Altıncı sual

English

Altıncı sual

 

“Kiməsə bidətçi deməklə bidət sahibi demək arasında fərq vardırmı?”

 

Cavab

 

“Mənə görə fərq açıq-aydındır. Mən sizə bildiyimi və elm əhlindən eşitdiyimi bəyan edəcəm. Alimlər hüccət qaldırılan şəxsə bidətçi deyirdilər. O, zəlalət əhlidir, azan və azdırandır. Bəzən çəkindirmək və onun qayıtması üçün onunla sərt davranaraq da bidətçi deyirdilər. Amma bir kəsə bidət sahibi deməkdə hüccət şərt deyil. Sadəcə deyilir ki, bu bidət sahibidir, yəni onda bidət var. Bu ümumi sözdür. Amma bidətçi kimi təyin etmək xüsusidir. Diqqətli olun və bunu başa düşün”.