cahilliyin üzrlü olması

Bu dünyada müsəlman hökmü necə verilir?

Hafiz İbn Rəcəb (Allah ona rəhm etsin) deyir: “Zəruri olaraq bilinir ki, Peyğəmbər (salləllahu aleyhi va səlləm) İslama daxil olmaq onun yanına gələnlərdən yalnız iki şəhadət kəliməsini qəbul edərdi və onun qanı bununla qorunulmuş olardı və onu müsəlman edərdi. Peyğəmbər (salləllahu aleyhi va səlləm) Usamə ibn Zeydin qılıncını üzərinə qaldırdıqda “lə iləhə illəllah” deyən kəsi öldürməsini inkar etmişdi və çox şiddətlə qınamışdı. Peyğəmbər (salləllahu aleyhi va səlləm) müsəlman olmağı istəyərək yanına gələnlərə namaz və zəkata riayət etməyi şərt qoşmazdı.

English

Cahillik istisnasız olaraq bütün dini məsələlərdə üzrdür

İnsan müsəlman olmaq niyyətilə şəhadət gətirərək İslam çərçivəsinə girir və müsəlman olur. İlk olaraq müsəlman olmaq üçün şəhadət kəlməsi kifayətdir. Məsələn; əgər insan şəhadət gətirsə, əməl etməyə vaxtı olmasa (şəhadət gətirib sonra dərhal döyüşə atılan səhabə kimi) və yaxud cahilliyi üzündən əməlin ona vacib olduğunu bilməsə (Huzeyfə ibn Yəmənin Qiyamətə yaxın qoca kişi ilə qoca qadının "Lə iləhə illəllah" demələri hədisi) və belə halda ölsə, bu "lə iləhə illəllah" ona fayda verəcək. Kitablarda keçən sələflərin “İslam kəlmədir” sözündəki hikmət də məhz bundan ibarətdir.

English

Cahilə salam vermək haqda

İslam beş əsas üzərində qurulmuşdur. Şəhadət gətirərək Uca Allaha və Onun Rəsuluna (salləllahu aleyhi və səlləm) iman gətirən şəxs İslama girmiş olur, amma bundan sonra ondan namaz, zəkat, oruc, həcc kimi vacib əməllər tələb olunur. Əksər İslam alimlərinə görə, vacibliyinə inanaraq namaz qılmayan kafir yox, böyük günah sahibi olan müsəlmandır. Bu alimlərə görə namaz qılmayan, amma Uca Allaha və Onun Peyğəmbərinə (salləllahu aleyhi və səlləm) iman gətirərək özünü müsəlman adlandıran adama "kafir" deməyin qadağan olmasının dəlillərindən bəziləri bunlardır:

English

Pages