"Xəta rəy üzərində camaat olmaq" rəyi düzgündürmü? - Şeyx əl-Albani

English
Video: 

Sual: Xəta rəy üzərində camaatda olmaq düzgün rəy üzərində ixtilafda olmaqdan daha xeyirlidirmi?

Cavab: Bu söz xəyaldır, şeirdir. Xəta üzrə camaatda omaq nə deməkdir? Insanların bəzisi doğru rəy, bəzisi də xəta rəy üzrə olaraq ayrılıq olarsa, nə zərər olacaqdır ki? Rəbbimiz deyir: "Haqdan sonra zəlalətdən başqa nə ola bilər?" (Yunus, 32); "Əgər Rəbbin istəsəydi, insanları vahid bir ümmət edərdi. Amma onlar elə hey ixtilafdadırlar. Yalnız Rəbbinin rəhm etdiyi şəxslərdən başqa"(Hud 118-119). Bu mənada olan məşhur hədis, Sələfi sünnə mənhəcindən tutunmayan İslami firqələrin belini qırır və bu hədis də budur: "Yəhudilər yetmiş bir firqəyə, nəsranilər yetmiş iki firqəyə və mənim ümmətim isə yetmiş üç firqəyə bölünəcəkdir və biri xaric hamısı cəhənnəmdədirlər". Dedilər: "Ey Allahın elçisi, kimdir o?" Dedi: "O, camaatdır".  Başqa rəvayətdə isə deyilir: "Mənim və səhabələrimin yolu üzərində olanlar". (İmam Əhməd, 4/102; Əbu Davud, 2/503; ət-Tirmizi, 3/367; İbn Məcə, 2/479).
"Xəta rəy üzərində camaatda olmaq" qaydası Qurana, Sünnəyə və ağıla ziddir. Necə ola bilər ki, xəta üzərində camaatda olmaq doğru üzərində ixtilafda olmaqdan daha xeyirli olsun? İnsanların bəzisinin doğru, düzgün (rəylər) üzərində, digərinin də xəta üzərində olması birinci olaraq Uca Allah kövni iradəsidir (istəyidir). "Əgər Rəbbin istəsəydi, insanların hamısını vahid bir ümmət edərdi". İkinisi isə  bu, məsum  Peyğəmbərin (salləllahu aleyhi və səlləm) verdiyi məlumatdır ki, bu ümmət yəhudi və nəsranilərdən daha çox sayda firqəyə bölünəcəkdir. O yetmiş üç firqədən biri haqq üzərində, bundan başqası isə batil üzərindədirlər. Bu sözün batil olmasının açıq-aydın bilinməsi ilə yanaşı sahibinə deyilir ki, "Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!" (əl-Bəqərə, 111). Məsələdə bundan çox sözə ehtiyac yoxdur". (Alləmə Muhəmməd Nasir əd-Din əl-Əlbəni "Silsilə Hudə vən-Nur" 310-cu kaset).