Cəhənnəmdən son çıxan haqda

English

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, (bir dəfə) camaat soruşdu: “Ey Allahın elçisi! Qi­yamət günü Rəbbimizi görə biləcəyikmi?” (Peyğəmbər salləllahu aleyhi və səlləm) dedi: “Məgər siz bu­ludla örtülməmiş on dörd ge­cəlik ayı (görəcəyinizə) şübhə edirsiniz?” On­lar: “Xeyr, ey Allahın elçisi!”– deyə cavab verdilər. (Peyğəmbər salləllahu aleyhi və səlləm) dedi: “Mə­gər siz buludla örtülməmiş günəşi (görəcəyini­zə) şübhə edirsiniz?” Onlar: “Xeyr!”– dedilər. (Peyğəmbər salləllahu aleyhi və səlləm) buyurdu: “Rəbbi­nizi də beləcə görə­cəksiniz. Qi­yamət günü insanlar məhşərə toplanacaq və Allah buyuracaq: “Kim nəyə iba­dət edir­disə, qoy onun ardınca getsin!” Beləliklə, onlardan kimisi günəşin, ki­misi ayın, kimisi də tağutların ardınca gedəcək. Axırda bu ümmət, içində olan münafiq­lərlə birlikdə qalacaqlar. Allah onların yanına gəlib buyuracaq: “Mən sizin Rəb­binizəm!” Onlar (Onu tanımadıqlarına görə) deyəcəklər: “Rəb­bi­miz gələnədək bura bizim yerimiz (olacaq), Rəbbimiz gələndə biz Onu ta­nı­ya­cağıq”. Sonra Allah onların yanına gəlib buyuracaq: “Mən sizin Rəb­bini­zəm!” Onlar (Onu tanı­yacaq və): “Sən bizim Rəbbimizsən!”– deyəcəklər. (Bun­dan sonra) Allah onları çağıracaq, Cəhənnəmin üzərində körpü qurulacaq və ümməti ilə birlikdə bu körpüdən keçən elçilərin birincisi mən olacağam. O gün elçilərdən başqa heç kəs danışa bilməyəcək, elçilər isə deyəcəklər: “Allahım, xi­las et, xilas et!” Cəhən­nəmdə sadan tikanlarına bənzər qarmaqlar vardır. Siz sadan tikanlarını görmü­sünüzmü?” (Əshabələr): “Bəli”– dedilər. (Peyğəmbər salləllahu aleyhi və səlləm) buyurdu: “Bu qarmaq­lar sadan tikanlarına bənzəyirlər, lakin Allahdan baş­qa heç kəs onların nə qədər böyük olduğunu bilmir. Onlar insanları əməllərinə gö­rə tutacaqlar, kimisi əmə­linə görə məhv olacaq, kimisi də didik-didik edi­lə­cək, lakin axırda xilas olacaq. Nəhayət Allah Cəhənnəmə vasil olanlardan di­lə­di­yinə mərhəmət göstərmək istədiyi zaman mələklərə Allaha ibadət etmiş kim­sə­ləri (oradan) çıxarmağı əmr edəcək. Mələklər onları (üzlərindəki) səcdə izin­dən tanıyıb (oradan) çıxara­caq­lar. Belə ki, Allah Cəhənnəm oduna səcdə izlə­ri­ni yandırıb-yaxmağı haram etmişdir. Beləliklə, onlar Cəhənnəmdən çıxacaqlar. Od Adəm övladının vücudunu – səcdə yerləri istisna olmaqla, başdan-ayağa yandırıb-yaxacaq və onlar sümük­lərinə qədər yanmış halda oddan çıxacaqlar. Bundan sonra onların üstünə dirilik suyu töküləcək və onlar selin gətirdiyi to­xu­mun cücərib yetişdiyi kimi dirilə­cəklər. Nəhayət Allah Öz qulları üzərində mühakiməsini bitirdikdə Cənnətlə Cəhənnəm arasında bir nəfər qalacaq. Bu adam Cəhənnəmdən çıxıb Cənnətə girən kimsələrin axırıncısı olacaq. Onun üzü Cəhənnəmə tərəf olacaq və o deyəcək: “Ey Rəbbim, mənim üzümü oddan dön­dər, çünki onun tüstüsü məni zəhərləmişdir, alovu da məni yandırıb-yax­mış­dır!” Allah deyəcək: “Bu istədiyin yerinə yetirilsə, başqa bir şey istə­yə­cək­sən­mi?” (Bu adam): “Sənin izzətinə and olsun ki, yox”– deyəcək və Allaha di­lə­diyi qədər and içib söz verəcək. Allah da onun üzünü oddan döndərəcək. Allah onun üzünü Cənnətə tərəf çevirdikdə o, (Cənnətin) gözəlliyini görüb Alla­hın istədiyi qədər susacaq, sonra isə deyəcək: “Ey Rəbbim, məni Cənnətin qapısına yaxınlaşdır.” Allah ona deyəcək: “Məgər sən and içib söz ver­mə­miş­din ki, bu istədiyindən başqa heç nə istəməyəcəksən?” O deyəcək: “Ey Rəbbim, qoy Sənin yaratdıqlarının ən bədbəxti mən olmayım!” Allah deyəcək: “Bu is­tə­di­yin yerinə yetiril­sə, başqa bir şey istəyəcəksənmi?” O (yenə): “Sənin izzətinə and olsun ki, mən başqa heç nə istəməyəcəyəm”- deyəcək və Allaha dilədiyi qə­dər and içib söz verəcək. Allah da onu Cənnətin qapısına yaxınlaşdıracaq. Cən­nətin qapısına çatdıqda onun gözəlliyini, içindəki sevinc və zövq-səfanı gö­rüb Allahın istədiyi qədər susacaq, sonra da deyəcək: “Ey Rəb­bim, məni Cən­nə­tə daxil et!” Allah deyəcək: “Vay sənin halına, ey Adəm oğlu, sən nə qədər və­dinə xilaf çıxırsan! Məgər sən and içib söz verməmişdin ki, sənə veri­lən­lər­dən başqa heç nə istəməyəcəksən?” O deyəcək: “Ey Rəbbim, qoy Sənin yarat­dıq­larının ən bədbəxti mən olmayım!” Belə olduqda Qüdrətli və Böyük Allah gü­ləcək, sonra ona Cənnətə daxil olmağa izn verəcək və deyəcək: “(Nə dilə­yir­sən,) dilə!” O adam o qədər diləyəcək ki, axırda (heç bir) diləyi qalma­yacaq və Qüdrətli və Böyük Allah deyəcək: “Filan və filan şeyləri də dilə!” Beləcə, Rəbbi ona (onun istəklərini) xatırladacaq. Artıq onun heç bir istəyi qalmadıqda Uca Allah buyuracaq: “Sənə bu istədiklərin və bir o qədəri də (verilmişdir)”. Əbu Səid əl-Xudri Əbu Hureyraya (Allah onlardan razı olsun) demişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir ki, Allah buyuracaq: “Sənə bu istədiklərin, üstəlik onun on misli (verilmişdir).” Əbu Hureyra da (ona belə) cavab vermişdir: “Mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm): “Sənə bu is­tədik­lərin və bir o qədəri də (verilmişdir)”– dediyini yadda saxlamışam. Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) demişdir: “Mən isə onun: “Sənə bu istədiklərin, üstəlik onun on misli (verilmişdir)”– dediyini eşitmişəm”. (əl-Buxari, 806).