Beşinci sual

English
Beşinci sual
 
“Bəzi elm tələbələri elm əhlinin kitablarından bir şeyi nəql etmək və bunları hansı qaydalarla götürüb nəql etmək məsələsində çaşqınlıq içindədirlər. Bu mövzuda tövhid və sünnə alimləri nə cür qaydalar qoyublar?”
 
Cavab
 
“Əgər nəql etmək istədikləri kitabların müəllifləri sələfilər­dirsə, mənə görə onlardan nəql etmək məsələsində müşkül məsələ yoxdur. Lakin elə şey seçməlisən ki, yaşadığın zamana və məkana münasib olsun. Amma əgər bidət əhlindən nəql edirsə, bu məsələ bir mənalı deyil. Bunun təfsilatı var. Ona görə alimlər bidət əhlinin kitablarını üç qismə bölüblər.
Birinci növ; Belə kitablar xalis bidətlə doludur və orda sünnədən əsər-əlamət yoxdur. Belə kitablardan istifadə etmək haramdır. Yalnız elm sahibləri – haqqı batildən ayıra bilənlər bidətə rəddiyyə vermək məqsədilə bu kitablardan istifadə bilər. Məsələn, rafizilərin “Usul əl-Kəfi”, “Fəslul-Xitab” kitabı kimi.
İkinci növ; Sünnə və bidətlə qarışıq olan kitablar. Belə kitabları da yalnız alimlər oxuya bilər. Onlar haqq ilə batili ayırd edə bilirlər, lakin mən belə şeyləri çox nəql etməyi məsləhət görmürəm. Çünki belə olanda qarışıqlıq əmələ gəlir və bu kitabları oxuyanlar elə bilir ki, bu kitabın müəllifi Əhli Sünnədəndir. Əksinə mən belə düşünürəm ki, bu kitablardan sitat gətirən adam haşiyədə müəllifin zəlalətini qeyd etsin və Əhli Sünnənin mövqeyinə uyğun olduğuna görə nəql etdiyini desin. Mənə görə belə şeyləri nəql etmək düzgün deyil. Xüsusən də, bizim əsrdə mənhəclərin bir-birinə qarışdığı vaxtda Sünnə əhlindən nəql etmək daha yaxşıdır. Haqq mənhəcin batil yolda olanlardan olan sitatla qorunmasını məsləhət görmürəm. Allaha həmd olsun ki, sələflərin kitabları çoxdur. Sadəcə biz görmüşük ki, bəzi fəzilətli alimlər bidətçilərin kitablarından sitat gətirmişlər. Biz həmin alimlərə bidətçi demirik və ya onları bidətə yol açmaqda ittiham etmirik. Allahdan bağış­lanma diləyirəm, onlar belə şeylərdən uzaqdırlar. Sadəcə mənə görə sələflərin kitablarından nəql olunması daha salamatdır, çünki bu kitablar haqla doludur. Lakin o alim həmin ifadəni bidətçinin kitabından daha salamat görüb, çünki ola bilər ki, o söz haqqa müvafiq olub və ya şahid gətirmək kimi gətirib. Yəni o sözü müs­təqil şəkildə gətirməyib.
Üçüncü növ; İçində bidət olmayan, lakin müəllifin bidət əhlindən olması. Müəllif kitabda bidətini yaymayıb və bidətə dəvət etməyib. Onun əsas məqsədi Əhli Sünnə kitablarını təhqiq etməkdir.  Ticarət­çinin misalı kimi, o ticarət edib yaşamaq istəyir, kitabı təhqiq edir və heç bir azğınlıq salmır. Bu məsələ genişdir.
İkinci növə əz-Zəməxşərinin “Kəşşəf” kitabını misal gətirmək olar. Adı Muhəmməd ibn Amr idi. Ləqəbi Cərullah idi. O, azğın mötəzili idi, lakin alimlər ondan bəzi lüğət sözlərinin izahını gətiriblər. Üçüncü növə mütləq olaraq deyə bilməsəm də, belə kitablardan Əhli Sünnənin düşməni olan sufi Əbu Ğuddəni gətir­mək olar. O, ən-Nəsəinin “əs-Sunən” əsərini təhqiq etmişdi.