salam aleykum. cahilə salam aleykum demek olar? cahil salam verende onun salamini almaq olar? zehmet olmasa delilleri yazin
Cavab:
Va aleykumus-Sələm va rahmətullah. Bir insandan İslam izhar olubsa, ona müsəlman əhkamları tətbiq olunur. O cahil özünü İslama nisbət edirsə, ona salam da verilir, salamı da alınır. Necə ki, Uca Allah buyurur:"Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya (verilən salamı olduğu kimi) qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir". (ən-Nisa, 86). Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) buyurur: "Bu ayəyə görə hətta kafir belə açıq şəkildə "əs-Sələmu aleykum" deyərsə, ona "va aleykumus-Sələm" deyə cavab verilir". (İbn əl-Useymin "Məcmuu-Fətava" 3/ 36).
Va aleykumus-Sələm va rahmətullah. Bir insandan İslam izhar olubsa, ona müsəlman əhkamları tətbiq olunur. O cahil özünü İslama nisbət edirsə, ona salam da verilir, salamı da alınır. Necə ki, Uca Allah buyurur: "Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya (verilən salamı olduğu kimi) qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir". (ən-Nisa, 86). Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) buyurur: "Bu ayəyə görə hətta kafir belə açıq şəkildə "əs-Sələmu aleykum" deyərsə, ona "va aleykumus-Sələm" deyə cavab verilir". (İbn əl-Useymin "Məcmuu-Fətava" 3/ 36).
Mövzular: