Cihad adı ilə qiyam etməyin qadağan olması
Hənbəl ibn İshaq rəvayət edir ki, əl-Vasiqin xəlifəliyi zamanı Bağdadın fiqh alimləri Əbu Abdullahın (İmam Əhmədin) yanına gələrək dedilər: “Ey Əbu Abdullah, bu məsələ (yəni, Quranın yaradılmış olması və s.) artıq həddini aşmış və camaat arasında yayılmışdır”. O soruşdu: “Nə etmək istəyirsiniz?” Həmin adamlar dedilər: “Biz öz başçımızın rəhbərliyindən narazıyıq, elə bu səbəbdən də səninlə məsləhətləşməyə gəlmişik”. İmam Əhməd onlarla bir saata yaxın söhbət etdikdən sonra dedi: “Sizə qəlbinizlə etiraz etmənizi tövsiyyə edirəm.
İbn Abbasın xəvariclərlə mübahisəsi
Rəvayət edilir ki, Abdullah İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Hərurilər (xəvariclər) zühur etdikdə altı min nəfər idilər. Mən Əliyə (Allah ondan razı olsun) dedim: “Ey möminlərin əmiri! Sən namazı bir az gecikdir ki, mən onlarla söhbət edim!” O buyurdu: “Mən sənin üçün təhlükədən qorxuram!” Mən: “Sən heç narahat olma”- deyərək, ən gözəl paltarımı geyinib yola düşdüm və onların toplandıqları evə gəldim. Onlar günorta istirahətində idilər. Onlardan ibadətə daha şiddətli həris olanını görməmişdim.