cahilliyin üzrlü olması

“Zətu Ənvat” hədisi

Əbu Vaqid əl-Leysi (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ilə birlikdə Məkkədən Huneynə tərəf yola çıxmışdıq. Biz o vaxtlar təzə müsəlmanlardan idik və küfrdən yenicə çıxmışdıq. Müşriklərin üstündən silahlarını asdıqları böyük bir Sidr ağacı var idi. Onun ətrafında yığışaraq öz adət ənənələrini yerinə yetirir və o ağacı “Zətu Ənvat” deyə çağırırdılar. Biz də bu böyük bir Sidr ağacının yanından keçdikdə: “Ey Allahın Peyğəmbəri! Onların “Zətu Ənvat” olduğu kimi bizim üçün də “Zətu Ənvat” düzəlt”- dedik.

Cahilliyin üzrlü olmasını bildirən Quran ayələri

Uca Allah buyurur: “Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq” (ən-Nisa, 115-116). Bu ayədə Uca Allah ancaq doğru yol ona bəyan olduqdan sonra zəlalətə düşən kimsəyə əzab vəd edir. Deməli, doğru yol ona bəyan olmamış şirkə düşən müsəlmanlara əzab vəd etmək olmaz. Çünki, bir müsəlmana kafir demək – kafirlərin də qalacağı yer əbədi cəhənnəm olduğu üçün – ona əzab vəd etməkdir.

Pages