Dördüncü sual

English
Dördüncü sual
 
“Əgər bir insanın halı (hansı mənhəcdə olduğu) bilinməsə, onun halını bilmək üçün sual vermək icazəlidir, yoxsa icazəli deyil? Allah sizə bərəkət versin!”
 
Cavab
 
 “Şübhəsiz hər bir zamanda insanların tanımadıqları adamlar olub. Tanınmayan insan sakit adamdır və haqqa heç bir müxaliflik etmirsə, onun belə qalmağında heç bir problem yoxdur. Lakin insanlar o şəxs haqqında şübhə etsələr və ya ondan hər hansısa bir məsələni öyrənmək istəsələr, onlara həmin adamın halını öyrən­mək lazımdır. Buna dəlil də Muslimin və başqalarının Müaviyə ibn əl-Həkəmdən (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdir.
Rəvayət edilir ki, Muaviyə ibn əl-Həkəm (Allah ondan razı olsun) demişdir: “Mənim bir kənizim vardı. Uhud dağı və Cəvvaniyyə deyilən yerdə mənim qoyunlarımı otarırdı. Bir gün baxdım ki, qoyunlarımdan birini canavar aparıb. Mən də Adəm övladıyam, hamının qəzəbləndiyi kimi qəzəblə­nirəm. Mən ona bir şillə vurdum. Sonra Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanına gəldim. Bu, mənə çox ağır gəlmışdı. Bu səbəbdən Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun): “Ey Allahın Elçisi, onu azad edim?”- deyə soruşdum. “Onu bura gətir”- deyə buyurdu. Onu Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanına gətirdim. Ondan belə soruşdu: “Allah haradadır?” O: “Səma­da”- deyə cavab verdikdə, O yenə soruşdu: “Mən kiməm?” O: “Sən Allahın Elçisi”- deyə cavab verdi. Mənə: “Onu azad et. O, mömindir!”- deyə buyurdu”. (Muslim, 836, 1227; Əbu Davud, 930).
Süfyən əs-Sovri (Allah ona rəhm etsin) demişdir: “Mosul əhlini Muafi – yəni ibn İmran ilə imtahan edin. Kim onu xeyirlə yad etsə, deyərəm ki, o, Əhli Sünnə val-Cəməadandır. Kim onu pisləsə, deyərəm ki, o, hava (bidət) əhlidir”. (Təhzibul-Kəməl, 28/153).
Bəqiyyə ibn əl-Valid (Allah ona rəhm etsin) deyir: “Biz insanları Əvzai ilə imtahan edirik. Kim onun barəsində xeyir danışarsa, onun Əhli Sünnədən olduğunu bilərik”. (Təhzib ət-Təhzib, 6/241).
İmam Əhməd ibn Hənbəl (Allah ona rəhm etsin) deyir: “Əgər bir kişini Əhməd ibn Sələmə haqqında pis danışdığını görsən, onun İslamı barəsində şübhə edə bilərsən, çünki o, bidətçilərə qarşı sərtdir”. (Siyər Aləmun-Nubələ, 7/450).
Quteybə ibn Səid (Allah ona rəhm etsin) deyir: “Yəhyə ibn Səid, Abdur-Rahmən ibn Məhdi, Əhməd ibn Muhəmməd ibn Hənbəl və İshaq ibn Rahaveyh kimi hədis əhlini sevən bir adam görsən, bil ki, o, Əhli Sünnədəndir. Onlara müxalif olanları görsən bil ki, o, bidətçidir”. (əl-Lələkai “Şərh Usuli İtiqad Əhli Sunnə” 1/74).
Əgər bir adam barəsində şübhə olsa və ya hər hansı bir məsələ ondan soruşularsa, onu imtahana çəkmək olar. (İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “İnsanların hallarını bəzi yollarla bilmək olur. Bəzi hallarda hansısa insanların şahidlikləri ilə bilinir. Bəzi hallarda cərh və tədil ilə bilinir. Bəzi hallarda isə insanlarla imtahan etməklə olur” (Məcmuul-Fətava, 15/329). İnsanlar bunu (şəxsləri imtahan etmək) məsələsini rədd edə bilməzlər. Biri bir qadın ilə evlənmək istədikdə, qadının yaxınları onun haqda sual verməyə, onun halı, dini və əxlaqı barədə maraqlanmağa başla­yırlar. Bu əsaslarla məlum olur ki, “müsəlmanın əsli adillikdir” sözü batildir.
(İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “O sözə gəldikdə ki “Müsəlmanın əsli adillikdir”, bu söz batildir, çünki insanın əsli zülm və cahillikdir. Uca Allahın buyurduğu kimi: “...Doğrudan da, o, za­lım və cahildir” (əl-Əhzab, 72). Şəhadət kəlməsini sadəcə tələffüz etmək, insanın adil olması demək deyil”. (Məcmuul-Fətava, 15/357).
Çünki cərh və tədil elminin kitablarında bizim sözə bir çox dəlillər var. Müsəlmanların əsli adillik olsa idi, cərh və tədil alimlərinə ehtiyac olmaz, kimi gəldi cərh və tədil edərdilər.