İbn əl-Qeyyimin "Allahdan qeyrisinə ibadət edən müşrikdir" sözü ilə atılan şübhə

English

İbn əl-Qeyyim (Allah ona rəhm etsin) buyurur: “Allahdan qeyrisinə ibadət edən müşrikdir və müəyyən olaraq bu adla adlandırılır. Hətta, o şəxsə hüccət çatmayıbsa belə müşrik adı ilə adlanaraq qalır. Mümkün deyil ki, bu insan müsəlman adı ilə adlansın. Çünki İslam Allahı, Onu təkləşdirərək Ona ibadət etməkdən, Allaha və Onun Rəsuluna iman gətirərək, Allah Rəsulunun gətirdiklərinə tabe olmaqdan ibarətdir. Qul bütün bunlara əməl etmədikcə müsəlman olmaz. Hətta bunları inkar etməzsə belə (əməl etmədiyi üçün) o, kafir cahildir”. (“Tariqatul-Hicrateyn” 1/ 608).

Şübhəyə cavab: 

İbn əl-Qeyyimin (Allah ona rəhm etsin) sözünə gəldikdə, bu ifadənin sağını-solunu kəsiblər. İbn əl-Qeyyim (Allah ona rəhm etsin) bu ifadəni İslamda olmayan kafirlər, avamlar barəsində demişdir. Məsələn, Çində, Hindistanda, hansısa haqq çatmayan kənddə yaşayan avam bütpərəstlər, krişnaçılar, buddistlər müəyyən olaraq haqq çatmasa, hüccət qaldırılmasa belə onlar kafirdirlər. İbn əl-Qeyyim (Allah ona rəhmət etsin) buyurur: “Rafizilərdən, cəhmiyələrdən, qədərilərdən olan avam və təqlid edən, haqqı axtarma imkanı olmayan cahillər təkfir olunmur. Ola bilsin ki, Allah onları bağışlayır. Allah günahları əfv edəndir”. (“Turuqul-Hukmiyyə” 1/ 254).

Mövzular: