"Məndən gələn xəbərləri Quranla tutuşdurun" şübhəsi
620 oxunma
Hədis inkarçıları şübhə olaraq belə bir hədis danışırlar: Peyğəmbər ﷺ buyurur: “Məndən sizə çatan xəbərləri Quranla tutuşdurun. Əgər Qurana uyğun gələrsə, onu mən demişəm. Əgər Qurana müxalif olarsa, mən onu deməmişəm. Mən yalnız Allahın Kitabına müvafiqəm. Allah onunla məni hidayət etmişdir”. (əs-Suyuti “Cəmius-Sağir” 1146; İbn Asəkir “Tarixu Dəməşq” 59/158; Əli əl-Mədini “Təliqat aləl-Məcruhin” 181; əl-Xattabi “Məlim əs-Sunən” 4/276). Bu hədis isə sünnənin dəlil olmamasına sübutdur. Yəni Qurana uyğun olmayan şeylər hüccət, dəlil ola bilməz.
English
"Qurandan sonra heç bir kəsin sözlərinə ehtiyac yoxdur" şübhəsi
Şübhə olaraq bu ayəni gətirir “Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanacaqlar”. (əl-Ənam, 38) və belə deyirlər: “Burada “şey” qeyri müəyyənlikdədir və Quran tam mənada bütün əhkamları, hər bir şeyi özündə əhatə etmişdir. Bundan sonra başqa bir hədislərə və ya hər hansısa bir kəsin sözlərinə ehtiyac yoxdur”.