İkinci sual

English
İkinci sual
 
“Bəziləri cavan elm tələbələrini müxalif dəstələrdən ibarət olanların mənhəclərini öyrənməkdən yayındırır və deyirlər: “Əgər dində təzə olan şəxs elm tələb etsə, müxalif mənhəcləri mənimsəyəcək”. Bu - yəni elm tələb edib müxalifləri öyrənməmək - cavanlar üçün müxalif mənhəcləri tanımağa kifayətdirmi?”
 
Cavab
 
“Mənə görə məsələni bu cür mütləq demək olmaz. Əksinə, dində fəqih olmaq – sünnəni tanımaq və ona dəvət etməklə, bidətdən və bidətçilərdən çəkindirməklə olar. Bu mütləq deyilən söz üzərində cavanlar toplumu yaranıb ki, onlarda mənhəci başqa mənhəclərdən ayıran elm yoxdur.
(İmam İbn Xuzeymə (Allah ona rəhm etsin) “Tövhid” kitabını yazmaq səbəbini qeyd edərək demişdir: “Mən bəzi hədis tələbələrindən onların cəhmilər, mötəzilələr və qədərilər kimi bidət əhlinin məclislərində oturduqlarını eşidirdim. Bu səbəbdən onların bəzilərinin haqdan zəlalətə meyl etmələrindən qorxdum. Elə buna görə də bu kitabı tərtib etdim”. (“Kitəbut-Tovhid və Rəbbin Sifətlərinin İsbatı” səh. 5).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ona peyğəmbərlik veriləndən ölənə qədər tövhidə həris olub ona dəvət etmiş, dinin namaz, oruc, zəkat, həcc və başqa vaciblərini təbliğ etmiş, şirkdən, başqa günahlardan və dində olan yeniliklərdən (bidətdən) çəkindirmişdir. Burda gözəl örnək var - o da haqq mənhəcdir.
Allah Elçisindən (ona Allahın salavatı və salamı olsun) qorunub saxlanılan və səhih nəql ilə Abdullah ibn Amr ibn əl-Asdan (Allah ondan razı olsun) rəvayət oluur ki, Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: “Həqiqətən məndən əvvəl elə bir peyğəmbər olmayıb ki, (onlar üçün) bildiyi hər bir xeyiri ümmətinə göstərmək və bildiyi hər bir şərdən onları çəkindirmək boy­nuna düşməsin”. (Muslim, 1844, 3431, 4882). Ümmətin bölünməsi haqda səhih olan hədis Əhli Sünnə üçün doğru hüccət sayılır. Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) buyurur: “Mənim ümmətim yetmiş üç firqəyə ayrılacaq, onlardan biri Cənnətə, yetmiş ikisi isə, Cəhənnəmə düşəcək”. Səhabələr dedilər: “Ey Allahın Elçisi, onlar kimlərdir?” O dedi: “Onlar camaatdırlar!” (İbn Məcə, 3992. Hədis səhihdir. Bax: Silsilə əs-Sahiha, 1492).
Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) soruşdular ki: “Camaat kimlərdir?” O dedi: “Camaat tək olsa belə, haqqa müvafiq olandır”. Nueym ibn Həmməd (Allah ona rəhm etsin) deyir: “(Haqq tabe olduqda) sən camaat olursan”. (Əbu Şəmə “əl-Bəas alə İnkəril-Bidə val-Həvadis” səh. 22).
Baxmayaraq bu rəvayət zəifdir, lakin bəzi elm əhli hədisin şahidləri olduğuna görə bu rəvayəti səhih saymışlar. Hədis­də deyilir: “Onlar kimlərdir, ey Allahın Elçisi?” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: “Bu gün mənim və səhabələrimin yolunda olanlar”. (əl-Hakim, 444. Hədis həsən li-ğeyrihidr. Bax; Silsilə əs-Sahiha, 204).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) səhih hədisdə Dəccaldan çəkindirmiş və səhabələr onun Mədinənin xurmalıqlarında olduğunu zənn etmişlər.
( Rəvayət edilir ki, Nəvvas ibn Səman (Allah ona rəhm etsin) belə demişdir: “Bir gün səhər Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizə Məsih əd-Dəccal haqqında danışmağa başladı. Onun haqqında səsini gah alçaldaraq, gah da yüksəldərək elə bir tərzdə danışdı ki, biz onu (Dəccalı) Nəhl (xurmalıq) deyilən bir yerdə zənn etdik...” (Muslim, 5228, 7560).
Həmçinin xavariclərdən çəkindirmiş, onların öldürülmə­sini və onlarla vuruşmağı əmr etmiş, buna görə də əcr alacaqlarını vəd etmişdir.
(Əli (Allah ona rəhm etsin) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurdu: “Axır zamanda yaşları az, beyinləri küt olan kimsələr gələcəklər. Onlar ən xeyirli sözləri danışacaqlar, (lakin) ox ovunu dəlib keç­diyi kimi İs­lam­dan çıxacaqlar. Onların imanı xirtdəklərindən o yana keçmə­yəcəkdir. Odur ki, onları harada görsəniz, öldürün! Şübhəsiz ki, onları öldü­rən kim­sə­lərə Qi­yamət günü bunun müqabilində mükafat veriləcəkdir”. (əl-Buxari, 3342, 3611, 6390; Muslim, 1771, 2511).
Bu məsələdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Allahdan gələn vədin olduğunu deyir. Həmçinin Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) qədərilərdən çəkindirmiş və onları bu ümmətin məcusiləri adlandır­mışdır.
(İbn Ömər (Allah ona rəhm etsin) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Qədərilər bu ümmətin məcusi­ləridir. Xəstələndikləri zaman onları ziyarət etməyin, öldükləri zaman cənazələrində iştirak etməyin”. (Əbu Davud, 4691. Hədis həsəndir. Bax: Silsilə əs-Sahiha, 2748).
Həmçinin rafizilərdən çəkindirmiş və demişdir: “Məndən sonra pis adla adlanan bir toplum çıxacaq. Onlar rafizilərdir. Onları harda görsə­niz onları öldürün. Onlar müşriklərdir”.
(Əli (Allah ona rəhm etsin) rəvayət edir ki, Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: “Məndən sonra pis adla adlanan bir toplum çıxacaq. Onlar rafizilərdir. Onları harda görsəniz öldürün, çünki onlar müşriklərdir”. Səhabələr dedilər: “Ey Allahın Elçisi, oların əlaməti nədir?” O dedi: “Səndə olmayan şeyi sənə nisbət edəcəklər və səhabələrimi söyəcəklər”. (İbn Əbu Asim, 979. Hədis uydurmadır. Bax: Silsilə əd-Daifə, 5590).
Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “Xavariclərin, rafizilərin və onlara bənzərlərin camaatdan ayrıldıqları təqdirdə öldürülməsinə müsəlman ümməti icma etmişdir”. (İbn Teymiyyə “Məcmuul-Fətava” 28/530). Biz də bu qeydin üzərindəyik. Əgər rafizilər mürtəddirlərsə, biz onlardan uzaq dururuq. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bu firqələrdən çəkindirmişdir. Halbuki bu firqələr onun dövründə olmamışlar. Həmçinin günah­lardan və bu günahları edənlərdən çəkindirmişdir. Halbuki onun dövründə bu günahlar və günahkarlar olmamış və onları görmə­mişdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Cəhənnəm əhlindən olan iki sinif insan var ki, onları görmədim. Yanlarında inək quyruğuna bənzər qamçılarla insanları vuranlar və geyinmiş çılpaq, yellənərək gəzməyi öyrədən və yellənərək gəzən qadınlar. Başları dəvə hörgü­cü kimidir...”. (Muslim, 3971, 5098, 5704, 7373).
Bununla sizə məlum oldu ki, sualda olan kimi söz demək icazəli deyil. Əksinə müəllimə sünnəni, tövhidi, dinin başqa fərz olan məsələləri, elmi, ibadətlərdə olan əməlləri, şəri əhkamları və davranışı tələbəsinə öyrətməsi vacibdir. Günahların ən əzəmətli olanından şirkdən, bidətlərdən çəkindirmək də buna aiddir. Lakin elə olur ki, alim yeni tələbəsinə bəzi mətnləri və bəzi lazımlı şeyləri əzbərlətdirmək üçün müəyyən məsələləri deməyi gecikdirir. Bu, işin gərəkdiyi qədər olmalıdır, çünki hal-hazırda dəvət sahəsində bidətin, yalanın və nəfsə uymanın yayılması var. Artıq bu azğınlıq hər bir evə girə bilir. Ümmətə nəsihət edənlərə haqqı dəlil ilə bəyan edib insanları ona həvəsləndirmələri, bidəti bəyan edib ondan çəkindirmələri vacibdir. Hal-hazırda dəvət sahəsi Allahın rəhm etdiklərindən başqa çox çirkli və üfunətlidir. Lakin Allaha həmd olsun ki, haqq əhli var və çoxdur. Allahdan onlara verilən vergi var. Aralarında əlaqə mövcuddur, qüvvələri və dəvətləri var. Bununla yanaşı dəvət sahəsində çirkli sözlər və əməllər deyilir. Əgər insan bu sualda deyilən kimi etsə, onda sünnə ilə bidət arasında fərq qoyulmayacaq. Bidət əhlinin sifətlərindən biri də onların ümumi şəkildə danışmaları və təfsilata getməmələridir. Belə ümumi sözlər­dən çəkinin. Haqq bununla bəyan olunmur. Sələfin – Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) və səhabələrin yolunda olanların yolu ilə gedin.
(Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) bidət əhlini vəsf edərək demişdir: “Onlar Kitab və Sünnəyə irad edərək, irad etdikləri şeyi - ağıl, kəlam, fəlsəfə və ya başqa şey adlandırırlar. Bununla da ümumi və mütəşabih sözlər üzərində öz zəlalətlərini qururlar. Bu sözlər çoxlu mənalar ehtiva edir və oxşar ləfzlər işlədilir. Məna da haqqı və batili əhatə edir. Orda olan haqq götürülür, batil isə rədd olunur. Həmin batilə Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) hədislər gətirməyə başlayırlar. Bu zəlalətin mənşəyidir və ümmət bizdən qabaq buna görə azıb”. (Dəru Təarud  əl-Aql vən-Nəql, səh. 120-121).
Mən sizə Əbu Amr Abdul-Bərrin “Təmhid” kitabında gətirdiyi bir şeyi demək istəyirəm: “Əşhab ibn Abdul-Aziz rəvayət edir ki, Malik ibn Ənəs (Allah ona rəhm etsin) demişdir: “Vahb ibn Keysən gəlib bizimlə oturar və bu sözü bizə demədən durmazdı: “Bu ümmətin əvvəli nə ilə islah olunubsa, sonu da onunla islah olacaq”. Əşhəb deyir: “Malikə dedim: “O, nəyi qəsd edir?” Malik dedi: “İslamın əvvəli necə olubsa, yəni zəfər təqvaya qayıtmaqla mümkündür”. (İbn Abdul-Bərr “ət-Təmhid” 10/23).