İnsan nə ilə və necə müsəlman olur? Lə iləhə illəllah nə zaman fayda verir?
1240 oxunma
İnsan müsəlman olmaq niyyətilə şəhadət gətirərək İslam çərçivəsinə girir və müsəlman olur. İlk olaraq müsəlman olmaq üçün şəhadət kəlməsi kifayətdir. Məsələn; əgər insan şəhadət gətirsə, əməl etməyə vaxtı olmasa (şəhadət gətirib sonra dərhal döyüşə atılan səhabə kimi) və yaxud cahilliyi üzündən əməlin ona vacib olduğunu bilməsə (Huzeyfə ibn Yəmənin Qiyamətə yaxın qoca kişi ilə qoca qadının Lə iləhə illəllah demələri hədisi) və belə halda ölsə, bu lə iləhə illəllah ona fayda verəcək. Kitablarda keçən sələflərin “İslam kəlmədir” sözündəki hikmət də məhz bundan ibarətdir.
English
Şəfaət hədisi
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir gün Peyğəmbərə (sallallahu aleyhi və səlləm) cəmdək gətirdilər. Sonra bu cəmdəyin bel tərəfini (bişirib) ona verdilər. Ətin bu yeri onun xoşuna gəlirdi. O, ətdən bir tikə dişlədikdən sonra dedi: “Qiyamət günü mən insanların ən hörmətlisi olacağam. Bunun nə səbəbdən belə olduğunu bilirsinizmi? Allah (bütün) insanları - əvvəlkiləri və sonrakıları - elə bir yerə yığacaq ki, carçı onları çağıra bilsin, gözlər də onları əhatə etsin.