Həddadilərin xüsusiyyətləri - Şeyx Rabi ibn Hədi əl-Mədxali

English

Allaha həmd olsun! Allahın Elçisinə, ailəsinə, onun səhabələrinə və onlara tabe olanlara Allahın salavatı və salamı olsun!

Bundan sonra...

Mən həddadilərin mənhəci haqda danışmağa məcburam. Belə ki, yəmən cavanları arasında fitnələr qurtarmır və nəticələri də davam edir. Habelə, insanların “kim haqlıdır, kim isə haqlı deyil” deyə haqqı bilmək və araşdırmaq maraqları nəticəsində bu fitnələr başqa ölkələrə də yayılmışdır. Həmçinin, bu fitnələr nəticəsində bəzi elm tələbələrini həddadi mənhəcində olması ilə təqsirləndirmişlər. Mən ümid edirəm ki, bu əməyim bir çox haqq axtaranlara
Əhli Sünnə ilə həddadi mənhəci arasında olan fərqi ayırd etməyə kömək edəcək. Həmçinin, ümid edirəm ki, bu izahın bu fitnənin ləğv olunmasında xüsusi bir yeri olacaq və vəd edirik ki, bu fitnəni söndürməkdə öz əməyimizi qoymaq üçün (qardaşların) israrla etdikləri xahişləri nəzərə alaraq digər sualları izah etməyə davam edəcəyik.

Həddadilərin mənhəci

1. Onlar müasir sələf alimlərinə - xüsusilə Mədinədən olanlara - nifrət edir, onları hörmətdən salır, cahil və yolunu azmış sayır, onlara böhtan atırlar. Sonra onlar İbn Teymiyyə, İbn əl-Qeyyim və “Tahaviyyə”ni şərh edən İbn Əbil-İzz (Allah onlara rəhm etsin) – haqda onların hörmətlərini laxlatmaq və onların sözlərini rədd etmək məqsədilə - danışmağa başladılar.

2. Onlar hər bidətə düşəni bidətçi sayıtlar. Ona görə İbn Həcər onlar üçün Seyyid Qutubdan daha təhlükəl sayılır.

3. Onlar hər bidət edəni bidətçi saymayanları bidətçi sayırlar. Sonra onunla düşmənçilik edərək ona nifrət edirlər. Onlar üçün sənin belə deməyn kifayət deyil: “Onun baxışları əşari baxışlarıdır” və ya “O, əşaridir”. Xeyr! Sən gərək (həddadilərə görə) mütləq belə deyəsən: “Mübtədi” (bidətçi), əks təqdirdə onların düşmənçiliyini, hicri (tərk olunmağı) və təbdi (Sünnədən çıxarılmanı) qazanacaqsan.

4. Onlar – rafizi, qədəri, cəhmi və ya bidət edən alim arasında fərq qoymadan - bidət əhlinə rəhm olunması üçün dua etməyi haram sayırlar.

5. Onlar Əbu Hənifə, əş-Şovkani, İbn əl-Cəvzi və ən-Nəvəvinin (Allah onlara rəhm etsin) rəhm olunması üçün dua edəni bidətçi sayırlar.

6. Sələfi dəvətinə verdiyi töhfəyə, onu müdafiəyə, bidət, hizbilik və zəlalətə qarşı olan mübarizələrinə baxmayaraq səfilərlə şiddətli düşmənçilik. Həddadilər xüsusilə Mədinə alimlərinə, həmçinin Şeyx əl-Albaniyə (Allah ona rəhm etsin) qarşı mərkəzləşmişlər. Çünki o, sələf mənhəcinin ən böyük alimlərindən olmuş, hizbiliyə, bidətçilərə və təəssüb əhlinə qarşı ən güclü mübarizə aparanlardan olmuşdur. Onlardan biri mənim yanımda İbn əl-Useymini (Allah ona rəhm etsin) on dəfədən çox yalançı adlandırmışdır. Sonra mən bərk qəzəbləndim və onu qovmuşdum. Onlar kitablar yazmış, bu mövzuya aid mühazirələr yaymış, sələfilərə qarşı təbliğat apararaq öz kitablarını və mühazirələrini yalan və böhtanla doldurmuşlar.

Həddadın (Mahmud əl-Həddadın) ədalətsizliyinin misalı onun Şeyx əl-Albanini (Allah ona rəhm etsin) nüfuzdan salmaq və biyabır etmək üçün əl ilə yazılmış 400 səhifəlik kitabıdır. Əgər o, bu kitabı çap etsəydi bu kitab 1000 səhifəyə çatardı. O, bu kitabı beş hissədən ibarət olan ordu mənasını verən “əl-Xamiys” adlandırmışdır: ön, arxa, orta, sağ və sol.

O, “İxvanul-Muslimin”dən, Seyyid Qutubdan və Cuheyman hərəkatından çəkinməsi haqda iddia etsə də, onun bir kitabını, hətta balaca bir risaləsini də görmürük ki, orada həmin şəxslərə rəddiyyə yığılmış olsun. Amma o, sələf alimlərini gözdən salan “əl-Xamiys” adlı kitab yazır. 

7. Onlar Mahmud əl-Həddadı həddindən artıq şişirdərək onun elmdə hamıdan üstün olmasını idia edirlər. Bunlar hamısı sələf mənhəcində olan böyük alimləri hörmətdən salmaq və öz şeyxlərinin böyük imam dərəcəsində olmasını göstərmək üçündür. Bu yalnız şəxsiyyətə pərəstiş edənlərə xasdır.

Onlar deyirlər: “Kim elmdə yüksək səvuyyəyə çatıbsa, Əbu Abdullah əl-Həddadın, hətta Ummu Abdullahın (Mahmud əl-Həddadın zövcəsi) qarşısında diz çökməlidir.

8. Onlar Mədinədən və digər yerlərdən olan sələf alimlərinin üərinə düşərək onları yalanda ittiham etdilər. Onlar “filankəs yalançıdır, bəhmənkəs yalançıdır” deyərək haqqı sevdiklərini və ona riayət etdiklərini iddia edirlər. Lakin, onlara dəlil və sübutlarla Həddadın yalanı izah edildikdən sonra, Allah onların əsl sifətini və nəyi haqdan gizlətmələrini açdı. Bu, onların inadkarlığından və Həddadı şişirtmələrindən başqa heç nəyi artırmadı.

9. Onlar münasibətlərdə öz quruluğu, şantajları və lənətləmələri ilə seçilmişlər. O dərəcəyə çatmışlar ki, sələfiləri döyməklə hədələmiş, həqiqətdə də bəzilərini döymüşlər.

10. Onlar müəyyən şəxsi lənətləyirlər. Onlardan bəziləri Əbu Hənifəni lənətləyir, bəziləri hətta onu təkfir edirlər. Məsələn, əgər Həddad (tən etdiyi şəxsin) hər hansı bir düz və ya səhv fikri ilə qarşılaşarsa, o dəqiqə onun üçün deyir: “Bu Allahsızlıqdır”. Bu da onu göstərir ki, bu insan (Həddad) gizli təkfirçidir.

11. Təkkəbbür və inadkarlıq onları haqqı qəbul etməməyə gətirib çıxarmışdır. Onlar digər bidət əhli kimidirlər. Hər dəfə Mədinənin alimləri onlara Həddadın sələf mənhəcindən uzaqlaşdığını və zəlalətini izah etdikdə, onlar (bu dəlilləri) rədd edirlər. Beləliklə də onlar öz əxlaqları ilə İslamda olan ən çirkin firqə olduqlarını göstərirlər.

12. Onlar bir çox əməllərində İmam Əhmədə (Allah ona rəhm etsin) istinad edirlər, lakin onlara Həddadın, bidət əhlinə qarşı olan mövqeyində İmam Əhmədə zidd olduğunu izah etdikdə, bunu inkar etmiş və onlara izah edənləri İmam Əhmədin sözlərini düz çatdırmamaqda günahlandırmışlar. Sonra Həddad deyir: “Əgər İmam Əhməd həqiqətən də belə deyibsə, biz ona kor – koranə təqlid etmirik”.

 

Ona görə onlarda doğru yola yönəlmək istəyi və haqqa məhəbbət yoxdur. Onlar yalnız fitnə və sələfilərin parçalanmasını istəyirlər.

Bu hər şeyə irad axtarmaları ilə yanaşı sələfilər bəzi həddadilərin müəyyən hizbilərlə, digərləri isə fasiqlərlə əlaqə saxlamalarını müşahidə etmişlər. Bununla yanaşı onlar sələfilərə qarşı mübarizə aparır və onlara qarşı nifrət bəsləyirlər. Görünür, onlar (biz bilmədiyimiz) daha çox nifrətlərini gizlədirlər. Allah isə onların nə gizlədiklərindən xəbərdardır.

Əgər bundan sonra Əbul-Həsən (əl-Məribi) bizə tutarlı sübut gətirsə ki, onun həddadi dedikləri bu xüsusiyyətlərə malikdir, onları həddadi adlandırmağa qüvvəmizi əsirgəməyəcəyik. Hətta heç bir güzəşt olmadan onlardan çəkindirib, onların həddadi olmaları haqda yazmağın öhdəsindən gəlməyə çalışacağıq. Lakin, əgər o bunu sübut edə bilməsə, Allah qarşısında tövbə etsin və bunu camaata bəyan etsin. Əgər o, (həddadi adlandırdıqları şəxslərin həddadi olmalarını) sübut edə bilməsə, biz onları və onların mənhəcini müdafiə etməyə qüvvəmizi əsirgəməyəcəyik.

Həqiqi sələflərə (haqsız olaraq günahlandırılan) həmin şəxsləri və onların mənhəclərini müdafiə etmək vacibdir. Həmçinin, onlarla və onların mənhəci ilə ədalətsiz davrananlara onları dəvət etmələri də vacibdir.  

Mən sələfiləri həddadilərin şübhələrindən və ya şübhələrinin bəzilərindən (zəlalət əhlinin bəzi xüsusiyyətlərini daşımaq o firqədən olmağa kifayət edir) müəyyən bir insanın azması çəkindirirəm.

Bu, düz danışanla yalançını ayırd etməyin mümkün olduğu elmi meydandır. Necə ki, Uca Allah bu haqda buyurur: Əlif. Ləm. Mim. İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır”. (əl-Ənkəbut, 1 - 3)

Səxavətli, böyük Ərşin Rəbbi olan Allahdan bütün ölkələrdə olan sələfiləri bu imtahanda olan səhvlərdən qorumasını istəyirəm. Xüsusilə, Allah Elçisinin (salləllahu aleyhi və səlləm) Sünnəsi sələf mənhəci vasitəsilə meydana gələn Yəməndə olan qardaşlarımızı.

İmam Rabi ibn Hədi ibn Muhəmməd əl-Mədxali (Allah onu qorusun)

H/20.02.1423 - M/02.05.2002

Mənbə: Mumeyyi əl-Həddadiyyə

Sunna-Portal.com saytı