dəlillər

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, (bir dəfə) camaat soruşdu: “Ey Allahın elçisi! Qi­yamət günü Rəbbimizi görə biləcəyikmi?” (Peyğəmbər salləllahu aleyhi və səlləm) dedi: “Məgər siz bu­ludla örtülməmiş on dörd ge­cəlik ayı (görəcəyinizə) şübhə edirsiniz?” On­lar: “Xeyr, ey Allahın elçisi!”– deyə cavab verdilər. (Peyğəmbər salləllahu aleyhi və səlləm) dedi: “Mə­gər siz buludla örtülməmiş günəşi (görəcəyini­zə) şübhə edirsiniz?” Onlar: “Xeyr!”– dedilər. (Peyğəmbər salləllahu aleyhi və səlləm) buyurdu: “Rəbbi­nizi də beləcə görə­cəksiniz.

ardını oxu 1157 oxunma namaz qılmayanın hökmü, dəlillər
Əhli-Sünnə vəl-Camaatın əksər alimləri (cumhur alimlər) namazın vacibliyini inkar etmədən səhlənkarlıqdan tərk edənin kafir olmadığını demişlər. Burada belə bir sual ortaya çıxır: Əgər təmbəlliyindən dolayı namaz qılmayan kafir deyilsə, onda namaz qılmayana kafir adı verilən hədisləri necə başa düşək? Namaz qılmayanı kafir saymayan alimlər bu hədislərin belə deyilməsinin hikmətlərini açıqlamaqdan əvvəl  hədislərdə kecən kafir kəlmələrini doğru düzgün başa düşmək üçün küfrün (kafirin) iki növünün olduğunu bildirmişlər. Küfr (Kafirlik) iki yerə bölünür.
ardını oxu 1993 oxunma dəlillər, namaz qılmayanın hökmü

Namazı tərk edəni kafir saymayanlar belə demişlər: “İslama girməklə insan üçün İslam hökmü sabit olmuşdur, yəni yəgin olaraq ona müsəlman hökmü verilmişdir. Belə bir insanı ancaq yəgin bir məlumata dayanaraq İslamdan çıxartmaq olar”.

ardını oxu 2007 oxunma namaz qılmayanın hökmü, dəlillər

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir gün Peyğəmbərə (sallallahu aleyhi və səlləm) cəmdək gətirdilər. Sonra bu cəmdəyin bel tərəfini (bişirib) ona verdilər. Ətin bu yeri onun xoşuna gəlirdi. O, ətdən bir tikə dişlədikdən sonra dedi: “Qiyamət günü mən insanların ən hörmətlisi olaca­ğam. Bunun nə səbəbdən belə olduğunu bilirsinizmi? Allah (bütün) insanları - əvvəlkiləri və sonrakıları - elə bir yerə yığacaq ki, carçı onları çağıra bilsin, gözlər də onları əhatə etsin.

ardını oxu 1073 oxunma cahilliyin üzrlü olması, namaz qılmayanın hökmü, dəlillər
Abdullah ibn Əbi Əufə (Allah ondan razı olsun) rəvayət edir ki, Muaz Şamdan gəldiyi zaman Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) səcdə etdi. Allah Elçisi (ona Allahın salavat və salamı olsun): “Bu nədir, ey Muaz!”- deyə buyurdu. Muaz (Allah ondan razı olsun) dedi: “Mən Şamda olarkən onların rahiblərinə səcdə etdiklərini gördüm və daxilimdən bu hərəkəti sənin üçün də etmək fikrinə düşdüm”- deyə cavab verdi.
ardını oxu 1597 oxunma cahilliyin üzrlü olması, dəlillər
Huzeyfə (Allah razı olsun) demişdir: “Mən Allah Elçisinin (ona Allahın salavat və salamı olsun) belə dediyini eşitdim: “Bir adamın ölüm vaxtı gəlib çatmışdı. Adamın artıq yaşamaqdan ümidi kəsildikdə ailəsinə (belə bir) vəsiyyət etdi: “Mən öl­dükdən sonra çoxlu odun yığıb od qalayarsınız, (sonra da məni bu odda yandırarsınız). Elə ki od mənim ətimi yandırıb sümüyümə çatdı və sümü­yü­mü yandırıb-yaxdı, onları götürün və ovxalayıb toza döndərin, sonra küləkli bir günü gözləyin və həmin tozu dənizə sovurun”. Onlar onun vəsiyyətini yerinə yetir­dilər.
ardını oxu 976 oxunma cahilliyin üzrlü olması, dəlillər
Əbu Vaqid əl-Leysi (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ilə birlikdə Məkkədən Huneynə tərəf yola çıxmışdıq. Biz o vaxtlar İslamı yenicə qəbul etmişdik və küfrdən yenicə çıxmışdıq. Müşriklərin üstündən silahlarını asdıqları böyük bir Sidr ağacı var idi. Onun ətrafında yığışaraq öz adət ənənələrini yerinə yetirir və o ağacı “Zətu Ənvat” deyə çağırırdılar. Biz də bu böyük bir Sidr ağacının yanından keçdikdə: “Ey Allahın Peyğəmbəri! Onların “Zətu Ənvat” olduğu kimi bizim üçün də “Zətu Ənvat” düzəlt”- dedik.
ardını oxu 1262 oxunma cahilliyin üzrlü olması, dəlillər

Pages