Yeddinci sual

English
Yeddinci sual
 
“Bəziləri aylarla, illərlə hizbilərlə - ixvanul-muslimin və təbliğ camaatı ilə durub-oturur və dəlilləri də odur ki, “biz onlarla nəsihət etmək üçün oturub-dururuq”. Bidətçilərlə bu cür davranmaq sələfi­lərin əməllərinə müvafiqdirmi?”
 
Cavab
 
“Təbii ki, nəsihətin sonu olmalıdır”. Bu nəsihətdə iki şey ola bilər; ya nəsihət olunan insan qulaq asıb qəbul edəcək və haqqa qayıdacaq. Ya da inadkarlıq edib qəbul etməyəcək. Bunu (nəsihəti) uzatmaq düzgün deyil. Bu məsələ çox da uzun çəkməməlidir. Nadir hallarda bu uzun oturub-durmalar həmin insanlarda yumşaqlıq və ya onların haçansa qayıtmaq hissinin olmasına görə ola bilər. Amma onlara da ehtiyatlı olmaq vacibdir. Onlarla çox yaxın olmaları düz deyil. Həmçinin bidət əhlinin məclislərində - onların çox olduğu yerlərdə və onlarla qaynayıb-qarışmaq kimi yaxınlaş­malar düz deyil. Bu sələflərin əməli deyil və bu günə qədər öyrəndiyimiz belə deyil. Məsələdə təfsilat var”.