Alimlər “Allahın endirdiyi ilə hökm etməyənlər əlbəttə kafirlərdir” ayəsini necə başa düşüblər?
Allahın endirdiyi ilə hökm verməmək barəsində Uca Allah: “Allahın endirdiyi ilə hökm etməyənlər əlbəttə kafirlərdir” (əl-Maidə, 44) ayəsində buyurduğu halda, alimlər bu ayədə qeyd edilən küfrün “kufrun dunə kufr", yəni insanı İslamdan çıxarmayan küfr olduğunu deyirlər.
Allahın hökmü ilə hökm verməmək həm böyük küfr, həm də kiçik küfr ola bilər. Sadəcə bəzi insanlar əl-Maidə surəsinin 44-cü ayəsini yanlış anlayaraq, Allahın hökmü ilə hökm verməyənlərin mütləq olaraq kafir olduğunu düşünürlər.
Biz demirik ki, rəhbərlər məsumdur... - Şeyx Fovzan
Şeyx Saleh əl-Fövzən (Allah onu qorusun) belə buyurur: "Biz demirik ki, rəhbərlər məsumdur! Onlarda xətanın olmadığını, zülm baş vermədiyini demirik. Biz demirik ki, xalqın haqqı yoxdur. Əksinə deyirik ki, xalqın haqqı var, rəhbərlər də məsum deyillər, onlarda baş verən baş verir. Lakin bunun dərmanı mitinqlərdə, hərc-mərclikdə, xaraba qoymaqda, ictimai yerləri yandırmaqda deyil. Problemin həlli bunda deyil. Problem Uca Allahın zikr etdiyi ilə həll olunur: "Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar.