etmiş olar”. (ət-Tabərani “Mucəmul-Kəbir” 801. əl-Albani “Sahihul-Cəmius-Sağir”də (6142) səhih olduğunu bildirmişdir).
- “Allahdan başqasına and içən küfr və ya şirk etmişdir”. (əl-Hakim, 7814; ət-Tirmizi, 1535).
- “Kim bilərəkdən doğma atasının deyil, başqa birisinin oğlu olduğunu iddia edərsə, küfr etmiş olar. Kim özünün heç bir qohumluq əlaqəsi olmadığı bir qəbiləyə mənsub olduğunu iddia edərsə, qoy Cəhənnəmdəki yerini tutsun”. (əl-Buxari, 3508).
Alimlər bu hədislərin belə deyilməsinin hikmətlərini isə belə açıqlamışlar:
- Bu günahların müsəlmanların əxlaqından olmadığı üçün.
- Bu günahlarla kafirlər məşhur olduqlarına görə.
- Bu günahların tədricən insanı İslamdan çıxartmasına səbəb olduğu üçün.
- Günahın nə qədər şiddətli olmasını xatırlatmaq.
- İnsanları tam çəkindirmənin ən kamil üslübu sayılılan “Günaha yaxınlaşmağın qarşısını almaq”, yəni bir şeyi tərk etmək üçün yaxınlaşmağı tərk etmək prinspidir, bu günahları edənləri təkfir etmək deyil.
Buna bənzər misal bizim danışığımızda da var. Məsələn, “Kişi yalan danışmaz” və s. buna bənzər ifadələr. Amma biz bilirik ki, bu ifadə insanın kişiliyini tamamən yox etmir. Burda ancaq yalanın nə qədər pis bir əməl olduğu, kişiyə yaraşmayan bir sifət olduğu nəzərdə tutulur. Həmçinin, insan yalana yaxınlaşmasın deyə qarşısı kökündən alınmaq üçün belə deyilir.
Həmçinin, Peyğəmbər (salləllahu aleyhi və səlləm) insanları tam çəkindirmənin ən kamil üslübundan istifadə etmişdir. Həmçinin namaz qılmamaqla kafirlər tanındıqları üçün belə bir ifadə işlətmişdir, yaxud da bu günahlara düşənlərin əksəriyyətinin aqibətinin küfrlə nəticələnməsini bəyan etmək istəmişdir. (Şərh mə Cəə fit-Təncim Təvhid” kitabının şərhi, səh. 16).
Kafirlərin də özlərinə məxsus müəyyən miqdarda bizə bənzər ibadətləri var. Məs: onlardan da zikr edənlər, oruc tutanlar, qurban kəsənlər, sədəqə verənlər, həftədə bir dəfə ibadətgahlarına toplananlar və s. ibadət edənlər var. Amma gündə beş dəfə namaza bənzəri isə əsla yoxdur.
Həmçinin, “Bizimlə kafirlərin arasındakı əhd namazdır, kim onu tərk etsə küfrə düşər” hədisini böyük küfür kimi başa düşmək Əhli-Sünnənin təməl qaynaqlarına zidd gəlir. Çünki, bizimlə kafirlərin arasında ən böyük və ən əsas fərq “lə iləhə illəllah” kəlməsidir, namaz deyil. Hədis ümümi olduğu üçün “lə iləhə illəllah” bu hədisdə zikr olunmamışdır. Əhli-Sünnə hədislər arasında ortaq məxrəcə gəlmək üçün hədisləri cəm edərək hökm verir. Bir qismini alıb, digər qismini tərk etmir. Məsələn: Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşurlar ki, “ən yaxşı əməl hansıdır?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) bir hədisdə atana, digər hədisdə anana edilən yaxşılıq deyir. Başqa hədislərdə isə fərqli əməlləri zikr edir. Həmçinin, günahlar mövzusunda da belədir. Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) ən böyük günahları soruşanda bir hədisdə üç günah qeyd edir: Allaha şərik qoşmaq, aclıq qorxusu ilə uşağını öldürmək, bir də qonşunun məhrəmi ilə zina etmək. Başqa bir hədisdə ən böyük günahları soruşanda yeddi günah, digər hədisləərdə isə bu iki hədisdə keçməyən başqa günahları zikr edir. Başqa hədislərə əhəmiyyət verməyib ən böyük günahın ancaq iki günahdan ibarət olduğunu söyləmək deyildir.