72 firqədən qurtulub nicat tapmış firqədən olmaq üçün nə etmək lazımdır?

English

Əbul-Aliyə ər-Rəyəhi (Allah ona rəhm etsin) belə deyir: "Bilmirəm bu iki nemətin hansı mənim üçün daha böyükdür: Allahın məni İslama hidayət etməsimi, yoxsa məni Haruriyə firqəsindən (xavariclərdən) etməməsimi". (İbn Sad "Tabaqat" 7/114; Abdur-Razzaq, 18667; Əbu Nueym "Hilyətl-Əuliyə" 2/218. Əbul-Aliyə Rafi b. Mihran tabiin olub, hicrətin 90-cı ildə dünyasını dəyişmişdir.

حَدَّثَنَا سَهْلُ بْنُ أَبِي سَهْلٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ أَبِي غَالِبٍ ، عَنْ أَبِي أُمَامَةَ ، يَقُولُ : شَرُّ قَتْلَى قُتِلُوا تَحْتَ أَدِيمِ السَّمَاءِ ، وَخَيْرُ قَتِيلٍ مَنْ قَتَلُوا ، كِلاَبُ أَهْلِ النَّارِ ، كِلاَبُ أَهْلِ النَّارِ ، قَدْ كَانُوا هَؤُلاَءِ مُسْلِمِينَ , فَصَارُوا كُفَّارًا , قُلْتُ : يَا أَبَا أُمَامَةَ ، هَذَا شَيْءٌ تَقُولُهُ ؟ قَالَ : بَلْ سَمِعْتُهُ مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ.

Əbu Ğalib Əbu Umamənin ((Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Səmanın altında ən şər öldürülənlər və onların öldürdükləri də ən xeyirli olanlardır. (Onlar) Cəhənnəm əhlindən olan köpəklər, Cəhənnəm əhlindən olan köpəklərdir. Onlar müsəlman idilər, sonradan kafir oldular”. Ona dedim: “Ey Əbu Uməmə, bilirsən bu dediyin şey nə deməkdir?!” O dedi: “Bəli, mən bunu Allah Elçisindən (salləllahu aleyhi və səlləm) eşitmişəm”. (İbn Macə, 176. əl-Albani səhih olduğunu bildirmişdir).

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا إِسْحَاقُ الأَزْرَقُ ، عَنِ الأَعْمَشِ ، عَنِ ابْنِ أَبِي أَوْفَى ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الْخَوَارِجُ كِلاَبُ النَّارِ.

İbn Əbi Əuvfə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: “Xavaiclər Cəhənnəmin köpəkləridir”. (İbn Macə, 173; ət-Tabərani “Mucəmul-Əvsat” 9085, “Mucəmus-Sağir” 1096; İbn Əbu Şeybə, 39039. əl-Albani səhih olduğunu bildirmişdir).

Mən yetmiş iki firqədən necə qurtulub, nicat tapmış firqədən ola bilərəm?

İmam Abdullah ibn Mubarək (Allah ona rəhm etsin) belə buyurur: "Yetmiş iki havanın (firqənin) üzərində olduğu üsullar dörddür. Bu dörd havadan, yetmiş iki hava (firqə) meydana gəlmişdir;

1) Qədərilik
2) Murciəlik
3) Rafizilik
4) Xəvariclik

Kim Əbu Bəkri, Öməri, Osmanı və Əlini (Allah onlardan razı olsun) Allah Elçisinin (salləllahu aleyhi və səlləm) digər səhabələrindən önə çəkər, digər səhabələr haqqında ancaq xeyir danışar və onlar üçün dua edərsə, - o, rafiziliyin əvvəlindən də, axarından da çıxmışdır.

Kim imanın söz və əməl olduğunu və artıb-azaldığını deyərsə, artıq ircalığın (murciəliyin) əvvəlindən də, axırından da çıxmışdır.

Kim deyərsə ki, namaz hər bir yaxşı əməl sahibi və günahkar (müsəlmanın) arxasında, cihad da hər bir xəlifə ilə birgə doğrudur, hakimə qarşı qılıncla çıxmağı icazəli görməzsə və onların islahı üçün dua edərsə, artıq xəvariclərin sözünün əvvəlindən də, axırından da çıxmışdır.

Kim desə ki, qədərin hamısı, xeyri də, şəri də, Allahdandır, istədiyini doğru yola yönəldir, istədiyi də azdırır, artıq qədərilərin sözünün əvvəlindən də, axırından da çıxmışdır".

əl-Bərbəhərinin "Şərhus-Sunnəh" kitabından