English

SON MƏQALƏLƏR

Abdullah ibn Şəqiq əl-Uqeyli (Allah ona rəhm etsin) adlı tabiin belə deyir: “Səhabələr hər hansısa bir əməlin tərkini namaz müstəsna olmaqla küfr saymazdılar”. (ət-Tirmizi 2622, 2831. Şeyx əl-Albani səhih məvquf olduğunu bildirmişdir).
Bu əsər isə bir neçə tərəfdən ziddiyətlidir:
ardını oxu 2226 oxunma namaz qılmayanın hökmü
Qədərilər İslama nisbət olunan firqədir. Qədərilər qədərə nisbət olunur ki, bu da Allahın var olan hər şeyi elmi və hikməti ilə təqdir etməsi deməkdir. Qədərə iman imanın rükunlarından biridir. Bu barədə Abdullah ibn Ömər (Allah ondan razı olsun) belə buyurur: "Onlardan biri Uhud dağı qədər qızılı sədəqə versə, qədərə iman gətirmədikcə, Allah ondan qəbul etməz". (Muslim, 8).
ardını oxu 2566 oxunma bidətçi firqələr
Cəhmiyyələr İslama nisbət olunan firqələrdən biridir. Cəhmiyyələr - Cəhm ibn Safvanın batil əqidəsinə tabe olan azmış bir tayfadır. Cəhm ibn Safvan hicrətin ikinci əsrində Xorasanda yaşamış, Quranın məxluq olmasını və Allahın sifətlərini inkar edən ilk şəxsdir. Şeyxul-İslam ibn Teymiyyə (Allah ona rəhm etsin) deyir: "Allahın sifətlərini inkar etməyin əsli yəhudilərə, sabiilərə, müşriklərə və azmış fəlsəfəçilərə qayıdır.
ardını oxu 1942 oxunma bidətçi firqələr
Bu iki sinif arasını eyni tutmaq və ya müqayisə etmək olmaz, çünki Hafiz ən-Nəvəvi və Hafiz İbn Həcər (Allah onlara rəhm etsin) kimi alimlərə hüccət qaldıran olmadığına görə onlar düşdükləri bəzi bidətlərdə üzürlüdürlər. Bu üzrlərdən:
- Onların usulları sələfi usulları idi, bu usulları da öz kitablarında bəyan etmişlər, lakin bəzi yerlərdə ayaqları sürüşüb, batilə düşmüşlər;
- Onların vaxtlarında Əşarilik çox şiddətli bir şəkildə yayılmışdır;
- Belə zənn etmişlər ki, Əbul-Həsən əl-Əşari bu təvil etiqadını tövbəsindən sonra demişdir;
ardını oxu 945 oxunma bidətçilərlə münasibət
Şeyx Saleh əl-Fovzan (Allah onu qorusun) deyir: "Əgər rədd olunan kəs Əhli-Sünnə vəl-Cəməadandırsa, ona olan rəddiyyə ədəblə olmalıdır. Fiqh, istinbat və ictihad məsələlərindəki xətaları diqqətə çatdırılmalıdır. Belə halda deyirik ki, "filankəs bu məsələdə xəta edib", doğru olan isə budur, dəlil də budur, Allah onu bağışlasın. Dörd məzhəb arasındakı rəddiyyələr kimi bu da onun ictihadıdır. Əgər o kəs Əhli-Sünnə vəl-Cəməadandırsa, bu rəddiyyə onun elmi məkanını aşağı salmır. Əhli-Sünnə vəl-Cəməa məsum deyillər. Onlarda da xətalar olur.
ardını oxu 1168 oxunma bidətçilərlə münasibət
Sual: Xəta rəy üzərində camaatda olmaq düzgün rəy üzərində ixtilafda olmaqdan daha xeyirlidirmi?
ardını oxu 1081 oxunma bidətçilərlə münasibət
Sual: Namaz qılmayan insana cənazə namazı qılmağın savabı var, yoxsa yox? Onun namaz qılmadığını bildiyi üçün cənazə namazını tərk edənə günah varmı? Eləcə də şərab içən və namaz qılmayan kimsənin halını bilənin ona cənazə namazı qılması icazəlidirmi?
ardını oxu 1884 oxunma namaz qılmayanın hökmü
Mənhəc nədir?
Mənhəc - ərəb dilində nəhəcə, yənhəcu, minhəcən sözündən götürülüb, insanın getdiyi aydın yol deməkdir. Uca Allah buyurur: “Sizdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik”. (əl-Maidə, 48).Abdullah ibn Abbas (Allah ondan razı olsun) bu ayədəki “minhəcə“ sözünün “sünnə” və “yol” mənasını verdiyini demişdir. (Cəmiul-Bəyan, 10/ 387).
 
ardını oxu 3688 oxunma mənhəc nədir
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, (bir dəfə) camaat soruşdu: “Ey Allahın elçisi! Qi­yamət günü Rəbbimizi görə biləcəyikmi?” (Peyğəmbər salləllahu aleyhi və səlləm) dedi: “Məgər siz bu­ludla örtülməmiş on dörd ge­cəlik ayı (görəcəyinizə) şübhə edirsiniz?” On­lar: “Xeyr, ey Allahın elçisi!”– deyə cavab verdilər. (Peyğəmbər salləllahu aleyhi və səlləm) dedi: “Mə­gər siz buludla örtülməmiş günəşi (görəcəyini­zə) şübhə edirsiniz?” Onlar: “Xeyr!”– dedilər. (Peyğəmbər salləllahu aleyhi və səlləm) buyurdu: “Rəbbi­nizi də beləcə görə­cəksiniz.
ardını oxu 1157 oxunma namaz qılmayanın hökmü, dəlillər
Şeyx Raslən (Allah onu qorusun) buyurur: “Bəzi insanlar deyir ki, “cərh və tədil elmi artıq öz əhli ilə birlikdə qəbirdədir. Çünki, bu elm hədis raviləri və xəbərləri nəql edənlərlə bağlıdır. Ona görə də bu elm artıq ölüb və mövcud deyil”. Cərh və tədili bu cür inkar etmək - buludsuz gündə günəşi səmadan inkar etmək kimidir. Bidət əhlinə qarşı susmaq, onlara qarşı çıxanlara, onların halını bəyan edənlərə və onlardan çəkindirənlərə düşmən olmaq - şəriətin bidət əhlinə qarşı qoyduğu cəzanı aradan götürməkdir.
ardını oxu 1850 oxunma bidətçilərlə münasibət
Əhli-Sünnə vəl-Camaatın əksər alimləri (cumhur alimlər) namazın vacibliyini inkar etmədən səhlənkarlıqdan tərk edənin kafir olmadığını demişlər. Burada belə bir sual ortaya çıxır: Əgər təmbəlliyindən dolayı namaz qılmayan kafir deyilsə, onda namaz qılmayana kafir adı verilən hədisləri necə başa düşək? Namaz qılmayanı kafir saymayan alimlər bu hədislərin belə deyilməsinin hikmətlərini açıqlamaqdan əvvəl  hədislərdə kecən kafir kəlmələrini doğru düzgün başa düşmək üçün küfrün (kafirin) iki növünün olduğunu bildirmişlər. Küfr (Kafirlik) iki yerə bölünür.

ardını oxu 1993 oxunma dəlillər, namaz qılmayanın hökmü
Sual: Hizbiliyin və “filankəsdə hizbilik var” deməyin mənaları nədir və hizbilər kimlərdir? Hizbilərin dəvətləri və mənhəcləri nədən ibarətdir?
ardını oxu 2744 oxunma bidətçi firqələr
əl-Həsən ibn Salih ibn Həy əl-Həmdani (ölümü h. 169)
Alim və lakin...
O - alim, zahid, təqva əhli, bir çox hədisi əzbərdən bilən və çox asanlıqla kövrələn bir insan idi.
O ilk dövrlərdə yaşamış və ibadətlərinin çoxluğu ilə tanınmış Sufyan əs-Səuri və başqaları kimi sələf alimlərinin həmyaşıdı idi. Hədis ravilərindən biri sayılırdı. “Cərh və tədil” elmində öz ciddiliyi ilə seçilən Əbu Hatim ər-Razi (Allah ona rəhm etsin) onun haqqında “etibarlı, əzbərdən çoxlu hədis bilən” demişdi.
ardını oxu 1558 oxunma bidətçilərlə münasibət, rəhbərlərə itaət, tarixi hadisələr
Bidət əhli ilə oturub-durmaq olmaz
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: “İnsan öz dostunun dinindədir. Hər kəs kiminlə dostluq etdiyinə diqqət etsin!” (Əhməd, 8417. əl-Albani həsən olduğunu bildirmişdir).
İbn Abbas (Allah ondan razı olsun) deyir: “Nəfsinə uyanlarla (bidət əhli ilə) oturub durma! Həqiqətən bidət əhli ilə oturub-durmaq insanın qəlbini xəstə edir”. (əl-Laləkayi “Şərh Usul İtiqad Əhlus-Sunnə).
ardını oxu 2417 oxunma bidətçilərlə münasibət
Bidət sözünün hərfi mənası "öncə edilməyən bir şeyi ixtira etmək, icad etmək" deməkdir.
Bidət dinə gətirilən yeniliklərə deyilir.
Bidətlər əməllərin qəbul olunmamasının və müsəlmanların parçalanmasının başlıca səbəbidir.
Bidət edən həm özü günah qazanır, həm də onun bidətinə əməl edənin günahını daşıyır.
Bidət edən dini və onun əsaslarını dəyişdirir.
Dində bidətlərə yol vermək böyük günahdır.
ardını oxu 4771 oxunma mənhəc nədir, bidətçilərlə münasibət
Əhli-Sünnə vəl-Camaatın əksər alimləri namazın vacibliyini inkar etmədən səhlənkarlıqdan tərk edənin kafir olmadığını demişlər.
Cumhur alimlərin rəyinə görə dəlillər əsasında namazın tərk edənin etdiyi küfr İslam ümmətindən çıxaran küfr deyildir.
Əhməd ibn Ruşd (Allah ona rəhm etsin) buyurur: “Namaz qılmayanı təkfir edənlərin əlində bəzi əsərlərin zahirindən başqa dəlil yoxdur”. (“Fəthul-Aliyyil-Malik” 2/ 346).
ardını oxu 2406 oxunma namaz qılmayanın hökmü
Müsəlmanları təkfir etmək bidət əhlinin daimi sifətlərindəndir. İmam əl-Əsbahani (Allah ona rəhm etsin) demişdir: “Biri birilərini təkfir etməklə məşğul olan xavaric, rafizi və qədərilər kimi bidət əhlindən fərqli olaraq, sünnə əhli biri birilərini təkfir etmir! Onlardan yeddi nəfər bir məclisdə toplansa, mütləq biri birilərini təkfir edərək oradan ayrılacaqlar. Onlar yəhudi və nəsranilərə bənzəyirlər və Allah onlar haqqında demişdir: “Yəhudilər dedilər: “Xaçpərəstlər (dində düzgün və mötəbər) bir şeyə istinad etmirlər”.
ardını oxu 1791 oxunma təkfir nədir, cahilliyin üzrlü olması
Şeyx Saleh əl-Fovzanın (Allah onu qorusun) hədislərdə deyilən itaətin müasir rəhbərlərə aid olub-olmaması sualına aydınlıq gətirir.
Sual: Biz bilirik ki, Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) rəhbərlərə itaətə təşviq edən hədisləri vardır. Bəziləri deyirlər ki, “bu hədislər keçmişdə yaşamış rəhbərlərə aiddir, indiki rəhbərlərə aid deyildir”.
ardını oxu 1309 oxunma rəhbərlərə itaət
Cümə namazının fərz olması
Uca Allah buyurur: “Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir”. (əl-Cumuə, 9)
ardını oxu 3057 oxunma məscidlərə getmək haqqında, islam-və-küfr-diyarı

Pages