Bidət əhli ilə oturub-durmaqdan çəkinmək haqda alimlərin sözləri

English

Bidət əhli ilə oturub-durmaq olmaz

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: “İnsan öz dostunun dinindədir. Hər kəs kiminlə dostluq etdiyinə diqqət etsin!” (Əhməd, 8417. əl-Albani həsən olduğunu bildirmişdir).

İbn Abbas (Allah ondan razı olsun) deyir: “Nəfsinə uyanlarla (bidət əhli ilə) oturub durma! Həqiqətən bidət əhli ilə oturub-durmaq insanın qəlbini xəstə edir”. (əl-Laləkayi “Şərh Usul İtiqad Əhlus-Sunnə).

Alləmə ibnul-Həcc bidət əhli ilə oturmağın qadağan olunduğu ayələri zikr etdikdən sonra deyir: “İmam Əhməd ibn Hənbəl, Əvzəi, Abdullah ibn Mubarək və başqaları bidət əhli ilə oturub-durmaqda, onlarla qaynayıb qarışmaqda bu ayələrin vacib etdiyi hökmü verərdilər. Əgər bir insan bidət əhli ilə oturub duran biri olsaydı, deyərdilər: “Onlarla oturub-durmaq olmaz, əgər əl çəkərdisə heç, yoxsa o da onlara aid edilərdi, yəni hökmdə. Əgər belə deyilsəydi: “Mən onlarla onları başa salmaq və ya rədd vermək üçün oturub-dururam”, deyərdilər: “Onlarla oturub-durmaq olmaz”, əgər əl çəkməzdisə, o da onlara aid edilərdi”. (Şeyx İbnul-Həcc “Həzzul-Ğaləsim fi İfhəmil-Muxasim” səh. 110-111).

Fudeyl ibn İyadın (Allah ona rəhm etsin) bidət əhlini məzəmmət etməsində və onlardan çəkindirməsində çox gözəl sözləri vardır, bunlardan:

“Bidət sahibi ilə oturub qalxan kimsədən çəkinin. Bidət sahibi ilə oturub qalxanlara hikmət verilməmişdir. Bidət sahibi olanla aramda dəmirdən bir qala olmasi mənə sevimlidir”.

“Kim bidət sahibi ilə oturub-durarsa, ona hikmət verilməz”.
“Bidət sahibi ilə oturub durma, qorxuram sənin üzərinə lənət yağar”.
“Kim bidət sahibini sevərsə, Allah o kəsin əməllərini batil edər və İslam nurunu onun qəlbindən çıxarar”.
“Yəhudi və nəsrani ilə birgə yemək yeyərəm, ancaq bidətçi ilə birlikdə yemək yemərəm. İstəyərəm ki, mənimlə bidət sahibinin arasında dəmirdən bir qala olsun”. 

"Kim bidət sahibini ucaldar, böyük tutarsa, artıq İslamı dağıtmağa kömək etmişdir". 
"Kim bidətçinin üzünə gülümsəyərsə, artıq Uca Allahın Muhəmmədə (salləllahi aleyhi və səlləm) endirdiyini aşağı tutub, təhqir etmişdir". 
"Kim öz qızını bidətçi ilə evləndirərsə, artıq onunla qohumluq əlaqələrəni kəsmişdir". 
"Kim bidətçinin cənazəsini təqib edərsə, ondan qayıdanədək Allahın qəzəbi altındadır".

(İmam Bərbəhəri “Şərhus-Sunnə” 138-139; İbn Batta “İbənə” 2/ 460; əl-Hilyə, 8/ 103).

Fudeyl ibn İyad (Allah ona rəhm etsin) demişdir: “Əgər hər hansı bir bidətçini yolun bir tərəfində görsən, sən yolun o biri tərəfinə keç!” (əl-İbənə, 2/ 475).

Alləmə əş-Şətibi (Allah ona rəhm etsin) belə deyir: “Bidət sahibinə hörmət etmək, onu vüqarlı tutmaq İslamı dağıtmaq olan iki zərəri özündə birləşdirir:
Birincisi: Cahillər və avam insanlar bu hörməti görür və o bidətçi barədə belə etiqad edirlər ki, o, ən əfzəl insan, onun yolu isə başqalarının yolundan daha xeyirlidir. Bu da sünnə üzərində Əhli Sünnəyə yox, bidət üzərində bidətçiyə tabe olmağa aparıb çıxarır. 
İkincisi: Əgər o insana bidətinə görə hörmət edilərsə, bu şey onu başqa hər bir işdə bidətlər etməyə həvəsləndirən bir amilə çevriləcəkdir. 
Hər birində də sünnələr öləcək, bidətlər yaşayacaqdır ki, bu da İslamı dağıtmağın lap özüdür”. (əş-Şətibi "əl-İtisam" 1/ 114).

Şeyxul-İslam ibn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Kim şəriətə müxalif olan şeyxi sevərsə, onunla olar. Əgər o şeyx Cəhənnəmə girərsə, o da onunla bərabər girər”. (Məcmuul-Fətəva, 18/ 315).

(Həmçinin, bax, Şeyx Xalid Zufeyrinin (Allah onu qorusun) “Hava əhlini tərk edib, onlardan hicr etməkdə alimlərin icması” kitabı, səh. 91-92, 95, 118-119).

Həsənul-Bəsri (Allah ona rəhm etsin) deyərdi: “Bidət əhli ilə oturub-durma, çünki o, sənin qəlbini öldürəcək!” (əl-Mərvəzi “əl-Bidə” 113).

Dahi alim İmam Bərbəhəri (Allah ona rəhmət etsin) buyurur: "Əgər görsən ki, Əhli-Sünnədən olan bir nəfər fasiqlik edir, facirlik edir, günahlar sahibidir, buna baxmayaraq o sünnə üzərindədir, onunla yoldaşlıq elə, onunla otur-dur! Çünki, o öz günahları ilə sənə zərər verə bilməz. Həmçinin, əgər görsən ki, bir nəfər ibadətlərdə dəhşətli dərəcədə çalışır, vaxtını ən çox ibadətlərdə keçirdir, ibadət eləməkdən ötrü çox yanğılıdır, amma buna baxmayaraq hava (havasına tabe olub) sahibidir, onunla yoldaşlıq etmə, onunla oturma, onun sözlərinə qulaq asma, onunla bərabər yol getmə! Çünki, sənin onun yolunu halal görüb ona qoşulmayacağından əmin deyiləm". (Şərhus-Sunnə, 124/ 149).

Abdullah ibn Mubarək (Allah ona rəhm etsin) deyir: “Allahım, bidət əhlindən olan bir kimsənin mənə yaxşılıq etməsindən və sonda mənim qəlbimin ona sevgi bəsləməsinə imkan vermə!”
(əl-Lələkai “Şərhu Usuli İtiqad Əhli-Sunnəti vəl-Camaat)

İmam Bərbəhəri (Allah ona rəhm etsin) deyir: “Əgər bir kəsdən bidət olan bir şey görsən, ondan çəkin. Çünki, sənə gizli qalan sənə görsənəndən daha çoxdur”. Şeyx Rabi bu söz barəsində deyir: “Bidət və hava əhli gizlətmək və təqiyyə ilə tanınıblar. Bidət əhli öz əqidə və mənhəclərindən hər şeyi sənə göstərən deyillər. Bidətçi olan özündə olanları sənə bir-bir verir. Necə ki, bidət əhli barəsində deyilib ki: “O sənə zəhəri birinci dəfədən, birinci məclisdə yedizdirməz. Birinci olaraq sənə bal yedizdirər. Beləliklə, onunla ünsiyyətə başladıqda sənə öz zəhərini yeritməyə başlayacaq. Sənə hər şeyi başqa cür göstərərək səni öz bidətinə salacaq. Buna görə də sənə kimdənsə bidət olan hər hansı bir şey görsənərsə, ondan ehtiyatlı ol! Həqiqətən, onlar hiylə və məkr əhlidirlər”. (İmam Bərbəharinin Şərhus-Sunnə” kitabına şeyx Rabinin şərhi, “Aunul-Bəri” səh. 476).

İsmayıl ibn Ubeydullah (Allah ona rəhm etsin) buyurur: "Bidəti olan kəslə oturma, çünki sənin qəlbini xəstələndirəcək. Fitnəyə düşmüş (məftunla) oturma, çünki öz hüccətlərini sənə təlqin edəcəkdir". (İbənə, 2/ 443).

İmam İbn Batta (Allah ona rəhm etsin) buyurur: “Bilin ki, ey qardaşlarım! Bir çox insanları Əhli-Sünnə vəl-Camaadan çıxardan, onları bidətə və çirkinliyə salan, qəlblərini bəlaya düçar edən, haqqın nurunun onların bəsirətlərinə çatmasına maneə olan səbəb barədə fikirləşdim və bunun iki səbəbə görə olduğunu gördüm; Birincisi, lazımsız şeylər barədə suallar vermək, bəhslər aparmaq. Halbuki, bu şeylərdən cahil qalmaq ağıllı insana zərər gətirməz, bilmək isə möminə fayda verməz. İkincisi, fitnəsindən əmin olunmayan və qəlbləri xarab edən insanlarla oturub-durmaq. Bu iki səbəb barəsində danışacağam ki, nəsihət qəbul edən və qəlbi həyalı olan kəs üçün ibrət olsun”. (əl-İbənə, 1/ 390).

Şeyx əl-Albani (Allah ona rəhm etsin) deyir: “Saleh sələflərimiz olan alimlərdən, məsələn, Malik, Əhməd və başqalarından insanları bidət əhli ilə oturmaqdan çəkindirməkləri barədə çoxsaylı dəlillər gəlmişdir. Əksinə, bidət əhlindən insanlara şübhə düşməsi qorxusundan onlarla münasibəti kəsməyi insanlara əmr edərdilər”. (Səsyazmadan).

Şeyx Muhəmməd Əmən əl-Cəmi (Allah onu qorusun) buyurur: “Bidətçilərin yanında elm tələb edən tələbəyə üz verən ən kiçik şey budur ki, bidətlərə, günahlara və müxalifliklərə qarşı nifrət onun qəlbini tərk edir. O, Allah üçün olan vacib məhəbbəti və Allah üçün olan nifrəti itirir. O, sünnə əhli ilə, yoxsa bidətçi ilə oturmasına fikir vermir. Zənn edir ki, bu, dəvət üçün məsləhətdir, hər yerdə və hər halda bunu fikirləşir. Bunlar isə qəlblərin xəstəliyindəndir və bu da nifaqdan bir növə aparıb çıxarır. Allah qorusun!” (Məcmuu Rasəil, 42).

Əbu Qilabə (Allah ona rəhm etsin) demişdir: “Bidət əhli ilə oturub-durmayın, onlarla qaynayıb-qarışmayın! Onların sizi öz zəlalətlərina salamayaqcaqlarına və ya sizin elmlə bilib tanıdığınız məsələlərdə sizi şübhəyə salmayacaqlarına əmin deyiləm”. (əl-Lələkai, 1/ 134; əl-İtisam, 1/ 172). Yəni, ya öz zəlalətlərinə salacaqlar, bu alınmasa, sizin yəqin olaraq bildiyiniz elmi məslələrdə şübhəyə salacaqlar. Ya öz şübhələrinə salır, müqavimət gördükdə, laxladıb buraxır. Bidət əhli bu daima bu iki yolun üzərindədirlər.

İbrahim ən-Nəxəi (Allah ona rəhm etsin) demişdir: “Bidət sahibi ilə oturub-durmayın və onları danışdırmayın! Qorxuram ki, qəlbiniz çevrilsin”. (əl-Bidə vən-Nəhyi Anhə, 56; əl-İtisam, 1/ 172).

Əbu Qilabə (Allah ona rəhm etsin) demişdir: “Ey Əyyub (əs-Sixtiyani), bidət əhlinə imkan vermə ki, sənin qulağına nə isə ötürsün!” (əl-Lələkai, 1/ 134). Yəni, insanın qəlbi bircə sözlə çevrilə bilər, insan bircə sözlə aza bilər.

Şeyx Rabi ibn Hədi əl-Mədxəli (Allah onu qorusun) buyurur: “Sələfi cavanlara nəsihət edirik ki, elm tələb etməyə yönəlsinlər, salehlərlə yoldaşlıq etməyə həris olsunlar, bidət əhli, şübhə və fitnə əhli ilə qaynayıb-qarışmaqdan son dərəcə həzər etsinlər”. (“Bidət əhli barədə mövqe” səh. 24).

Şeyx Muhamməd ibn Hədi əl-Mədxəli (Allah onu qorusun) deyir: "Bu kəs (sual verən), Əhli Sünnəyə müxalif olan kəslə gəzmək haqqında soruşur və ona (müxaliflə gəzən) nəsihət edildiyində deyir ki, mən ona nəsihət etmək üçün onunlayam". (Cavab) Həqiqətdə isə (bunda) fərq var. Bu İblisin sənə olan hiylələrindəndir. Yəni o, Əhli Sünnəyə müxalif olduğu halda sənin onunla gəzməyin müsibətdir. Eşitdiniz, necə ki, biraz əvvəl demişdik "kişiyə dostluq etdiyindən daha zərərli heçnə yoxdur". Qətiyyən (yoxdur), ona dostluq etdiyindən daha zərərli heç nə yoxdur. Əgər dostluq etdiyin də, şər, günah, bidət və həva sahibi olarsa, şəkk yoxdur ki, səni də üzərində olduğu şeyə sürükləyəcək. Biz (indiyə kimi) heç bilməmişik ki, (görməmişik ki) sağlamı xəstənin yanına gətirsinlər ki, xəstə sağalsın, əksinə xəstələnəcək olan (qorunması lazım olan) elə sağlamdır. Bu, Allahın kövni sünnəsidir. 

Quduzluq xəstəsinə sağlam olanın yaxın olması fayda verməz, lakin sağlam olan quduzlaşacaq 

Müalicə ilə onlara qarışmaq arasında fərq vardır. Həkim yoluxucu xəstəlikləri olan xəstələrin yanına özünü qoruması (əl-üz maskaları və s.) ilə bərabər Uca Allahın izni ilə və özü üçün bu xəstəliklər əleyhinə peyvəndlər almış halda gəlir və yanlarına daxil olur. Sonra onları sayılı (müəyyən) günlərdə müalicə edir və qayıdır, onlarla oturub-qalmır, xüsusən də qorumasız olaraq heç vaxt onlara qarışmır. Yoluxucu xəstəlik (bu kimi) işlərində peyvəndlərlə qorunursan. Bu həmçinin nəfsi xəstəliklərdə - həva (bidət) xəstəliklərində də elmlə və sünnə ilə qorunursan. Allahdan sağlıq və salamatçılıq istəyirik. Həqiqətən də, elm necəki az öncə eşitdiniz, Uca Allah onun vasitəsi ilə sahibinə haqqı açır, onu haqqa yönəldir, yaradılmışlardan kimin bu haqq üzrə olduğunu göstərir və o da (bununla) kimin haqq sahibi və kimin batil sahibi olduğunu bilir. Nəsihətləşmək qaynıyıb qarışmağı gərəkdirmir. Əksər hallarda qaynayıb qarışmaq onun dostları ilə olur, dostluq edən də (demək ki) dostdur, oturub duran da (demək ki) həmcinsdir. Sən də onun mislində, onun cinsində olursan. Biz isə... Allahdan sağlıq-salamatçılıq istəyirik. Ona mesaj yaz, telefonla danış, onunla bir dəfə otur, buna heç bir maneə yoxdur. Əgər ondan (sənin dediklərini) qəbul etdiyini görsən, ona (məsələləri) başqa don geyindirilmiş olduğunu, cahilliyinin də sadə cahillik olduğunu görsən və bəyan etdinsə, əlhəmdulilləh, qoy faydalansın. (Amma ki) Əgər görsən ki, inadkardır, cahilliyi də mürəkkəb cahillikdir, (o zaman) ona bir çarə yoxdur.

Həkim Tuumənin uzunqulağı dedi ki, əgər mənimlə insaflı olsaydılar mən də minərdim, çünki mən sadə cahiləm, sahibim isə mürəkkəb cahildir

O isə bilməyən kəsdir. O bilmir ki, özü bilmir, anlamayan kəsdir. O anlamır ki, özü anlamır. İstəyir ki, elm əhli kimi olsun amma həqiqətdə isə onda cahillikdən başqa heç nə yoxdur. Əgər sən onda (dediklərindən) faydalandığının əlamətlərini görsən, (o zaman) bəli və həmçinin, əgər onunla şəfqətli olmağı lazım görsən və onda təmizlənməyə ehtiyac bildiyin şübhələr görsən (o zaman) lüft elə (yumuşaq ol), səbir et, lakin bu o demək deyil ki, o, oturub-durduğun, yeyib-içdiyin, qaynayıb-qarışdığın kəs, yoldaşın, qonağın olsun. Heç vaxt, buu doğru deyil!"