cahilliyin üzrlü olması

Ümumi təkfirlə müəyyən şəxsi təkfir etmək arasındakı fərq nədədir?

Bəzi müsəlmanların  problemi, ümumi təkfiri düzgün başa düşməmələri və müəyyən təkfirlə ümumi təkfir arasında fərq qoymamalarıdır. Yəni “belə etmək küfrdür” deməklə “belə edən kafirdir” demək arasında, günahın özü ilə onu edən insan arasında fərq qoymamalarıdır. Yəni, ümumi dəlillərlə xüsusi dəlilləri bir birindən ayırmamaq bu problemlərə səbəb olur. 

İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Müəyyən şəxsə gəldikdə (onu) küfrdə ittiham etmək fərqlənə bilər. Hər xəta edən bidətçi və fasiq olmur, hər yolunu azan da kafir, fasiq və ya günahkar olmur”. (Minhəcus-Sunnə, 5/ 250). 

İbn Abbasın xəvariclərlə mübahisəsi

Abdullah İbn Abbas (Allah ondan razı olsun) deyir: “Hərurilər (xəvariclər) zühur etdikdə altı min nəfər idilər. Mən Əliyə (Allah ondan razı olsun) dedim: “Ey möminlərin əmiri! Sən namazı bir az gecikdir ki, mən onlarla söhbət edim!” O buyurdu:  “Mən sənin üçün təhlükədən qorxuram!” Mən: “Sən heç narahat olma”- deyərək, ən gözəl paltarımı geyinib yola düşdüm və onların toplandıqları evə gəldim. Onlar günorta istirahətində idilər. Onlardan ibadətə daha şiddətli həris olanını görməmişdim.

Təkfirdə birinci və ikinci şərtləri - Həddi-buluğ yaşında və ağlı başında olmaq, məcburiyyət qarşısında olmamaq

Bu məsələ təkfir bölümündə ən incə və ən təhlükəlisidir. Çünki, bunun üzərində müəyyən şəxsin kafir olması və ya kafir olmaması barəsində hökm çıxardılır. Bunun səbəbilə neçə-neçə ayaqlar büdrəmiş, neçə-neçə insanlar özlərini həlak etmişlər. Bunun mənşəyi mütləq təkfirlə müəyyən təkfiri ayıra bilməməkdədir. İnsanı İslamdan çıxaran əməllər vardır ki, belə insana hökmü verən elmdə püxtələşmiş alimlər olmalıdırlar.

Pages