Peyğəmbərdən ﷺ gələn səhih hədislər Allah tərəfindən gələn vəhydir. Həqiqətən, Qurana doğru düzgün iman etmiş kəslərin üzərinə düşən vəzifə səhih Sünnənin olmasını isbat etməkdir. Allah Qurani-Kərimi Peyğəmbərə ﷺ bu ayələri insanlara izah etməsi üçün endirmişdir. Uca Allah buyurur: “Biz onları aydın dəlillər və kitablarla göndərdik. Sənə də Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr” (ən-Nəhl, 44).
dəlillər
Zəif hədisi dəlil gətirmək və onu insanlara sırımaq bidət əhlinin adətindəndir. Həqiqətdə isə həmin gətirdikləri dəlil onların dediklərinə dəlil deyil. Bidət əhlinin gətirdikləri şübhələrdən biri də üç alim barəsində dedikləri sözdür.
Bəzən səhabələrin Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sözlərini dəqiqləşdirmələri, onların Peyğəmbərin əmrini qəbul etməmələri və ya şəriətə tabe olmaq istəməmələri demək sayılmırdı. Çünki onlar bəzi məsələlərdə bir vəhyin qəti bir şəkildə gəlməsinə qədər ondan bəzi məsələləri tam bir şəkildə dəqiqləşdirərdilər. Əgər onlar bu sözün vəhy olduğunu və ya Allah Elçisinin demiş olduğu qəti bir hökm olduğunu bilərdilərsə, həmin sözü dərhal yerinə yetirməyə tələsər və buna hamısı birlikdə can atardılar.
İmam ən-Nəvəvi (Allah ona rəhm etsin) demişdir: “Peyğəmbər (sallallahu aleyhi və səlləm) səhabələrə yazını yazdırmağın daha uyğun olduğunu və daha gözəl olduğunu düşündüyü üçün onlara bunu yazdırmaq istədi. Bu o yazının yazdırılması üçün ya ona enmiş olan vəhy idi ki, sonra həmin vəhy nəsx olundu və Allah Elçisi (sallallahu aleyhi və səlləm) bunu yazdırmağı tərk etdi. Ya da Peyğəmbərin şəxsi ictihadı idi, O istəyirdi ki, səhabələrə yazı yazsın, sonra isə onu tərk etməyin daha məsləhətə uyğun olduğunu gördüyü üçün onu tərk etdi. (İmam ən-Nəvəvi “Şərh Muslim" 11/90).
Uca Allah buyurur: "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və Qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır". (ən-Nisə, 59).
عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ أَنَّهُ قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ: يَخْرُجُ فِيكُمْ قَوْمٌ تَحْقِرُونَ صَلاَتَكُمْ مَعَ صَلاَتِهِمْ وَصِيَامَكُمْ مَعَ صِيَامِهِمْ وَعَمَلَكُمْ مَعَ عَمَلِهِمْ وَيَقْرَءُونَ الْقُرْآنَ لاَ يُجَاوِزُ حَنَاجِرَهُمْ يَمْرُقُونَ مِنْ الدِّينِ كَمَا يَمْرُقُ السَّهْمُ مِنْ الرَّمِيَّةِ يَنْظُرُ فِي النَّصْلِ فَلاَ يَرَى شَيْئًا وَيَنْظُرُ فِي الْقِدْحِ فَلاَ يَرَى شَيْئًا وَيَنْظُرُ فِي الرِّيشِ فَلاَ يَرَى شَيْئًا وَيَتَمَارَى فِي الْفُوقِ.
1. Qeys ibn Əbi Həzim deyir: "Əbu Bəkr (Allah ondan razı olsun) qalxdı, Allaha həmd, səna etdikdən sonra dedi: "Ey insanlar! Siz bu ayəni oxuyursunuz: