Bidətçilərlə münasibət

Şübhəyə cavab:
Ответ сомнению: Наоборот, сейчас сомнений много и надо остерегаться от них и нельзя сидеть с ними для того, что бы те которые в верном манхадже не сбились с верного пути и это должно быть более сурово. Если дозволить сидеть с ними то число людей попавших на суфитских, хариджитских, рафидитских и других нововведенческих сомнений будут расти. Не сидеть с нововведенцами одно из столпов Ахлю-Сунны. Как можно что человек не разрешает для своего ребенка дружить с плохими детьми, присматривает за тем, что бы он не привыкал  к плохим привычкам, не попадал под влияния других людей.
ardını oxu 860 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Bu sözün xətadır. Belə ki, Əhli Sünnədən olanın fiqh və əqidədə etdiyi xətalara baxış eyni deyil. Fiqhdə xəta etdikdə ona nəsihət olunur və onun gətirdiyi rəy dəlillər vasitəsilə ona bildirilir. Bu da onun Əhli Sünnədə qalmasına maneə deyil və bu rəyi ilə də Əhli Sünnədən sayılır. Əqidə məsələsində isə xəta etdikdə ona səhv fikirləri bəyan edilir və bu fikrindən dönməsinə çağırılır. Batil fikrindən dönməsə çəkindirilir. Bunun da faydası olmasa təbdi (bidətçi) elan edilir. Diqqət etmək lazımdır ki, əqidə məsələsində səhv fikir üzərində israr edənə bu məsələlər izah edilməlidir.
ardını oxu 529 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Şeyx Muhamməd ibn Hədi əl-Mədxəli (Allah onu qorusun) bu şübhəni belə dəf edir:
Sual verən: "Allah sizi qorusun, "mən sənə zəmanət verirəm ki, sən qəbrində filankəsə və filankəsə bidətçi deməyin haqqında soruşulmayacaq, yalnızca dinin, peyğəmbərin və Rəbbin haqqında soruşulacaqsan" deyən kəs barədə rəyiniz nədir?"
ardını oxu 822 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:


Əksinə, xəvariclərin zərəri daha böyükdür və ona görə də onların məscidlərində namaz qılmaq digərlərinin məscidlərində namaz qılmaqdan daha təhlükəlidir. Belə halda onların şübhələrinə və bidətlərinə yoluxmaq təhlükəsi var. Belə bir qayda var; “əgər seçimdə iki zərər varsa, ən az olanı seçirsən”. Əşarilərin və digər firqələrin zərəri xəvariclərdən daha azdır, çünki xəvariclərin bidəti ən təhlükəli bidətlərdəndir. Hətta, cahil insanla xəvaric arasında seçim edəndə cahil və asilik edən insana üstünlük vermək lazımdır.


ardını oxu 735 oxunma Bidətçilərlə münasibət, Məscidə getmək
Şübhəyə cavab:
Şeyx əl-Albani (Allah ona rəhm etsin) deyir: "Cərh edən şəxs lap bir nəfər olsa da belə və etdiyi cərhində də xəta etdiyi bilinmirsə, onda onun cərhi tədil edənlərin (tərifləyənlərin) hamısının, hətta cümhur olsalar belə onlardan önə çəkilir”. (“Silsilə Hudə van-Nur” 3; 01:18-ci dəqiqə). Daha ətraflı: Cərh məsələlərində nə üçün şeyx Rabinin sözü önə çəkilir?
ardını oxu 688 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Təfsilatlı cərhdə alimlər cərh edilmiş şəxsin xətalarını sadalayıb ona elmi dəlillərlə rəddiyyə verirlər və həmin şəxsə fikrindən dönməsini nəsihət edirlər. Nəsihət fayda vermədikdə həmin şəxs təbdi olunur (bidətçi elan olunur) və artıq o insandan çəkinmək (ondan elm götürməmək) lazımdır. Şeyx əl-Albani (Allah ona rəhm etsin) deyir: "Cərh edən şəxs lap bir nəfər olsa da belə və etdiyi cərhində də xəta etdiyi bilinmirsə, onda onun cərhi təadil edənlərin (tərifləyənlərin) hamısının, hətta cümhur olsalar belə onlardan önə çəkilir”. (“Silsilə Hudə van-Nur” 3-cü kaset, 01:18-ci dəqiqə).
ardını oxu 540 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Hamıya tövsiyyə edirəm ki, bu iki şübhəyə qulaq asmasınlar:
Birinci şübhə:
Deyirlər ki, kitabları oxuyuruq, bidət əhli ilə otururuq və sonra da haqqı götürüb, batili tərk edirik.
Cavanların Sələfi mənhəcindən çıxmasında, bidət və batil əhlinin qucaqlarına düşməsində bu şübhənin çox böyük yeri var. Bu miskin, yazıq insan bidətlər olan kitabı oxuyur, sonra da haqla batili ayırd edə bilmir, haqqı batil, batili də haqq görür və buna görə də azır.
ardını oxu 782 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Əksinə, indi şübhələr daha çoxdur. Onlarla oturub-durmamaq salamat mənhəcdə olanların öz mənhəclərini qorumaq xətrinədir. Bu daha şiddətli olmalıdır. Onlarla oturub-durmağa icazə verilsə, sufi, xavaric, rafizi və digər bidətlərə düşən insanların sayı çoxalacaq. Bidət əhli ilə oturub-durmamaq Əhli Sünnənin üsul qaydalarındandır. İnsan öz övladını pis uşaqlarla oturub-durmağa qoymur, onun pis vərdişlər etməməsinə, başqa insanların təsiri altına düşməməsi üçün nəzarət edirsə, necə ola bilər ki, əqidəsi xarab olan insanlarla oturub-durmağa icazə verilsin?!
ardını oxu 832 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Ömər İbn Xəttabın (Allah ondan razı olsun) Təravih namazı haqqında "Nə gözəl bidətdir" sözünün izahı
Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: "Ömər İbn Xattabın (Allah ondan razı olsun) bu gözəl tətbiqatı bidət olaraq adlandırması, şərii mənada deyil, lüğəvi mənada adlandırmışdır. Bunun səbəbi bidət kəliməsinin lüğəvi olaraq geniş bir misalı olmadan edilən hər şeyi özündə cəm etməsidir. Şərii olaraq bidət isə, haqqında şərri bir dəlil olmadan edilən tətbiqatdır". ("İqtida Sıratal-Mustəqim" səh. 276).
ardını oxu 1153 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Müvazənət - yəni pis əməllərini saydığının yaxşı əməllərini də saymalısan. Əgər sən həmin insanın yaxşı əməllərini də sayırsansa, ona tabeçiliyə ağırırsan. Bidət əhlini bəyan etdikdə onun xeyir əməllərini də zikr edirsənsə, insanları aldatmış olursan. Çəkindirmə məqamında yaxşı əməllər zikr olunmur. İmam Əhməd (Allah ona rəhm etsin) Hüseyn əl-Kərabisi Quran məsələsində "Quran olan ləfzin məxluqdur deməyən kafirdir" dedikdə, İmam Əhməd ondan çəkindirməyə və bidətçi deməyə başladı. Onu danışdırmamağı və hətta onu danışdıranı danışdırmamağa çağırırdı.
ardını oxu 789 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Həzrət Əlinin (Allah ondan razı olsun) sözü olaraq rəvayət olunan "onlar bizə qarşı həddi aşmış qardaşlarımızdır" əsəri zəifdir, isnadında sınıqlıq və münkər hədis rəvayət edən ravi var. Amma “onlar bizə qarşı həddi aşmış bir qövmdürlər” əsəri səhihdir. Həmçinin, onlarla yumşaq olmaq olmaz, çünki Sünnəyə tabe olmaq bizdən bunu tələb edir. Xəvariclərin şər, fitnə-fəsad törədən və Cəhənnəmə dəvət edən bir qövm olması haqqında yüzə yaxın hədis mövcuddur.
ardını oxu 823 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Şübhə olaraq "bidət və hava əhlindən xeyiri götürüb, şəri ataq" deyənlərə belə cavab verilir:
İmam Malik ibn Ənəs (Allah ona rəhm etsin) deyir: 
"Dörd nəfərdən elm götürülməz, bunlardan qeyrisindən götürülər: 1) Səfehdən, 2) insanları öz havasına çağıran hava əhlindən, 3) insanlarla danışığında yalançı olandan, hətta Peyğəmbərin (salləllahu aleyhi və səlləm) hədislərində yalanla ittiham olunmasa da belə və 4) fəzilət sahibi, saleh biri, ibadət əhli olsa da nə danışdığını bilməyən şeyx (və ya qoca).
ardını oxu 810 oxunma Bidətçilərlə münasibət

Pages