Aşağıdakı ayələr namaz qılmayanın kafir olmasına dəlil gətirildikdə, buna necə cavab verilir?

Sual: 
bu ayeler çox vaxt namaz qılmayanin kafir olması haqqinda delil getirilir. bu shubheye nece cavab vermek olar? Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik.( əl-Muddəssir: 42-43) Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və müşriklərdən olmayın!(ər-Rum: 31) Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr,onlar sizin din qardaşlarınızdır.(Tövbə: 11)
Cavab: 

Qurani-Kərimdə olan dəlilləri daha yaxşı başa düşmək üçün ayələrdə bir öncəki və ya bir sonrakı ayələrə baxmaq lazımdır. Məsələn "Vay namaz qılanların halına" (əl-Məun, 4) deyib sussaq və sonrakı ayəni deməsək, onda bu ayənin hökmünə bütün namaz qılanlar girər. Deməli ayələri başa düşmək üçün önünə arxasına baxmaq lazımdır. Uca Allah buyurur:

"Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik. Kasıbı da yedizdirməzdik. Batil sözlər danışanlarla birlikdə biz də danışardıq, və Haqq-hesab gününü yalan hesab edərdik – ölüm yəqinliyi bizə gələnə qədər". (əl-Muddəssir, 43-47).

Birinci ayədən sonra onları Cəhənnəmə salan əməllər qeyd olunur. Sonda "Haqq-hesab gününü yalan hesab edərdik" ayəsi gəlir. Bu isə aydın məsələdir ki, haqq-hesab gününü inkar edən kafirdir.

"Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və şərik qoşanlardan olmayın!" (ər-Rum, 31).

İkinci ayədə Allah ixlaslı olmağı və müşriklərdən olmamağı, namazı isə təqvanı artıran əməl kimi zikr edir.

"Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr,onlar sizin din qardaşlarınızdır" (ət-Tövbə, 11). 

Üçüncü ayədə isə namaz zəkatla bərabər zikr olunur. Əgər namazı tənbəllikdən tərk edəni təkfir etsək, o zaman gərək zəkat verməyəni də təkfir edək. Bu da mümkün deyil. Həmçinin, oxuyun: "Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr..." ayəsi ilə atılan şübhə

Mövzular: