Səkkizinci sual

English
Səkkizinci sual
 
”Bəzi özlərini elmə nisbət edənlər deyirlər ki, “İslam cama­atın­dan azanların xətalarını bəyan etmək və onların halını açıq­lamaq – haqq yoluna sədd çəkən bir mənhəcdir. Bu yol qəlbi daşlaşdırır, cavanlar arasında soyuqluq və parçalanma yaradır”. (Bu iddia batil iddiadır, çünki sələflər cavanlara müxaliflərdən və hava (bidət) əhlindən çəkindiriblər. Muhəmməd ibn Abdullah əl-Ənsari (Allah ona rəhm etsin) Süleyman ibn Ərqam haqda demişdir: “Biz cavan idik. O bizi onunla oturmaqdan çəkindirdi, çünki o, qədəri idi”. (İbn Adiy “əl-Kamil” 4/229).
Bu söz düz­gün­dürmü?”
 
CAVAB
 
Əvvəldə mən sizə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) və sələflərin çəkin­dirmələrini bəyan etmişdim. Amma görürəm ki, təkrar etməyə ehtiyac var. Abdullah ibn Amr (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurdu: “Məndən qabaq elə bir peyğəmbər olmayıb ki, ümmətini xeyirə yönəldib, şərdən çəkindirməsi ona vacib olmasın” (Muslim, 3431, 4882).
Ümmətə nəsihət edən elm əhlinə Kitab və Sünnəni sələfin mənhəcinə uyğun şəkildə öyrətmələri, həmçinin insanlara xeyir olanı bəyan etmələri və şər olanlardan çəkindirmələri vacib­dir. İstər bu bidətlər camaatlardan olsun, istərsə də şəxslərdən ol­sun - onlardan çəkindirmək buna aiddir. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sünnəsinə, səhabələrə və onlardan sonra gələnlərin həyatına nəzər salsaq, onların bidətdən çəkindirməsini görərik.
(Şeyxin dediyi sələflərin yoludur. Sələflər həddi-büluğa çatmayan uşaqları belə bidət əhlindən çəkindirərdilər. Habelə onların adlarını da çəkirdilər. Necə ki Asim (Allah ona rəhm etsin) demişdir: “Biz həddi-büluğa çatmayan uşaq ikən Əbu Abdur-Rahmən əs-Suləminin yanına gəlirdik. O bizə deyirdi: “Əbu Əhvasdan başqa qassaslarla (hekayələr danışanlarla) oturmayın və Şəqiqdən çəkinin!” Şəqiq xavariclərin rəyində idi. Bu Şəqiq Əbul-Vabil olan deyildi”. (Muslim, Müqəddimə - Hədis rəvayət edənlərin və xəbər gətirənlərin eyiblərini açmaq və imamların bu haqda sözləri, 1/19).
Sünnədə olan dəlillərdən Məkkənin fəthindən sonra olan hadisədir. Əbu Vaqid əl-Leysi (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ilə birlikdə Məkkədən Huneynə tərəf yola çıxmışdıq. Biz o vaxtlar təzə müsəlmanlardan idik və küfrdən yenicə çıxmışdıq. Müşriklərin üstün­dən silahlarını asdıqları böyük bir Sidr ağacı var idi. Onun ətrafında yığışaraq öz adət ənənələrini yerinə yetirir və o ağacı “Zətu Ənvat” deyə çağırırdılar. Biz də bu böyük Sidr ağacının yanından keçdikdə: “Ey Allahın Peyğəmbəri! Onların “Zətu Ənvat” olduğu kimi bizim üçün də “Zətu Ənvat” düzəlt”- dedik. Peyğəm­bər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Allahu Əkbər! Şübhəsiz ki, bunlar hamısı keçmiş adət ən-ənələrdir. Nəfsim əlində olana and olsun ki, siz İsrail oğullarının Musadan istədikləri şeyin eynisini məndən istə­diniz: “…Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!” (əl-Əraf, 138). Həqiqətən, siz əvvəlkilərin adət ənənəsi ilə gedəcəksiniz”. (Əhməd, 21950; 22245; ət-Tirmizi, 2180, 2335). Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) müharibədə idi, düşmənə tərəf gedirdi və qoşunun beş və ya altıda biri bu sözləri deyirdi. Buna baxmayaraq onların bu sözlərinin səhv olmasını dedi.
Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) deyir: “Rəy əhlindən çəkinin! Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun) hədislərini öyrənmək onları yormuş və onlar öz məntiq­lərinə əsaslanaraq danışmağa başlamışlar. Özləri haqq yoldan azmış və başqalarını da azdırmşlar”. (əd-Dəraqutni “Sunən” 5/256).
Ubadə ibn əs-Samitə (Allah ondan razı olsun) deyirlər ki, Əbu Muhəmməd (Əbu Muhəmməd səhabə idi) vitr namazının vacib olduğunu deyir. Ubadə ibn əs-Samit dedi: “Əbu Muhəmməd yalan danışır, çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Uca Allah bəndələrinə beş namazı vacib edib...”. (Əhməd, 22745; Əbu Davud, 425).
əz-Zəhəbi (Allah ona rəhm etsin) Mizan əsərində Amr ibn Ubeyd əl-Mötəzili əl-Qədərinin tərcümeyi halında Asim əl-Əhvalın (Allah ona rəhm etsin) belə dediyini rəvayət etmişdir: “Qatədə ilə oturduqda, Amr ibn Ubeydin adını çəkdim. Qatədə isə ona (əqidəsinə görə) tən etdi. Mən dedim: “Mənə elə gəlir ki, alimlər bir-biri ilə belə danışmaları yaxşı deyil”. O da dedi: “Ey Asim! Bilmirsən ki, bir adam bidət etdikdə, bizə onun adını çəkib ondan çəkindirmək vacibdir!?” (əz-Zəhəbi “Mizan əl-İtidal” 3/273).
Cərh və Tədil kitabları, Sünnə kitabları buna şahiddir; İbn Batta əl-Əkbərinin “əl-İbənə”, əl-Lələkəinin “Şərh Usuli Əhli Sun­nə” və digər bir çox əsərlərdə bidətçilərin eyiblərini bəyan etmək, onlardan çəkindirmək, onları rədd edib ayrıca adlarını açıq şəkildə çəkmək haqda misallar çoxdur. Bununla da bu sözü deyən insan ya cahildir, ya da bidət sahibi olması bilinir. O, bununla öz bidətinə üzrlü və köməkçi qayda gətirir: “İttifaq etdiyimiz məsələlərdə birləşirik, ixtilaf etdik­lərimizdə isə bir-birimizi üzrlü görək”. Bu qayda aydın batil qaydadır və “İxvanul-Muslimin” təşkilatının qaydasıdır. Belə deyən adama bu mövqenin xəta olmasını nəsihət edin. Ona bu səhv mənhəci tərk etməsi vacibdir. Əgər nəsihəti qəbul etsə, o sizdəndir, qarda­şı­nızdır. Yox, əgər nəsihəti qəbul etməsə, ondan uzaq durun”.