Hakimləri şəri və qeyri-şəri qismlərə bölmək doğrudurmu?
3335 oxunma
Sual: Bizi faydalandırdığınıza görə Allah sizə bərəkət versin! Allahdan istəyirik ki, hamımızı sözə qulaq asıb, yaxşısına əməl edənlərdən etsin! Sualda deyilir ki, elmli olduqlarını iddia edən bəzi kəslər müsəlman hakimləri şəri və qeyri - şəri hakimlər olmaqla iki qismə bölürlər. Bu bölgünü hakimlərin Allahın hökmü ilə hökm verib-verməmələrinə əsaslandırırlar. Sonra da bəzi hakimlər barəsində deyirlər ki, onlar müsəlman olsalar da qeyri-şəri hakimlərdir. Həmçinin, onlara beyət də olunmur. Bu hakimlərə yalnız məsləhət baxımından qulaq asılır və itaət olunur.
English
İtaət keçmişdəki rəhbərlərə xasdır, yoxsa müasir rəhbərlərə də aiddir?
Şeyx Saleh əl-Fovzanın (Allah onu qorusun) hədislərdə deyilən itaətin müasir rəhbərlərə aid olub-olmaması sualına aydınlıq gətirir.
Sual: Biz bilirik ki, Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) rəhbərlərə itaətə təşviq edən hədisləri vardır. Bəziləri deyirlər ki, “bu hədislər keçmişdə yaşamış rəhbərlərə aiddir, indiki rəhbərlərə aid deyildir”.