təkfir nədir

Ümumi təkfir xüsusi təkfir kimi deyil

Müsəlmanları təkfir etmək bidət əhlinin daimi sifətlərindəndir. İmam əl-Əsbahani (Allah ona rəhm etsin) demişdir: “Biri birilərini təkfir etməklə məşğul olan xavaric, rafizi və qədərilər kimi bidət əhlindən fərqli olaraq, sünnə əhli biri birilərini təkfir etmir! Onlardan yeddi nəfər bir məclisdə toplansa, mütləq biri birilərini təkfir edərək oradan ayrılacaqlar. Onlar yəhudi və nəsranilərə bənzəyirlər və Allah onlar haqqında demişdir: “Yəhudilər dedilər: “Xaçpərəstlər (dində düzgün və mötəbər) bir şeyə istinad etmirlər”.

English

Ümumi təkfirlə müəyyən şəxsi təkfir etmək arasındakı fərq nədədir?

Bəzi müsəlmanların  problemi, ümumi təkfiri düzgün başa düşməmələri və müəyyən təkfirlə ümumi təkfir arasında fərq qoymamalarıdır. Yəni “belə etmək küfrdür” deməklə “belə edən kafirdir” demək arasında, günahın özü ilə onu edən insan arasında fərq qoymamalarıdır. Yəni, ümumi dəlillərlə xüsusi dəlilləri bir birindən ayırmamaq bu problemlərə səbəb olur. 

İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Müəyyən şəxsə gəldikdə (onu) küfrdə ittiham etmək fərqlənə bilər. Hər xəta edən bidətçi və fasiq olmur, hər yolunu azan da kafir, fasiq və ya günahkar olmur”. (Minhəcus-Sunnə, 5/ 250). 

English

Təkfirdə birinci və ikinci şərtlər - Həddi-buluğ yaşında və ağlı başında olmaq, məcburiyyət qarşısında olmamaq

Bu məsələ təkfir bölümündə ən incə və ən təhlükəlisidir. Çünki, bunun üzərində müəyyən şəxsin kafir olması və ya kafir olmaması barəsində hökm çıxardılır. Bunun səbəbilə neçə-neçə ayaqlar büdrəmiş, neçə-neçə insanlar özlərini həlak etmişlər. Bunun mənşəyi mütləq təkfirlə müəyyən təkfiri ayıra bilməməkdədir. İnsanı İslamdan çıxaran əməllər vardır ki, belə insana hökmü verən elmdə püxtələşmiş alimlər olmalıdırlar.
English

Pages