Məgər səhabələr namaz qılmayanın kafir olmasında icma etməmişlərmi?
1091 oxunma
Sual:
Assalamu aleykum. Məgər səhabələr namaz qılmayanın kafir olması haqqında icma etməyiblərmi? Aşağıdakı dəlillər haqqında nə deyə bilərsiniz?
İbnu Ömər (radiyallahu ənhu) belə dedi: "Rasulullah, sallallahu aleyhi və səlləm, belə dedi "Kim namaz qılmazsa onun dini yoxdur." (Mərvazi "İman"(47),Beyhəki "Şuabul-İmən" (43), İbni Əbi Şeybə "İman" (47), Əhməd (134), Tabərani, "Mu'cəmus-Sağir’" (60) həsən bir sənədlə rəvayət edib.)
Əbud-Dərda(radiyallahu ənhu)belə deyir:" Allah Rasulu, sallallahu aleyhi və səlləm, buyurdu: "Hər kim ki bilərək namazı tərk edərsə bütün əməllərini batil etmişdir."(İbni Əbi Şeybə (1/377), bu hədisi Əhməd "Müsnəd" (6/540), Heytəmi əl-Məkki isə "Məcmuə'z-Zəvaid"də "bu rəvayətin raviləri Səhih'in raviləridir" deyib.)
İbnu Məs'ud (radiyallahu ənhu) belə deyib: "Kim namazı tərk edərsə, onun dini yoxdur." (İbnu Əbi Şeybə "Musənnəf(10446) və "İmən" (47),"Tabərâni "Mu'cəmu'l-Kəbir" (8942), "Muhammədnİbnu Nasr "Kitabu's-Salət" (935)Beyhəki "Şuabu'l-İmən" (42)Albani"Sahihut-Tərğib")
İbn Məsud eləcə də deyib: "Kim namazı tərk edərsə,kafir olur."(Tabərani, "Kəbir",8939,Acurri, "Kitəbuş-Şariah"133) Əbu Zərrdən ,radıyallahu anh, : "Kim namazı tərk edərsə Allahın zimmətindən çıxar, küfrə düşər." (Əhməd (5/238),Camius-Sağir(1585)Durru-Mənsur(104) İbn-i Teymiyyə,"Məcmuul-Fətava", (7/477)İbnu Macə(4034)Tabərani, "Mucəmu'l-Kəbir" (20/ 233) Muhamməd İbnu Nasr, "Kitabu'sSalət" (911) həsən bir sənədlə rəvayət ediblər.
Ömər, radıyallahu anh’ deyir: "Namazı tərk edənin İslamdan nəsibi yoxdur." (Malik(1/39) İbni Əbi Şeybə (11/25) Beyhəki (1/367), Dərakutni (2/52),Abdurrazzəq (5010)Neysaburi,"Əl-İknə"(2/690)
Əli, radıyallahu anh, deyib: "Namaz dinin dirəyidir. Kim namazı qılmazsa o kafirdir." (İbni Hacər, "Təlhisul-Xabir" (1/173) Camius-Sağir(5186) Iraqi, "Muğni" (368) Muhamməd İbnu Nasr,"Kitabus-Salət" (933)Acurri, "Kitəbuş-Şəria" (135) İbnu Əbi Şeybə "Musənnəf(10485) (126) Beyhəki,"Şuabul-İman"(41) səhihdir.)
Abdullah İbnu Amrdan (r.a.): "Namazı tərk edənin dini yoxdur." (Buxari, Tarixu'l Kəbir(7/95) Əbud-Dərda(r.a.)deyir: "Namazı olmayanın imanı da yoxdur." ("Usulu's-Sunnə"(1536) əl-Mərvazi "Qadru'sSaləh"(945) İbnu Abdil-Bərr "Təmhid" (4/225) həsən bir sənədlə rəvayət ediblər.
Cabir ibn Abdullah r.a. deyir: "Namaz qılmayan kafirdir. (mən ləm yusalli fə huva kəfir) " (İbn Abdil-Bərr, "Təmhid"də (4/225) səhih bir sənədlə rəvayət etmişdir.)
İbn Abbas, r.a. deyir: "Namazı tərk edən kafir olmuşdur. (mən tərakəs-salətə fə qad kəfər)" (Kitəbus-Salət, 939, "Təmhid", 4/225
Ubeydu'l-Qalai belə deyir: “Məkhul (r.h.) əlimdən tutaraq "Ya Əba Vəhb! Fərz bir namazı qəsdən tərk eden biri üçün nə deyirsən?" dedi. Mən də "Asi bir mömindir" dedim. Əlimi daha çox sıxdı və sonra belə dedi: "Ya Əba Vəhb! İman'ın şanı nəfsində daha əzəmətli olsun! Kim fərz namaz'ı qəsdən tərk edərsə Allahın zimmətindən uzaqlaşmışdır. Kim Allahın zimmətindən uzaq olsa o kafir olur." (İbnu Əbi Şeybə, "İman", (129) və Abdurrazzaq, "Musənnəf" (5008) səhih bir sənədlə rəvayət edib)
Abdurrahmən Bin Şaqiq, Əbu Hureyr radıyallahu anh'dən; "Biz namazdan başqa əməllərdən hər hansı bir şeyin tərkini küfr saymazdıq." (Tirmizi(2622) Hakim(1/7) Riyadus-Salihin(1080)CamiulFəvaid(987) Tərğib(1/522) İbni Kəsir(3/4)İbnu Əbi Şeybə, "Musənnəf(10495) və İman(137)Muhamməd İbnu Nasr "Kitab'us-Salət" (948) Albani Tərğib'in sahih'ində(564) təxric edib.) İbn Həzm "əl-Muhəllə" 2/242'də, İbnu'l-Qayyim isə"Kitabu's-Salət"də nəql etmişdir.
İbnu'l-Qayyim belə deyir: "Əbu Muhəmməd ibn Həzm deyir: ‘Ömər, Abdurrahmən ibn Auf, Muaz ibn Cəbəl, Əbu Hureyra və başqa səhabələrdən bildirildiyinə görə bir vaxt fərz namazı vaxtı çıxana qədər qəsdən tərk edən kəs kafir və mürtəddir.’(Namazı tərk edənin kafir olduğunu söyləyənlər)dedilər: ‘Səhabədən buna zidd başqa bir rəy eşitmədik." Kitab, Sünnət və səhabənin icması namazı tərk edənin küfrünə dəlalət edir. (Kitabu's-Salət, s:15)
İbnu'l-Qayyim "Muhəmməd ibn Nəsr demişdir: ‘Muhəmməd ibn Yəhya'nın bizə bildirdiyinə görə, Ona da Əbu Numan'ın, Ona da Hamməd ibn Zeyd'in Əyyub'dan bildirdiyinə görə, namazın tərki küfrdür və bu barədə ixtilaf yoxdur’. Muhəmməd ibnu'l Mubarək'in belə dediyini nəql edir:‘ Kim üzrsüz olaraq bir vaxt namazı vaxtı keçənə qədər qəsdən gecikdirərsə, şübhəsiz ki, kafir olar’...
Peyğəmbərdən günümüzə qədər elm sahiblərinin rəyi də budur; üzrsüz olaraq vaxtı çıxana qədər namazı tərk edən kafir olur." (Kitabu's-Salət, s:31 Şeyxul-İslam (rahmətullahi ) demişdir: “Namazı tərk edənin təkfir edilməsi səhabə və tabiindən olan sələfin cumhurundan məşhur görüşdür.” Məcmu`əl-fətəva:20/97
Cavab:
Va aleykumus-Sələm va rahmətullah. Xeyr qardaş, səhabələr namaz qılmayanın kafir olmasında icma etməmişlər. Əgər icma etsəydilər onlardan sonra gələn İmam Əbu Hənifə, İmam Məlik ibn Ənəs, İmam Şafii və İmam Əhməd (Allaha onlarda rəhm etsin) ən səhih rəyinə görə namazı tənbəllikdən tərk edənin fasiq müsəlman olduğunu deməzdilər. Axı səhabələrin icmasını qəbul etmək hamıya vacibdir. Səhabələr nədə icma ediblərsə, onlardan sonra həmin məsələdə ixtilaf olmayıb. Amma bizə məlumdur ki, namazı tənbəllikdən tərk edən haqqında ümmətin alimləri ixtilaf ediblər. Cumhur alimlərə görə namazı tənbəllikdən tərk edən fasiq müsəlmandır. Allah daha yaxşı bilir. Həmçinin, oxuyun:
Va aleykumus-Sələm va rahmətullah. Xeyr qardaş, səhabələr namaz qılmayanın kafir olmasında icma etməmişlər. Əgər icma etsəydilər onlardan sonra gələn İmam Əbu Hənifə, İmam Məlik ibn Ənəs, İmam Şafii və İmam Əhməd (Allaha onlarda rəhm etsin) ən səhih rəyinə görə namazı tənbəllikdən tərk edənin fasiq müsəlman olduğunu deməzdilər. Axı səhabələrin icmasını qəbul etmək hamıya vacibdir. Səhabələr nədə icma ediblərsə, onlardan sonra həmin məsələdə ixtilaf olmayıb. Amma bizə məlumdur ki, namazı tənbəllikdən tərk edən haqqında ümmətin alimləri ixtilaf ediblər. Cumhur alimlərə görə namazı tənbəllikdən tərk edən fasiq müsəlmandır. Allah daha yaxşı bilir. Həmçinin, oxuyun:
Səhabələr namaz qılmayanın kafir olmasında icma etmişdilərmi?
Namaz qılmayanın hökmü
Namaz qılmayana kafir adı verilən hədisləri necə başa düşməliyik?
Alimlərin namaz qılmayan barədə sözləri
Mövzular: