Doqquzuncu sual

English
Doqquzuncu sual
 
“Bəzi özünə sələfi deyənlər iddia edirlər ki, “biz müəyyən bir əməli etmək və cavanları toplamaq üçün bunu cəmiyyətlər vasitəsilə etməliyik”. Onlar sələflərin heç nə etməmələrini dəlil gətirirlər: “Sələflər əməl etmirlər, onların işləri yalnız rədd etməkdir. Onlarda şiddət var və insanların onlardan qaçmasına səbəb olurlar”. Bu kimi şeylər sələfi dəvətində vardırmı?”
 
Cavab
 
“Bu məsələyə üç şeylə cavab verilir:
Birincisi, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) vaxtından indiyə kimi Əhli Sünnə val-Cəməanın mənhəci insanlara haqqı nəsihət etmək və haqqı bəyan etmək olub. Mən sizə bu əsəri deyəcəm: Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurur: “Bütün müxaliflərə - təhrif edənlərin və təhrifdə ifrata varanların, batil əhlinin, cahil təfsirlərin və təvil­lərin əksinə olan alimlər olacaq”. (ət-Tabərani “Musnədiş-Şəmiyyin” 599. əl-Albani “Mişkətul-Məsabih” (248) əsərində səhih olduğunu bildirmişdir).
İkincisi, sələf mənhəci yalnız rədlərlə bitmir. Sələf mənhə­cində kitabları insanlara öyrətmək və bunun da içində bidət əhlinə rəddiyyələr var. Bu rədlər də bidətin qarşısını kəsmək üçündür.
Üçüncüsü, mən ancaq rəddiyyələrlə məşğul olan alim tanımıram. Elm də öyrədir, rədlər də verir. Ola bilsin rədləri çox olsun. Bu da vəziyyətə görədir. Sələfi dəvətinin ancaq rədlə məşğul olmasını və rədlərin şiddət olmasını iddia edənlər səhv fikir­dədirlər. Bu təhlükəli yoldur. Mən elə zənn edirəm ki, o, bidət əhlini gizlətmək, qorumaq istəyir. Ona qarşı yaxşı zəndə olsaq, onun Allah yoluna dəvətdən xəbəri olmadığını və sələfi  mənhəcində cahil olmasını deyə bilərik. Amma ola da bilər ki, əqidəsi xarabdır, batil və bəzədilmiş mənhəcini gizlədir”.