bidətçilərin üslubları

Mumeyyilərin “Geniş mənhəc” prinsipi haqqında

Əbul-Həsən Məribi açıq şəkildə bəyan etdi ki, müxtəlif bidətçi firqələri Əhli-Sünnənin sıralarına daxil etmək üçün Əhli-Sünnə və bidətçilərin arasında mövcud olan sərhədləri silmək və genişləndirmək istəyir. O demişdir: “Biz, özündə həm Əhli-Sünnəni, həm də bütün ümməti birləşdirən böyük və geniş mənhəc istəyirik”.

Şeyx Rabi onun sözlərini şərh edərək demişdir: “Bu sözlərlə o, məşhur (ixvan) qaydasını nəzərdə tutur: “Ümumi məqsədlərimiz əsasında əməkdaşlıq edək və ixtilaf etdiyimiz məsələlərdə bir-birimizi bağışlayaq”. (Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi, 13/ 80).

English

“Ondan xeyri götürüb, şəri tərk edəcəyəm” - Şeyx Süleyman ər-Ruheyli

Şeyx Süleyman ər-Ruheyli (Allah onu qorusun) buyurur: "İmam Malikin (Allah ona rəhm etsin) dediyi kimi “Batilə yaxın durmaq həlakdır”. Buna görə də, əgər bir şəxs bidətlə tanınarsa, hava əhlindən olması ilə tanınar. Həmçinin, öz fənnində əlinə bayraq verilmiş imam olmazsa, kitablarında xeyir olsa belə bu şəxsdən elm almaq məsləhət bilinməz və kitablarının oxunması məsləhət bilinməz! Əgər elm əhli bir şəxsdən çəkindiriblərsə, elm tələbəsi öz tələbələrinə onun kitablarını məsləhət görə bilməz! Onun kitablarında olan xeyir başqa kitablarda da mövcuddur.

English

Hələbiçiliyin qaydaları

“Geniş mənhəcə” çağırış (dəvət) və “Biz (şəxsləri) düzəltməli, lakin onları cərh etməməliyik” qaydası

Hələbi deyir:  “And içilməsi caiz olan yeganə Allaha and olsun ki, Sələfi dəvətinin gənclərini, onun şeyxlərini və dəvətçilərini səbirli olan, islah və nəsihət edən bir kimsənin mövqeyi ətrafında birliyə çağırmaq, cərh edən, çəkindirən və zəlalətdə ittiham edənin ətrafında birliyə çağırmaqdan min dəfə yaxşıdır”. (Hələbinin “Fə Əyyu əl-Fəriqayni Əhəqqu bil-Əmni İn Kuntum Tə’ləmun Bələu ət-Təcrih Əm Livau ət-Təshih” adlı məqaləsindən).

English

Pages