Hizbilik nədir və hizbilər kimlərdir? - Şeyx Rabi əl-Mədxali

English
Video: 

Sual: Hizbiliyin və “filankəsdə hizbilik var” deməyin mənaları nədir və hizbilər kimlərdir? Hizbilərin dəvətləri və mənhəcləri nədən ibarətdir?

Şeyx Rabi ibn Hədi əl-Mədxəli (Allah onu qorusun) buyurur: “Sələfi mənhəcinə müxalif olan hər bir kəs zəlalət hizbilərindən, dəstələrindəndir. Hizbiliyin heç də müəyyən bir şərtləri yoxdur. Uca Allah əvvəlki ümmətləri ”Əhzəb” (hizbilər, dəstələr) adlandırmışdır. Həmçinin, Qureyş başqa tayfalarla birləşdikdə onları da dəstələr (əhzəb) adlandırdı. Onların nə nizamnamələri, nə də başqa bir şeyi var idi. Hizbiliyin qanunlarla olması hizbiçiliyin şərtlərindən deyildir. Əgər nizamnamələrlə olarsa, pisliyi daha da artar. Allahın Kitabına və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) Sünnəsinə müxalif olan müəyyən bir fikrə təəssübkeşlik etmək, bu fikrin üzərində dostluq və düşmənçilik etmək – hizbilik budur. Hətta, müəyyən bir qayda-qanunları olmasa da belə bu hizbilik sayılır. Azğın bir fikir bina edib, onun üzərinə insanları cəm edirsə, bu hizbilikdir. İstər qayda-qanunlu olsun, istərsə də yox. Nə qədər ki, fikir birdir və Kitab və Sünnəyə müxaliflik edir – bu hizbidir, dəstədir. Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) müharibə edən kafirlərin heç birinin nizamnamələri yox idi. Hansı ki, indiki hizbilərdə mövcuddur. Lakin, bununla yanaşı Allah onlara hizbi adını vermişdir. Nə üçün?Çünki, onlar batil şeylər üçün dəstələrə, hizbilərə bölündülər və haqla müharibə etdilər. Uca Allah buyurur: “Onlardan əvvəl Nuhun xalqı və sonrakı əlbir dəstələr də elçiləri yalançı saydılar. Hər ümmət öz elçilərini yaxalamağa qəsd edirdi. Onlar həqiqətin yalan olduğunu sübuta yetirmək üçün batil sözlərlə mübahisə aparırdılar...” (Ğafir, 5). Uca Allah dedi ki “sonrakı dəstələr” – Allah bunları dəstələr (əhzəb) adlandırdı. Əhzəb döyüşü vaxtında Qureyş, Ğatafən, Qureyza və başqa qəbilələr birləşdilər. Onlar heç də nizamnaməsi olan dəstələr deyildilər. Lakin, Allah onları "hizbilər" adlandırdı. Hətta, “Əhzəb” adlı surə mövcuddur. Necə yəni nizamnaməli hizbilər? Nizamnamənin olması hizbiliyin şərtlərindən deyildir. Əgər batil fikirlərlə özünü sığortalayarsa, bu fikirlər üçün mübahisə, mübarizə edərsə, onun üçün dostluq edərsə, bu hizbidir. Əgər bunlara əlavə olaraq özlərinə nizamnamə qoyarlarsa, mal, pul toplayarlarsa, başqa şeylər toplayarlarsa, təbii ki, hizbiliklərində bir az da dərinə gedərlər və zəlalət dəstələrindən olarlar. Bundan Allaha sığınırıq.

Uca Allah buyurur: "Sən onların həmrəy olduğunu güman edirsən, halbuki onların qəlbləri dağınıqdır" (əl-Həşr, 14).

"Hörmətli şeyx Rabi ibn Hədi əl-Mədxali, "Məcmuu Kutub va Rasəil va Fətəva Fədılıtuş-Şeyx əl-Alləmətu Rabi Hədi əl-Mədxali",

(Fəzilətli şeyx Rabi ibn Hədi əl-Mədxalinin kitablar, risalələr və fətvalar məcmuəsi) 14/ 461).