Bidətçiyə bidətçi demək qaydası, təkfir etmək qaydası kimidir?

Sual: 
Asslamu aleykum. Allah Subhanahu Təala bütün müsəlmanları qorusun bidət və bidətin şərindən, fəsadlarından. Allah yeni saytınızı xeyirli bərəkətli etsin. Amin! Sual: Bidət əhlinin müsəlmanlara atdıqları şübhələrdən biri də odur ki, deyirlər ki, cahil müsəlmana kafir deməmək üçün üzrlər qazandırırsınız, bəs niyə bidət edənə bidətçi demək belə asan olub? Söhbət bidətçi dəvətçilərdən gedir. Cahil cahildir. Bilmədən edir və etdikləri günahlar özünə aiddir və yalnız özü cavab verəcək. Bidətçi dəvətçilər isə haqqı bilə-bilə, etdikləri bidətə dəvət edirlər. Fətvalar verib insanları azdırırlar , müsəlmanları parçalayırlar və bu bidətlərin dəhşətləri də göz qabağındadır. Yəni bu bidətlərin nəticəsidir ki, müsəlmanlar bir-birlərinə kafir deyərək bir-birlərinin qanını, malını halal görürlər və s. dəhşətlər. Bu barədə zəhmət olmasa, daha aydın yazardız dəlillərlə. Allah razı olsun.
Cavab: 

Va aleykumus-Sələm va rahmətullah. Cahil müsəlman küfr etdikdə onun təkfirində tələsmədiyimiz kimi, eləcə də Əhli-Sünnədən olub, elmsizlik səbəbinə görə bidət edən şəxsə də bidətçi deməkdə tələsmirik. Kim müxalifliyi inadkarlıqla edərsə və ya ayə, hədis və imamların sözü ilə hüccət qaldırılar, sonra yenə də öz azğınlığında israrlılıq edərsə, bu halda həmin şəxsə təkfirdən, təbdidən (bidətçi) və ya təfsiqdən (fasiq) lazımi hökm verilir. Bunu edən isə yalnız elm əhlidir, sıravi müsəlmanlar yox.

Amma sualda qeyd edildiyi kimi, əgər bidətə dəvət edən kəs elmə nisbət olunan dəvətçidirsə, bu halda bidətin hansı növ bidət olmasına baxılır. Üzərində firqələrin durduğu, alimlərin də öz kitablarında çox danışdıqları kobud bidətlərdəndirsə, misal olaraq xavariclərin və mötəzilələrin böyük günah sahibini kafir görməsi, hakimlərə qarşı çıxmaq, qədərilərin qədəri inkar etməsi, murciyələrin əməli imandan çıxarması, sufilərin, rafizilərin, həmçinin müasir zəlalət firqələrinin - ixvanların, təbliğçilərin, qutubçuların, cihadçıların və sair zəlalətlərinə çağırırsa, bu halda o elm üzərində bidətə çağıran bidətçidir. 

Yox, əgər kimlərsə barəsində yaxşı zənn edərək onlara aldanmış, elmsiz biridirsə və özünü Əhli-Sünnəyə nisbət edirsə, bu halda ona hüccət qaldırmaq lazımdır. Lakin bu o demək deyil ki, bu kəsə hüccət qaldırmamış, onun xətalarına rədd etmək olmaz. Xeyr! Rəddiyyənin hüccətin qaldırılıb-qaldırılmamasına aidiyyatı yoxdur. Allah daha doğru bilir.