İmtahan etmək haqda alimlərin sözləri - ikinci hissə

English
İmam Əhməd ibn Hənbəl (Allah ona rəhm etsin) (ölümü hicri 241) buyurur: “Əgər bir kişinin Həmməd ibn Sələmə haqqında danışdığını görsən, onu dinində ittiham et!” (Təzkiratul-Huffəz, 1/203).
 
İmam Əbu Hatim ər-Razi (Allah ona rəhm etsin) (ölümü hicri 277) buyurur: “Əgər ər-Razini və başqasını görsən ki, Əbu Zuranı sevmir, bil ki o, bidət əhlidir”. (Tarixu Bağdad, 10/32).
 
İmam Əhməd ibn Ərasam ibn Xuzeymə əl-Muğaffəli (Allah ona rəhm etsin) (ölümü hicri 275) buyurur: “Əgər əl-Ənbərli (İraqın qərbində yer adıdır) birini Əbu Cəfə əl-Həzzəni və Məsnə ibn Cəmi əl-Ənbərini sevən görsən, bil ki o, sünnə sahibidir”. (Tarixu Bağdad, 13/174).
 
Abdur-Rahmən ibn Mehdi (Allah ona rəhm etsin) (ölümü hicri 298). İmam əl-Buxari (Allah ona rəhm etsin) buyurur: “Ubeydullah ibn Səid dedi: “Abdur-Rahmən ibn Mehdinin belə dediyini eşitdim: “Əgər Kufəli biri Malik və İbn Muğaffəli xeyirlə yad edərsə, ondan arxayın ol (ona güvən)”. (Tarixu Bağdad, 7/21).
 
Həmçinin İmam Abdur-Rahmən ibn Mehdi (Allah ona rəhm etsin) buyurur: “Əgər Hicazlı birinin Malik ibn Ənəsi sevdiyini görsən, bil ki o, sünnə sahibidir”. (əl-Cərh vət-Təadil, 1/31).
 
Muhəmməd ibn Muslim (Allah ona rəhm etsin) demişdir: “Əgər Maliki sevən Mədinəli birini görsən, bil ki o, sünnə sahibidir”. (əl-Cərh vət-Təadil, 1/31).
 
Əbu Muhəmməd ibn Əbi Hatim ər-Razi (Allah ona rəhm etsin) (ölümü hicri 327) “Həmməd ibn Zeydi sevənlər sünnə əhlindən olmağa layiq olmuşlar” fəslində buyurur: “Əbu Muhəmməd ibn Muslim dedi: “Həmməd ibn Zədəndən belə dediyini eşitdik: “Abdur-Rahmən ibn Mehdinin belə dediyini eşitdim: “Əgər Bəsrəli birini Həmməd ibn Zeydi sevən görsən, bil ki o, sünnə sahibidir”. (əl-Cərh vət-Təadil, 1/183).
 
Həmçinin “Əhməd ibn Hənbəli sevən sünnə əhlindən olmağa layiq olmuşdur” fəslində buyurur: “Əhməd ibn əl-Qasim ibn Atiyyə dedi: “Abdullah ibn Əhməd ibn Sibəveyh əl-Mərvəzinin belə dediyini eşitdim: “Əbu Racə, yəni Quteybə ibn Səid belə deyərdi: “Əgər birini görsən ki, Əhməd ibn Hənbəli sevir, bil ki o, sünnə və camaat əhlidir”. Həmçinin demişdir: “Cəfər ibn Muhəmməd ibn Harun əl-Məxramidən belə dediyini eşitdim: “Əgət birini Əhməd ibn Hənbələ dil uzadan görsən, bil  ki o, azmış bidətçidir”. (əl-Cərh vət-Təadil, 1/308-309).
 
Həmçinin “İmam Əvzaini sevənlərdə xeyir ümid olunur” fəslində buyurmuşdur: “Saleh ibn Əhməd ibn Hənbəl, yəni İbn Mədinədən rəvayət edir ki, Abdur-Rahmən ibn Mehdinin belə dediyini eşitdim: “Əgər Şamlı birinin Əvzaini və Əbu İshaq əl-Fəzərini sevən görsən, onun üçün xeyir ümid et!”
 
Həmçinin demişdir: “Əbu Ziyad Həmməd ibn Zədən demişdir: “Abdur-Rahmən ibn Mehdinin belə dediyini eşitdim: “Əgər Şamlı birinin Əvzaini və Əbu İshaq əl-Fəzərini sevən görsən, bil ki o, sünnə sahibidir”. (əl-Cərh vət-Təadil, 1/217).
 
Həmçinin “Əbu İshaq əl-Fəzərini sevən sünnə əhlindən olmağa layiq olmuşdur” fəslində demişdir: “Həmməd ibn Zədən dedi: “Abdur-Rahmən ibn Mehdinin belə dediyini eşitdim: “Əgər Şamlı birinin Əvzaini və Əbu İshaq əl-Fəzərini sevən görsən, bil ki o, sünnə sahibidir”. əl-Cərh vət-Təadil, 1/217).
 
Əhməd ibn Sələmə ən-Nəysəburi (Allah ona rəhm etsin) rəvayət edir ki, Əbu Qudəmə ibn Səid deyir ki, Abdur-Rahmən ibnu Mehdinin bele dediyini eşitdim: “Əgər Şamlı birisini Əvzainin və əl-Fəzərini – xeyirlə xatırlayan görsən, ondan arxayın ol (ona güvən)”. (əl-Cərh vət-Təadil, 1/284-285).
 
Əbu Əhməd əl-Həkim (Allah ona rəhm etsin) (ölümü hicri 387) özünün “Şuaru Əshəbil-Hədis” kitabında (səh. 22-23) buyurur: “Əgər bir kişini Sufyən əs-Sovrini, Malik ibn Ənəsi, Əyyub əs-Səxtiyənini, Abdullah ibn Avnu, Yunus ibn Ubeydi, Suleyman ət-Teymini, Şureyki, Əbu Əhvası, Fudeyl ibn İyadı, Sufyən ibn Uyeynəni, Leys ibn Sədi, İbn Mubərakı, Vaki ibn Cərrahı, Yəhyə ibn Səidi, Abdur-Rahmən ibn Mehdini, Yəhyə ibn Yəhyəni, Əhməd ibn Hənbəli və İshaq ibn Rahaveyhi sevən görsən, bil ki o, (doğru) yol üzərindədir. Əgər eşitsən ki, bir kişi deyir: “Onlar (yəni adları çəkilən alimlər) şəkk edənlərdir (yəni murciyalardır)”. Bil ki, onlar başqa yoldadılar (yəni bidət əhlidilər)”. (Şuaru Əshəbil-Hədis, səh. 22-23).
 
Əbu Abdullah Ubeydullah ibn Bəttah (Allah ona rəhm etsin) (ölümü hicri 378) buyurur: “Əgər Əkbəri (yer adıdır) birini görsən ki, Əbi Həfs ibn Racəni sevir, bil ki o, sünnə sahibidir”. (Tarixu Bağdad, 11/239).
 
Həmçinin demişdir: “Əgər Bağdaddan birinin Əbu Həsən ibn Yəşşarı və Əbu Muhəmməd əl-Bərbəhərini sevdiyini görsən, bil ki o, sünnə sahibidir”. (Tarixu Bağdad, 12/67).
 
Muhəmməd ibn Abdur-Rahmən ibn Mehdi (Allah ona rəhm etsin) buyurur: “Əvzai və əl-Fəzzari - ikisi də sünnədə imam idi. Əgər Şamlı birisinin Əvzai və əl-Fəzzarini xatırladığını görsən, onun tərəfdən arxayın ol, çünki onlar sünnə imamlarıdır”. (Hilyətul-Əvliyə, 8/254).
 
Əbul-Həsən Muhəmməd ibn İbrahim ibn Şueyb ibn əl-Ğazi ət-Tabəri (Allah ona rəhm etsin) demişdir: “Əgər Razili və Xorasanlı birini Əbu Hatimi və Əbu Zuranı sevən görsən, bil ki o, sünnə sahibidir”. (Təhzibul-Kəməl, 24/389).